Məhkəmə qərarları › İş №2(103)-6783/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6783/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6783/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(103)-6783/2022 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(103)-6783/2022 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022ci il tarixli 2(103)-6783/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(006)-87/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar