Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6771/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(011)-4255/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 75.4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 56 (əlli altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(011)-4255/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə mülki və torpaq qanunvericiliyinin tətbiqində səhvə yol verərək əsassız qərarla iddianı rədd etmişdir. Hazırkı mübahisə torpaq sahəsi ilə bağlı olduğundan, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən mübahisəyə Mülki Məcəllənin 390.3-cü maddəsinə deyil, Torpaq Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən baxılmalı idi. Məhkəmənin hazırlıq iclaslarında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirmişdir. Daha sonra son məhkəmə iclasında cavabdeh bir daha iddianı qismən qəbul etdiyini bildirərək, icarə haqqının dəqiqləşdirilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə iclasları audio-video çəkilişi aparılmaqla keçirildiyindən yuxarıda qeyd olunan məsələ orada öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdehin iddianı qismən qəbul etməsinə baxmayaraq, məhkəmə iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərini pozaraq maddi və prosessual hüquq normalarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(011)-4255/2023 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən ərazi aidiyyatı ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. İş materiallarında olan iddia ərizəsindən və “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin FİN kodu üzrə əldə edilmiş çıxarışdan görünür ki, cavabdehin yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 152A, 31 ünvanıdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139-dur. Göründüyü kimi, iddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 75.4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 56 (əlli altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 36-cı maddəsində iddiaçının seçiminə görə ərazi aiddiyyatının başqa qaydaları nəzərdə tutulsa da, hazırki tələb üzrə iddia ərizəsinin Xətai Rayon Məhkəməsində baxılması üçün heç bir hüquqi əsas müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hüquqi ünvanı Nizami rayonu ərazisində, cavabdehin ünvanı Nərimanov rayonu ərazisində olmaqla, mübahisələndirilən icrarə müqaviləsinin bağlanılmasının tələb olunduğu torpaq sahəsi isə Binəqədi rayonu ərazisində yerləşir. Kollegiya hesab edir ki, mülki iş ərazi aidiyyat qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, buda iş üzrə tərəflərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1, 384.0.4, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(011)- 4255/2023 saylı qətnaməsi ləğv edilsin. Mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6771/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6771/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver