Məhkəmə qərarları › İş №2(103)-6784/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6784/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6784/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cаvаbdеh Cavabdeh1 оğlunun iştirakı ilə İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1/21 saylı 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.489,45 (bir min dörd yüz səksən doqquz ABŞ dolları, qırx beş sent) ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, 22.04.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 19.10.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə yazılı etiraz təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5976/2016 nömrəli, 22.04.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5976/2016 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, 22.04.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditor İddiaçı ASCnin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə illik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2.463 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqavilələri üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilədə göstərilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini və gecikməyə yol verdiyi halda hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə borc məbləğini 07.04.2016-cı il tarixə hesablamaqla ilk öncə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, 22.04.2016cı il tarixli məhkəmə əmri ilə həmin məbləğin tutulması əmr edilmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti 09.07.2016-cı il tarixdə bitmişdir. Bundan sonra 19.04.2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında 10.04.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsi üzrə mövcud olan əsas borcdan 973,55 ABŞ dolları, mövcud olan cərimə borcu isə ümumiyyətlə silinmişdir. Daha sonra Cavabdeh1 yazılı etirazı əsasında həmin məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı qeyd edilən silinmələri də (kompensasiyanı) nəzərə alıb, cavabdehin kredit müqaviləsi üzrə 1489,45 ABŞ dolları məbləğində borcunun qaldığını göstərir. Kredit müqaviləsi üzrə kredit müddəti 09.07.2016- cı il tarixdə bitmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 оğlu apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, qətnamə çıxarılarkən işə tam, hərtərəfli, obyektiv baxmamış, maddi və prosessual normaları düzgün tətbiq edilməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1 dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddianın təmin olunmuş hissəsində, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə illik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2.463 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqavilələri üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilədə göstərilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini və gecikməyə yol verdiyi halda hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə borc məbləğini 07.04.2016-cı il tarixə hesablamaqla ilk öncə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, 22.04.2016cı il tarixli məhkəmə əmri ilə həmin məbləğin tutulması əmr edilmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti 09.07.2016-cı il tarixdə bitmişdir. Bundan sonra 19.04.2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında 10.04.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsi üzrə mövcud olan əsas borcdan 973,55 ABŞ dolları, mövcud olan cərimə borcu isə ümumiyyətlə silinmişdir. Daha sonra Cavabdeh1 yazılı etirazı əsasında həmin məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı qeyd edilən silinmələri də (kompensasiyanı) nəzərə alıb, cavabdehin kredit müqaviləsi üzrə 1489,45 ABŞ dolları məbləğində borcunun qaldığını göstərir. Kredit müqaviləsi üzrə kredit müddəti 09.07.2016- cı il tarixdə bitmişdir. Bu tarixdən sonra həmin müqavilə üzrə hər hansı ödəniş aparılmamışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin Cavabdeh1un apellyasiya şikayətinə münasibətdə ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar