Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6772/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 4003/2023 saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı şikayət verərək iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin də mövqeyini öyrənmək, onların iştirakını təmin etmək üçün müvafiq tədbirlər görə bilərdi. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmələr arasında fikir ayrılığı olduğundan Nərimanov Rayon Məhkəməsi işi Apellyasiya məhkəməsinə göndərmək əvəzinə iddia ərizəsini geri qaytarmış, bununla da prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, vahid “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatların müxtəlifliyi iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iddia ərizəsində Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 1EMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Hacıqabul rayonu, Navahi Qəsəbə Ə/D, Navahi qəsəbəsi ünvanıdır. İddiaçı cavabdehin şəxsiyyət vəsiqəsini təqdim etsə də, yeni vəsiqə olduğundan qeydə alındığı ünvan əks olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı Hacıqabul Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və digər sənədlər geri qaytarıldıqdan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hər iki məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması halı isə həmin qərardadlardan hər hansı birindən şikayət verməklə və ya “maps arayışı” əldə etməklə aradan qaldırıla bilər. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6772/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6772/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver