Məhkəmə qərarları › İş №2(103)-6785/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6785/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6785/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi qismində Samir Muradzadə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.339,65 manat məbləğində əsas, 416,80 manat məbləğində cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 431,48 manat məbləğində faiz, cəmi 4.219,45 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(001)-842/2021 saylı qərardadına əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC 06.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, nümayəndələrinin 04 mart 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etməsi səbəbindən, hazırki iş üzrə eyni tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyini bildirmiş və mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi qismində Samir Muradzadə tərəfindən verilmiş şikayət məhkəmənin 05 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, qərardaddan şikayət iddiaçının nümayəndəsi qismində X1 tərəfindən verilmiş, lakin səlahiyyəti olmasına dair sənədi (vəkalətnamə işə əlavə olunsa da, onun müddəti isə 28.03.2021-ci il tarixdə bitmişdir) məhkəməyə təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1.1 və 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2021 saylı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi qismində Samir Muradzadə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar