Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6773/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)-3095/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kv.m və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kv.m olan iki otaqlı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 72 kv.m olan mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs X1 ünvanda göstərilən mənzillə bağlı müqavilə bağlamışlar. Müqavilənin ikinci bəndində müqavilə üzrə dəyəri 1 kvadrat metr sahəsi üçün 500 AZN ödənilməsi ilə bağlı razılaşmışlar. Həmin məbləğdən 37.815 manat tərəfindən ödənilmişdir. Qalan məbləğ ilə atası tərəfindən tikinti materialları ilə əvəzləşdirilmişdir. Pul ödənildiyi zaman sözügedən bina hələ 7-ci mərtəbəyədək tikilmişdi. Onda olan məlumata görə fiziki şəxs X3 vəfat etmişdir, ona görə də tikinti dayandırılmışdır. X3 işdə olmadıqda onun əvəzinə onunla işləyən Telman adlı şəxs müqavilələri imza edirdi. X3 öldükdən sonra onun varisi indiki cavabdeh tikinti işlərinə rəhbərlik edir və tikinti işlərini aparır. Cavabdeh isə sözügedən müqavilənin atası tərəfindən imzalandığını təsdiq etsə də, müqavilədəki möhürün başqa şəxsə məxsus olması səbəbindən müqaviləni qəbul etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)- 3095/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Müstəsna aidiyyət qaydalarına uyğun olaraq hazırki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olduğunu qeyd etdi. Məhkəmə Kollegiyası izahatları dinləyib apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verməlidir. İş materiallarından görünür ki, hazırki iddianın predmetini iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil edir. İddiaçı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kv.m və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kv.m olan iki otaqlı mənzilə istifadə hüququnun tanınmasını tələb edir ki, həmin mənzil də Sumqayıt şəhəri ərazisində yerləşdiyindən hazırki iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməli idi. İş materiallarından görünür ki, iddiaçı əvvəlcə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, cavabdehin poçt ünvanı olaraq ünvan 1 35.1-ci maddəsinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerə görə müvafiq məhkəməyə verilməlidir. Daha sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən icraata qəbul edilərək, mülki işə baxılmışdır. Kollegiya hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün ərazi aidiyyətinə görə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)- 3095/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6773/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6773/2022
19.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver