Məhkəmə qərarları › İş №2(103)-6762/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6762/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6762/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı sığorta olunan, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur.

3. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ-012765 №-li “X2 Sığortası Şəhadətnaməsi” “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydaları ila tənzimlənir.

4. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 089890 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsinin sahibi X11 tərəfindən xx.xx.2021-ci il tarixinə qədər idarə olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir.

5. 20 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, X6 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, sığortalı avtomobilə ziyan dəymişdir.

6. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X11 xx.xx.2021-ci il tarixdə saat 01:00-da müayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişdir.

7. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- (OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilmədi.

8. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur.

9. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 10."xxxx" MMC-nin İddiaçı vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC-yə daxil olmamışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “BMW” markalı **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilə dəymiş 90 000 (doxsan min) manat zərərin (sığorta ödənişinin) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilin kasko sığortalanması barədə xx.xx.2020-ci il tarixində xx.xx.2024-cü il tarixinədək müqavilə imzalanmış, bu barədə sığortalıya 012765 nömrəli sığorta şəhadətnaməsi verilmiş, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur. Sığorta hadisəsi 20 yanvar 2021-ci il tarixində saat 23:30-da Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində baş vermiş, X6 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi baş verdikdən dərhal sonra X21 İdarəsi və sığorta şirkəti ilə əlaqə saxlanılaraq məlumat verilmiş, Yasamal RPİ-nin 09 fevral 2021-ci il tarixli qərarı ilə X6 əməlində İXM-in 263.1-ci və 263.1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin 617 nömrəli aktı və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 2/1387 ilə aktı ilə X6 hadisə zamanı tam sağlam olduğu, hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etmədiyi təsdiqlənmişdir. Vəkili tərəfindən "xxxx" ASC-yə 13 avqust 2021-ci il tarixli sorğu və 22 sentyabr 2021-ci il tarixli ərizələr ilə müraciət olunaraq sığorta ödənişinin edilməməsinin səbəbi barədə məlumat verilməsi xahiş edilsə də, sorğulara rəsmi cavab verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Bundan başqa, vəkili tərəfindən 13 avqust 2021-ci il tarixli və 28 sentyabr 2021-ci il tarixli sorğularla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, “Avto Lizinq" MMC-nin 17 avqust 2021-ci il tarixli cavab məktubu ilə MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğin “Rəvan Sığorta" ASC tərəfindən “Avtolizinq" MMC-nin hesabına köçürülmədiyi bildirilmişdir. Vəkili tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət edilərək "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Beləliklə, pozulmuş hüquqlarının bərpası istiqamətində mübahisənin həlli üçün məhkəməyə qədərki bütün həll vasitələrindən istifadə edilmiş, lakin nəticə əldə edə bilməmişdir. Lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır.

13. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Mi 012700 №-li sığorta müqaviləsi bağlanmış və ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasan sığortalı avtomobil Yasamal rayonu ərazisində X11 tərəfindən idarə olunarkən, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində yolnəqliyyat hadisəsi baş vermiş, nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin baş verməsi barədə Cəmiyyətə 20 gün sonra məlumat vermiş, bu da baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə va hansı səbəbdən baş verməsi və digər təfərrüatlı araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Həmçinin, hadisə barədə gec məlumat verilməsinə baxmayaraq mövcud imkanlarla hadisəni araşdırmağa çalışan əməkdaşlara yalnış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə sürücü hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəblə Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etmişdir. X10 Cəmiyyətə daxil olan xx.xx.2021-ci il tarixli məktuba əsasən sürücü xəstəxanaya yolnəqliyyat hadisəsindən sonra - xx.xx.2021-ci il tarixdə saat 00:31 radələrində müraciət etmiş va müayinə olunduqdan sonra stasionar müalicədən qəti imtina etmişdir. Hadisədən sonra sürücü xx.xx.2021-ci il tarixdə Yasamal rayon RPİ-nə getmiş və ərizə ilə rəhbərliyə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Buradan da görünür ki, hadisədan sonra onun səhhətində ciddi problem olmamış, sürücü "xxxx" ASCyə məlumat vermək iqtidarında olmuşdur. Həmçinin sığortalı, Cəmiyyətə yazdığı xx.xx.2021-ci il tarixli ərizədə xəstəxanada 3 gün qaldığını bilmədən dediyini, əslində 2-3 saat qaldığını qeyd etmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X1 Cəmiyyətə yazdığı ərizəsinə və video müsahibəsinə əsasən hadisədən sonra özünü sürücünün atası kimi təqdim edən şəxs ona yaxınlaşmış və oğlunun sərxoş olduğu üçün avtomobili sürənin özü olduğunu bildirməsini xahiş etmişdir. Cəmiyyətə yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra şifahi məlumat verilməsinə baxmayaraq, mümkün qədər araşdırma aparılması üçün hətta 22 gün sonra sürücüdən narkoloji müayinədən keçməyi tələb olunmuşdur. “X2 sığortası" şəhadətnaməsinin 10-cu bəndinə əsasən, baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənəd toplusuna əlavə olaraq alkoqol və narkoloji müayinə arayışı tələb edə bilər. Lakin sürücü, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarda sürücünün xx.xx.2021-ci il tarixdə Yasamal rayon RPİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyi qeyd olunmuşdur. Qarşı tərəfin sürücüsünün izahatı, sürücünün ekspertizadan keçməkdən imtina etməyi və Cəmiyyətə izahat verərkən bəhanə ilə müayinədən yayınmağı, onun yol-nəqliyyat hadisəsi baş verərkən narkotik maddənin təsiri altında olmağını istisna etmir. Bundan başqa, sürücü Cəmiyyətin inzibati binasında narkoloji müayinədən keçmək barədə göndəriş alarkən, telefon danışığı aparmışdır ki, (otaqda video və səs yazısının aparılmasına dair lövhə iki görünən hissədə vurulmuşdur), sonradan həmin video və səs yazısı akustik ekspertiza olunmuşdur. Orada da açıq-aydın sübut olunur ki, sürücü psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışır və qəsdən yayınır. Həmçinin, sığortalı avtomobildə olan digər sərnişinlərin hadisəyə dair ərizəsində və video müsahibəsində də ziddiyyətlər var. Sığortalı avtomobil həm də "xxxx" ASC-də təkrar sığortalanmış, təqdim olunmuş məlumatlar əsasında təkrar sığorta şirkəti də sığorta ödənişindən imtina etmişdir. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ-012765 №-li “X2 Sığortası Şəhadətnaməsi” "X2 sığortası" qaydaları ila tənzimlənir. Həmin qaydaların 14.1-ci maddəsinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 923.1-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı va ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər-hansı vasitə ilə xəbər verməlidir. “Nəqliyyat vasitələrinin “Kasko sığortası” qaydalarının 14.4-cü bəndinə əsasən sığortalı hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün olan lazımi məlumat və sənədləri sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq və göstərilən müddəalar rəhbər tutularaq, ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı “X2 Sığortası Qaydaları”nın 14.1-ci bəndinin tələbləri üzrə sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli olduğu halda bunu etməmiş, hadisə baş verdikdən sonra oranı tərk etmiş, 20 gün sonra sığorta şirkətinə bu barədə məlumat vermiş, eyni zamanda “X2 Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinin tələbləri üzrə sığorta hadisəsi ilə əlaqədar alkoqol və narkotik müayinə arayışı təqdim etməmiş, nəticədə göstərilən X17 hissəsinə əsasən ona sığorta ödənişi verilməsindən imtina olunmuşdur.

16. Məhkəməm həmçinin qeyd etmişdir ki, sığorta hadisəsi kimi qeyd edilən yolnəqliyyat hadisəsi 20 yanvar 2021-ci il tarixində baş verdiyi halda, müvafiq tibbi müayinə xx.xx.2021-ci il tarixdə olmuşdur. “X2 Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərə əsasən, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq tibbi müayinələrdən vaxtında keçməməsi tərəflər arasında olan sığortadan irəli gələn hüquq münasibətlərinin pozulması kimi qiymətləndirilir. Bundan başqa, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisədən dərhal sonra klinikaya müraciət etdiyi, bu səbəblə də sığortaçı şirkətə məlumat verə bilməməsinə dair dəlil də öz təsdiqini tapmır. Belə ki, “Cinayət işinin başlanması barədə rədd qərarı”dan göründüyü kimi, 22 yanvar 2021-ci il tarixdə X11 ərizə ilə Yasamal RPİ-nə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunur ki, İddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yuxarıda sadalanan tələblərə riayət etməmiş, həmçinin iddia tələbində qeyd etdiyi faktlar öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmuşdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 923.1-ci, 933.1.1-ci, 933.1.2-ci, 933.1.3-cü, 935.1.1-ci maddələrinə, “X2 Sığortası Qaydaları”nın 4.5-ci, 14.1-ci, 14.4- cü, 18.1-ci, “X2 Sığortası şəhadətnaməsinə Əlavə Şərtlər”in 10-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi üçün əsas gətirdiyi hallar Mərkəzi Klinikanın verdiyi tibbi sənədlərlə təkzib edilir. Avtomobili idarə etmiş Fətəli Ağayev hadisənin baş verməsindən 1 gün sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Cavabdeh şirkət mövcudluğunu iddia etdiyi videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Hadisə barədə, hadisədən dərhal sonra şirkətə məlumat verilmiş, şirkət isə 2 həftə sonra hadisə yerinin müayinəsini həyata keçirmişdir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya istansiyasında ilkin icraat

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-267/2023 saylı 25 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul olunmuş, cavabdehdən 36.000 (otuz altı min) manat sığorta ödənişi, həmçinin ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 540,54 (beş yüz qırx manat 54 qəpik) manat, yəni cəmi 36.540,54 (otuz altı min beş yüz qırx manat 54 qəpik) manatın alınaraq iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edimişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin iddiaya və apellyasiya şikayətinə etiraz kimi irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumenti işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırdığı “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 14.1-ci bəndinə əsasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnaməsində) isə nəzərdə tutulmuşdur ki, “Bu sığorta şəhadətnaməsi “X2 sığortası qaydaları”na əsaslanır. Sığorta hadisəsi baş verdikdə aşağıda göstərilən nömrələrlə dərhal "xxxx" ASC-yə və DYP-ə zəng edin”. Beləliklə, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində”, sığorta şəhadətnaməsində “dərhal”, həmin şəhadətnamənin əsaslandığı qaydalarda isə “dərhal və ya ən geci 3 gün müddətində” kimi müəyyənləşdirilmişdir. İşin hallarından aydın olur ki, baş vermiş yolnəqliyyat hadisəsi barədə hadisədən dərhal sonra – xx.xx.2021-ci il tarixdə saat 23:49 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə Yasamal RPİ-nin NH-yə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, hadisə iştirakçılarının izahatları alınmış, müvafiq ekspertiza keçirilmiş, xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan aydın olur ki, hadisənin baş verməsindən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə X19 ekipajı da gələrək “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsləri xəstəxanaya aparmışlar.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, hadisə barədə sığorta şirkətinə konkret olaraq hansı tarixdə məlumat verilmiş olduğu müəyyən edilməsə də, bu qeyrimüəyyənliyin sığortalının ziyanına şərh olunması qanunvericinin məqsədlərinə uyğun hesab edilə bilməz. Belə ki, cavabdeh şirkət də hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik sığortalının sığortaçını sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanının xəbər verməli olduğunu təsbit etmişdir – hazırkı işin hallarına görə isə sığortalının səlahiyyətli dövlət orqanını dərhal məlumatlandırmış olduğu müəyyən edilmişdir. “Dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 3 gün, hətta 3 gündən çox da ola bilər.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Bununla belə məhkəmə kollegiyası, iddiaçının iddia tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanın məbləğinin avtomobilin salamat qalmış yararlı hissələrinin dəyəri çıxılmaqla təxminən 36.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan, məruz qaldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür.

26. Həmin qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər.

Kassasiya instansiyası məhkəməsində icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3565/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş; cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-267/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

28. Kollegiya qeyd etmişdir ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə bu barədə dərhal sığortaçıya məlumat vermək vəzifəsini və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər.

29. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsidir. X3 3-cü bəndində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər dedikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilmiş etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxs nəzərdə tutulur.

30. Kolegiya onu da qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi, həmin əsasların tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarına uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin və Qaydaların hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentinin işin halları ilə öz təsdiqini tapmamasını göstərsə də, cavabdeh şirkətin hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməməsini qeyd etməklə həmin halı sübut etmə vəzifəsini cavabdehin üzərinə qoymağa çalışmışdır. Halbuki hazırki halda sığorta hadisəsi barədə qanunla və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tələb olunan vaxtda məlumat verməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.

31. Eyni zamanda sığorta hadisəsi ilə bağlı sürücü X6 barəsində keçirilmiş, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktın və “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021ci il tarixli aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalara uyğun keçirilib-keçirilməməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxs xəstəxanaya aparılmışdır, onu alkoqoldan 2 gün sonra, narkolojidən isə 31 gün sonra müayinədən keçiriblər. Bununla bağlı Mərkəzi Klinikaya sorğu verib, sorğuya cavabında bildiriblər ki, şəxs gəlib 2 saat sonra isə buraxıbdır. Eyni zamanda zərərçəkmiş şəxs Səlimbəyov Abbas izahatında qeyd edib ki, hadisədən sonra sürücünün atası ona yaxınlaşmış və bildirmişdir ki, oğlu sərxoşdur, ona görə də xahiş edib ki, polis gələn zaman maşını özünün sürməsinə dair ifadə versin, lakin şəxs bununla razılaşmayıbdır. Həmin şəxs birinci instansiya məhkəməsində şahid qismində ifadə verməmişdir, şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq məhkəmə tərəfindən təmin edilmədi. Həmin şəxsin izahatı həm yazılı, həm də video formasında iş materiallarına əlavə edilmişdir. Sığorta hadisəsi barədə iddiaçı tərəfindən onlara məlumat verilməmişdir. Sığorta şirkətinin sığorta hadisəsindən 20 gün sonra məlumatı olmamışdır. 33.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 35.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 37.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

38. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 40.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 41.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 42.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 43.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 44.883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 45.899.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 46.901.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 47.913-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir. 48.915-ci maddəsinə əsasən, sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 49.916.1-ci maddəsinə əsasən, sığorta qaydalarında ....... “916.1.7. tərəflərin hüquqları və vəzifələri; 916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; 916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; 916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 916.1.13. mübahisələrin həlli qaydası” və s. müəyyən edilməlidir. 50.922.1, 922.2 və 922.3-cü maddələrinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 51.923.1, 923.3 və 923.4-cü maddələrinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 52.925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 53.925.5-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 54.926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 55.933.1-ci maddəsinə əsasən, sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 56.934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 57.935.1-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın

58.9.2.3-cü bəndinə əsasən sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq sığortalının vəzifəsidir. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir. 59.18.1-cü və 18.3-cü bəndlərinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 60.23.1.2-ci və 23.1.3-cü bəndlərinə əsasən bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda. Aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir.

“Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarının

61.4.5-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin narkotik maddələr və ya spirtli içkilər qəbul etmiş şəxs tərəfindən idarə olunması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmayan zərərlərdir. 62.14.1-ci bəndinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. 63.14.4-cü bəndinə asasən, sığorta etdirən hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümükün olan lazımi məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir və onları mühafizə etməlidir. 64.18.1-ci bəndinə əsasən, sığortalı sığorta hadisəsinin baş vermə səbəblərinin araşdırılmasına maneçilik törətdikdə sığorta ödənişinin verilməsindən imtina edilir. 65.“Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinə əsasən, Baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənədlər toplusuna əlavə olaraq alkoqol və narkotik müayinə arayışı tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

66.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

67.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 68.İşin məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür ki, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı sığorta olunan, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X7 avtomobili xx.xx.2021-ci il tarixinə qədər idarə etməsi üçün xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. 69.xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində X11 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə üzü İzmir küçəsi istiqamətində hərəkət edərkən, qeyd olunan küçələrin kəsişməsində idarəetməni itirərək əvvəlcə yolun ortasında olan səki daşlarına, daha sonra isə İzmir küçəsində işıqfora dəymiş, X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, hadisə nəticəsində “BMW 530i” markalı avtomobildə olan sürücü X11, eləcə də, sərnişinlər X8 və X12 xəsarət almışlar. Eyni zamanda sığortalı avtomobilə ziyan dəymişdir. 70.Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Təhqiqatçı tərəfindən hadisəni törətmiş sürücü Fətəli Ağayevin yol-nəqliyyat hadisəsini törətdiyi vaxt narkotik sərxoşluğu vəziyyətində olması yoxlanılmamışdır. 71.“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X11 xx.xx.2021-ci il tarixdə saat 01:00-da müayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 617 №-li aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- (OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilməmişdir. 72.Beləliklə tərəflər arasında əmlakın sığortası (könüllü) müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə etibarnamə verilmiş X6 istifadəsində və sahibliyində olmuş və cavabdeh tərəfindən sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Sığorta ödənişinin verilməməsindən narazı qalan iddiaçı məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin tam ödənilməsini xahiş edir, cavabdeh isə sığortalının sığorta qanunvericiliyinə uyğun şəkildə müraciət etməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğuna istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 73.Göründüyü kimi işin mübahisələndirilən halları hadisənin baş verməsi barədə cavabdeh-cəmiyyətə qanunvericilkdə nəzərdə tutulan müddətdə məlumat verilibverilməməsindən, hadisə baş verən zaman avtomobili idarə edən şəxsin narkotik maddələr və ya spirtli içkilərin təsiri altında olub-olmamasından ibarətdir. 74.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının istinad etdiyi halları əsaslı hesab etməmiş, onun yol-nəqliyyat hadisəsi baş verdikdən sonra qanunla, “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydaları və tərəflər arasında bağlanmış “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsi ilə üzərinə düşən vəzifəsini icra etmədiyinə, yəni hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməməsinə, həmçinin iddia tələbində qeyd etdiyi faktların öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmasına əsaslanmışdır. 75.İşdən görünür ki, tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsidir. X3 3-cü bəndində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər dedikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilmiş etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxs nəzərdə tutulur. İddiaçı müqavilədə qeyd olunan şərtlərlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamış, xx.xx.2020-ci il tarixdə imzaladığı “İltizam”da iddiaçıya məxsus Mİ-012765 saylı sığorta şəhadətnaməsində hansı hallarda (işıqforun qadağanedici işarəsi verildikdə hərəkətin davam etdirilməsi, “Giriş qadağandır” və “Hərəkət qadağandır” yol nişanlarının tələblərinin pozulması, üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməsi, narkotik maddələr və ya spirtli içkilərin təsiri altında avtomobili idarə etdikdə) sığorta ödənişinin verilməməsi, nəqliyyat vasitəsinin “etibarnaməsiz” idarə olunduğu hallarda hadisə nəticəsində dəymiş zərərə görə sığorta təminatının verilmədiyi iddiaçıya izah olunmuşdur. 76.Cvabadeh-sığorta təşkilatı iddiaya etirazın əsası kimi baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi, habelə hansı məbləğdə zərər dəyməsi və digər təfərrüatları barədə araşdırma aparılmasının müvafiq məlumat vaxtında verilmədiyi üçün mümkünsüz olmasına istinad etmişdir. İddiaçı da hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəbdən Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etmişdir. Halbuki iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hadisə barədə gec, eləcə də hadisəni araşdırmağa çalışan əməkdaşlara yanlış məlumat vermiş, həmçinin tibbi ekspertizadan keçməkdən imtina etmişdir (09 fevral 2021-ci il tarixli qərarın ikinci səhifəsinin üçüncü abzası), klinikada ona təcilil yardım göstərildikdən sonra dərhal evə buraxılmışdır. 77.Məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə bu barədə dərhal sığortaçıya məlumat vermək vəzifəsini və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. 78.Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxsin hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə hər hansı vasitə ilə xəbər verməli idi. Tərəflərindən hərəkətsizliyə yol verildiyi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmişdir. 79.İddiaçı sığorta şirkətinə səhərisi gün məlumat verdiyinə, bununla da sığorta ödənişini ödəməkdən imtina edən cavabdehin hərəkətlərinin tərəf olduqları müqaviləyə və sığorta qanunvericiliyinə zidd olduğuna, bunun nəticəsində ona müqavilə münasibətlərindən irəli gələn zərər dəymiş olduğuna istinad etsə də, qeyd edilməlidir ki, sığorta hadisəsi baş verdikdən sonra etdiyi davranışın (hərəkətlərin və ya hərəkətsizliyinin) qanuna uyğun olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Bunun üçün iddiaçı sığorta hadisəsi barədə tələb olunan vaxtda məlumat verməsini və ya vərməməsinin üzrlü səbəbdən baş verdiyini, hadisə baş verən zaman sürücünün narkotik maddələr və ya spirtli içkilərin təsiri altında olmadığını sübut etməlidir. İddiaçı eyni zamanda sığorta hadisəsinin baş verməsində təqsirli olan sürücü X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalara uyğun keçmədiyini əsaslandırmalı idi. 80.Nəzərə almaq lazımdır ki, sığortalı yalnız müəyyən qaydada və müəyyən müddət ərzində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyə borcludur. Qanun bu bildirişlə eyni vaxtda bütün zəruri sənədləri təqdim etmək öhdəliyini sığortalının üzərinə qoymur. Məlumatlandırma telefon zəngi, SMS və ya qaydalarda göstərilən hər hansı digər ünsiyyət üsulu formasında ola bilər. Bundan başqa Mİ-012765 №-li “X2 Sığortası Şəhadətnaməsi”ndə sığorta olunan kimi göstərilən və yol-nəqliyyat hadisəsinin baş verməsində iştirak etməmiş iddiaçı da avtomobilin faktiki sahibinin əvəzinə sığorta olunan şəxs kimi hadisə barədə sığortaçıya məlumat verə bilərdi. Halbuki iddiaçı müqavilə ilə üzərinə düşən bu vəzifəni lazımi qaydada icra etmədiyini də əsaslandırmamışdır. 81.Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.3-cü bəndinə görə sığortaçını sığorta hadisəsi barədə məlumatlandırmaq sığortalının vəzifəsidir. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir. 82.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 83.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 84.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 86.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2022 saylı, 11 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar