Məhkəmə qərarları › İş №2(103)-679/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-679/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-679/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Mirağa Ağamirovun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(004)-4597/2019 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000018273 saylı kredit razılaşması üzrə 17216,6 ABŞ dolları kredit borcu, 3744,25 ABŞ dolları faiz borcu və 13957,85 ABŞ dolları cərimə olmaqla, cəmi 34918,70 ABŞ dolları, 008R********** saylı kredit razılaşması üzrə 17622,85 manat kredit borcu, 6088,69 manat faiz borcu və 13284,88 manat cərimə olmaqla, cəmi 36996,42 manat, 008R********** saylı kredit razılaşması üzrə 14666,12 manat kredit borcu, 4847,15 manat faiz borcu və 10866,02 manat cərimə borcu olmaqla, cəmi 30379,29 manat, 3 (üç) kredit razılaşması üzrə cəmi 34918 ABŞ dolları 70 sent və 67375 manat 71 qəpik məbləğində borcun, həmçinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08A000032139 saylı kredit razılaşması üzrə 14929,12 ABŞ dolları kredit borcu, 3246,77 ABŞ Dolları faiz borcu və 12102,31 ABŞ dolları cərimə olmaqla, cəmi 30278 ABŞ dolları 20 sent borcun və iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 08L000004884 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 08R000018273 saylı kredit razılaşması əsasında 77 ay müddətinə, aylıq faiz dərəcəsi 0.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 08R000018273S saylı, xx.xx.2016-cı il tarixli, 08R000018273SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 24783,4 ABŞ Dolları ödəmiş, onun 17216,6 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 752 gün üçün hesablanmış faiz borcu 3744,25 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 752 gün üçün hesablanmış cərimə 13957.85 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18619 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 996,15 manat ödəmiş, onun 17622,85 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 691 gün üçün hesablanmış faiz borcu 6088,69 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 691 gün üçün hesablanmış cərimə 13284.88 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16392 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1725.88 manat ödəmiş, onun 14666,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 630 gün üçün hesablanmış faiz borcu 4847,15 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019- cu il tarixə 630 gün üçün hesablanmış cərimə 10866,02 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.4-cü bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 08A000032139 saylı kredit razılaşması əsasında 77 ay müddətinə, aylıq faiz dərəcəsi 0.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 08A000032139SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20070,88 ABŞ Dolları ödəmiş, onun 14929.12 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 752 gün üçün hesablanmış faiz borcu 3246.77 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.5-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 752 gün üçün hesablanmış cərimə 12102.31 ABŞ Dolları təşkil edir. Həmin kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 4597/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000018273 saylı kredit razılaşması üzrə 17216,6 (on yeddi min iki yüz on altı dollar altı sent ) ABŞ dolları kredit borcu, 3744,25 (üç min yeddi yüz qırx dörd min dollar iyirmi beş sent) ABŞ dolları faiz borcu və 1721,66 (min yeddi yüz iyitmi bir dollar altmış altı sent) ABŞ dolları cərimə olmaqla, 22682,51 (iyirmi iki min altı yüz səksən iki min dollar əlli bir sent) ABŞ dolları məbləğndə borc tutulması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 17622.85 (on yeddi min altı yüz iyirmi iki dollar səksən beş) manat kredit borcu, 6088.69 (altı min səksən manat altmış doqquz qəpik) manat faiz borcu və 1762,29 (min yeddi yüz altmış iki manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 25473,83 (iyirmi beş min dörd yüz yetmiş üç manat səksən üç qəpik) manat, 008R********** saylı kredit razılaşması üzrə 14666.12 (on dörd min altı yüz altmış altı manat on iki qəpik) manat kredit borcu, 4847.15 (dörd min səkkiz yüz qırx yeddi manat on beş qəpik) manat faiz borcu və 1466,61 (min dörd yüz altmış altı manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 20979,88 (iyirmi min doqquz yüz yetmiş doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borc tutulması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08A000032139 saylı kredit razılaşması üzrə 14929.12 (on dörd min doqquz yüz iyirmi doqquz dollar on iki sent) ABŞ dolları kredit borcu, 3246.77 (üç min iki yüz qırx altı dollar yetmiş yeddi sent) ABŞ Dolları faiz borcu və 1493 (min dörd yüz doxsan üç) ABŞ dolları cərimə, cəmi 19668,89 (on doqquz min altı yüz altmış səkkiz dollar səksən doqquz sent) ABŞ dolları məbləğində borc tutulması, ABŞ dolları ilə ifadə olunmuş borc tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulması, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 20,10 (iyirmi manat on qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək tutulmalı olan borcun dəyişdirilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona heç bir məhkəmə bildirişi göndərilməmiş, SMS və ya telefon vasitəsilə zəng edilərək məlumat belə verilməməklə onun məhkəmədə iştirakı təmin edilməyərək, öz hüquqlarını müdafiə edilməkdən məhrum olunmuşdur. Bundan başqa iddiaçı bağlanmış kredit müqaviləsi üzrə şişirdilmiş rəqəmlər göstərməklə, faiz məbləğləri həddən artıq şişirdilməklə göstərilmiş və məhkəmə də həmin rəqəmlərə əsasən qətnamə qəbul edərək iddiaçının əsassız iddiasını təmin etmişdir. Halbuki. məhkəmə qeyd etdiyi faiz rəqəmlərini dəqiqləşdirməkdən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və yalnız ekspertin rəyini aldıqdan sonra işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Həmin vəsatət ilə tərəfindən məhkəməyə təqdim edilməsi məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir məlumatın verilməməsi olmuşdur. Onun barəsində qətnamə qəbul edilməsini icra məmuru onu Lənkəran rayon icra şöbəsinə dəvət etdikdən sonra bilmişdir və dərhal birinci instansiya məhkəməsinə yazılı müracət edərək həmin qətnamənin surətinin ona rəsmi olaraq göndərməsini xahiş etmişəm. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətində mübahisələndirdiyi kredit razılaşmalarına görə əsas, faiz və cərimə borcunun tutulması hissələrində yoxlanılır. Bundan əvvəl Cavabdeh5 apellyasiya şikayəti verərək zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 13579/2019 saylı qətnaməsi ilə Cavabdeh5 tərəfindən veriulmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 4597/2019 saylı qətnaməsi Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 08L000004884 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 08R000018273 saylı kredit razılaşması əsasında 77 ay müddətinə, aylıq faiz dərəcəsi 0.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 08R000018273S saylı, xx.xx.2016-cı il tarixli, 08R000018273SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18619 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16392 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.2ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Kredit xətti müqaviləsinin 3.1.4-cü bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 08A000032139 saylı kredit razılaşması əsasında 77 ay müddətinə, aylıq faiz dərəcəsi 0.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 35000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 08A000032139SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.5-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Həmin kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan borcun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsnə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/5732 nömrəli rəyə əsasən, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 008R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşmanın bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh1 banka əsas borcu 17179,46 manat, faiz borcu 1316,14 manat; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 008R********** saylı, xx.xx.2015ci il tarixli kredit razılaşmasının bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh1 banka əsas borcu 14226,08 manat və faiz borcu 923,90 manat; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 08A000032139 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2019-cu il tarixə Cavabdeh1 banka əsas borcu 14780,32 ABŞ dolları və faiz borcu 3420,68 ABŞ dolları; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 08R000018273 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2019cu il tarixə Cavabdeh1 banka əsas borcu 17097,17 ABŞ dolları və faiz borcu 4171,34 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ekspert rəyi əsaslıdır, rəyə uyğun olaraq qeyd edilən kredit razılaşmaları üzrə əsas borc, Azərbaycan manatı ilə olan kredit razılaşmaları üzrə faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin halları nəzərə alaraq, kredit müqavilələri üzrə cərimə məbləğləri tənasübsüz surətdə yüksək olduğundan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 008R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cərimə borcu 860 manat; 008R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cərimə borcu 711 manat; 08A000032139 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə cərimə borcu 740 ABŞ dolları; 08R000018273 saylı, xx.xx.2014-cü il tarixli kredit 855 ABŞ dolları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – kredit razılaşmalarına görə əsas, faiz və cərimə borcunun tutulması hissələrində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 4597/2019 saylı qətnaməsi mübahisələndirilən – kredit razılaşmalarına görə əsas, faiz və cərimə borcunun tutulması hissələrində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000018273 saylı kredit razılaşması üzrə 17097,17 ABŞ dolları kredit borcu, 3744,25 ABŞ dolları faiz borcu və 855 ABŞ dolları cərimə olmaqla, cəmi 21696,42 (iyirmi bir min altı yüz doxsan altı ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində borc tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 17179,46 manat kredit borcu, 1316,14 manat faiz borcu və 860 manat cərimə olmaqla, cəmi 19355,6 (on doqquz min üç yüz əlli beş manat altmış qəpik) manat, 008R********** saylı kredit razılaşması üzrə 14226,08 manat kredit borcu, 923,90 manat faiz borcu və 711 manat cərimə olmaqla, cəmi 15860,98 (on beş min səkkiz yüz altmış manat doxsan səkkiz qəpik) manat borc tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08A000032139 saylı kredit kredit razılaşması üzrə 14780,32 ABŞ dolları kredit borcu, 3246,77 ABŞ dolları faiz borcu və 740 ABŞ dolları cərimə, cəmi 18767,09 (on səkkiz min yeddi yüz altmış yeddi ABŞ dolları doqquz sent) ABŞ dolları məbləğində borc tutulsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 82,36 (səksən iki manat otuz altı qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7, 62,64 (altmış iki manat altmış dörd qəpik) manat hissəsi İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar