Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6791/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X7 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X19, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X10 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X26, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6, ”Bakı” Mənzil Kooperativinə qarşı 17.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri,Yasamal rayonu,İ.Qutqaşınlı küçəsi, 3 saylı evin,7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin 01.02.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarxili maliyyə arayışının, Bakı şəhəri,Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin 13.05.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin,7 saylı mənzili barəsində X22 ilə Cavabdeh2 arasında 3 saylı “Asan Xidmət”mərkəzində bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1, "xxxx" Mənzil Koperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 16.03.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia üzrə İddiaçı heç bir hüququ olmadan, qanunun tələblərini pozmaqla xüsusi mülkiyyətçi olaraq onun mənzilini zəbt etdiyindən ilkin iddianın rədd olunması, onun tərəfindən təqdim olunmuş, Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş 30.09.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan Bakı şəh. Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6. mənzil 7-də yerləşən 4 otaqlı məzilinin qanunsuz olaraq zəbt etmiş iddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsi barədə qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə ilkin iddia tələbinə ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi hissəsində xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il, tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin 01.02.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.20İ6-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbimim qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzil boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2021 saylı iş üzrə 16.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulduğuna görə iş üzrə qətnaməni qansuz hesab edir. Bildirir ki, hazırki iş üzrə mübahisə predmeti olan - Bakı şəhəri, ünvan 2 ünvan adları: Qurban Xəlilov küçəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, М3) 2009-cu ildən etibarən mülkiyyətçisidir. Həmin mənzili "xxxx" Mənzil Kooperativindən almış və ona müvafiq qaydada Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən 30.09.2009-cu il tarixli 034202 saylı order verilmişdir. Həmin mənzili əsas və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək ora köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamış, sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüşdür. Bunu bilən kooperativin yeni sədri X23 həmin mənzili yaxşı qiymətə kirayə vermək vədi ilə onu xeyli müddət dilə tutub ələ almış, nəhayət o, razılaşdıqdan sonra onu kirayəyə verib hər ay iddiaçıya 800 manat pul vermişdir. Göründüyü kimi, o, hələ 2009-cu ildən etibarən qeyd edilən mənzilin mülkiyyətçisidir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi mövcud qanunvericiliklə və Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə mülkiyyət hüququna verilən təminata əhəmiyyət verməyərək, onun sözügedən mənzil üzərində 10 ildir mövcud olan mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qanuni qüvvədə olan hökmü ilə müəyyən olunmuşdur ki, iddia tələbi üzrə cavabdehlərdən olan Cavabdeh1 ona məxsus mənzil üzərində əldə etdiyi mülkiyyət hüququ qeyri-qanunidir, belə ki, həmin mənzil ona kooperativin yuxarıda göstərilən yeni sədri X23 tərəfindən cinayət yolu ilə satılmışdır. Göstərilən kooperativdə bir neçə payçıya mülkiyyətçiyə) məxsus mənzilin sənədlərini cinayətkarcasına saxtalaşdıraraq satdığına görə X23 çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 anvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ”178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəi, 3 saylı evin, 7 saylı mənzili ona məxsusdur və həmin mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Baş verənlərə görə o, ailə üzvləri ilə birlikdə mənzilində yaşayan Cavabdeh1 ilə görüşərək mənzilin ona məxsus olduğunu, ona qanunsuz satıldığını, odur ki, mənzili tərk etməli olduqlarını bildirmiş, lakin o, idiaçı ilə razılaşmamışdır. Buna görə də, onunla dəfələrlə əlaqə saxlayaraq mənzili tərk etmələrini xahiş etmiş, nəhayət onunla razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Odur ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cavabdeh1 və onunla birlikdə yaşayan X11, X17 və X2rşı “Mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia qaldırmış və həmin məhkəmənin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Həmin apellyasiya icraatından bir neçə ay sonra Cavabdeh1, ailə üzvləri ilə mənzilini tərk etsə də (o mənzilindən çıxdıqdan sonra ümumi məbləği 70.000 (yetmiş min) manat olan mebel əşyalarını mənzildə aşkar etməmişəm) sonradan ona məlum olmuşdur ki, o, iş üzrə qətnamədən kassasiya şikayəti vermiş, lakin həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.02.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmədə işə baxılmamışdan əvvəl vəkil sorğusu əsasında əldə etdikləri DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 13.01.2020-ci il tarixli arayışından məlum olmuşdur ki, Cavabdeh1, bilərəkdən, yəni “Bakı" kooperativinin cinayətkar sədri X23 tərəfindən ona verilmiş saxta sənədlər əsasında həmin mənzili 31.08.2019-cu il tarixdə öz adına ilkin olaraq özəlləşdirmiş, 1 aydan sonra isə qərəzli surətdə, 3 saylı “Asan Xidmət" mərkəzinin notariusunda 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestrli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 formal olaraq satmış və həmin mənzil sonuncunun adına reyestrdə 10.10.2019-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyətinə keçmişdir ki, həmin vaxt mənzil artıq faktiki olaraq bilavasitə onun tabeliyində idi. Göründüyü kimi, Cavabdeh1, məhkum edilmiş Emil Məhərrəmov tərəfindən ona verilmiş sənədlərin saxta olduğunu bilə-bilə aldatma yolu ilə mənzilini ilkin olaraq özəlləşdirmiş, sonra isə Cavabdeh2 satmışdır ki, həmin şəxs aldığı mənzilə köçməmiş, bir gün də olsun orada yaşamamış və göründüyü kimi, alqı-satqı formal olmuşdur. Məhz buna görə də Cavabdeh2 qarşılıqlı iddiasının predmetini “Mənzilin boşaldılaraq təhvil verilməsi" təşkil edir! Bir sözlə, Cavabdeh1, özünün və qeyrilərinin ona məxsus mənzildən çıxarılmaları barədə iddia tələbinin təmin olunması, həmin qətnamədən vermiş olduğu apellyasiya şikayətinin isə təmin olunmaması barədə məhkəmə qətnamələri, eləcə də cinayət işi üzrə hökmlə özünün zərərçəkmiş şəxs qismində tanınması, həmin hökmlə ona cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikasının CPM-nin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməsindən bilavasitə məlumatlı olduğu halda, həmin mənzili saxta sənədlər əsasında özəlləşdirməyə təqdim edilərək 31.08.2019-cu il tarixdə qanunsuz mülkiyyət hüququ əldə etmiş, sonra isə bütün bunları gizlədərək aldatma yolu ilə 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır ki, bütün bu hərəkətlər əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğuna dəlalət edir. Göstərilənlərə əsasən hesab edir ki, ona məxsus mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dələduzluq yolu ilə əldə edilmiş və mənzil həmin yolla, yəni aldatma yolu ilə Cavabdeh2 satılmışdır. Bu hal isə X13 ‘‘vicdanlı alıcı” deyil, məhz “zərərçəkmiş” olduğuna dəlalət edir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 “vicdanlı alıcı” hesab edilməsi tamamilə yanlış və hüquqa ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bilərəkdən mübahisənin maddi hüquqi əsasına əhəmiyyət verməmiş, məsələ ilə bağlı xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmiş, tam hüquqa əsaslanan iddia tələbini rədd etmiş, əsassız qarşılıqlı iddianı qismən, yəni mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində təmin etmiş, qarşılıqlı iddianı orderin etibarsız hesab edilməsi hissəsində isə təmin etməyərək tamamilə ziddiyyətli qətnamə qət etmiş, nəticədə isə onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X28 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X20 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti icra başçısının aparatı tərəfindən verilmiş 19.03.2008-ci il tarixli, 026208 №-li orderin surətinə əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı 4 otaqlı, 80,9 m2 sahəsi olan mənzildə yaşamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş İddiaçı 11.09.2009-cu il tarixli ərizəsinə əsasən İddiaçı bir nəfər ailə tərkibi ilə "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsini, X4 adına olan ünvan 4, 7 saylı, 4 otaqlı mənzili və payı onun adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan X3 "xxxx" MTK İdarə heyəti sədrinə ünvanladığı 12.09.2009cu il tarixli ərizəsinə əsasən X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.04.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MTK-nın ünvan 4 ünvanında adına qeydiyyatda olan 4 otaqlı, 7 saylı mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini bildirərək kooperativ üzvlüyündən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 19.09.2009-cu il tarixli, MK-01/05 saylı maliyyə arayışına əsasən "xxxx" MTK-nın üzvü X15 4 otaqlı, 7 saylı mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MTK üzvlərinin iclasının 18 saylı protokolundan 19.09.2009-cu il tarixli çıxarışa əsasən X12 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş, ünvan 4 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 m2 olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.04.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq vətəndaş X6 adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti icra başçısının aparatı tərəfindən verilmiş 30.09.2009-cu il tarixli, 034202 №-li orderin surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı 4 otaqlı, 80,9 m2 sahəsi olan mənzildə yaşamaq hüququ vardır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.01.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmün surətindən müəyyən olunur ki, "xxxx" MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona qəti olaraqq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum elmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki,"xxxx" MKnın İdarə heyətinin sədri vəzifəsində işləmiş X14 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, sahəsi 80.9 kv.m olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin 30.09.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzil Cavabdeh1 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olmuş və bu barədə 31.08.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış 08.10.2019-cu il tarixli, AN-İ ******* №-li alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzil Cavabdeh1 tərəfindən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzil Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətindədir və bu barədə 10.10.2019cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-710/2018 saylı, 01.02.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X18, X24 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı mənzilin boşaldılmaqla İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh1, X18, X24 və X5 istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli, 10/2994 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”ının tələblərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzilin ümumi sahəsi 125,3 m2 təşkil edir. İşin mübahisəsiz halları odur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı mənzilə (indiki adı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil) dair İddiaçı adına order verilmişdir. "xxxx" MKnın İdarə heyətinin sədri vəzifəsində işləmiş X14 qanunsuz əməlləri nəticəsində həmin mənzil əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmışdır. Cavabdeh1 həmin mənzilə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 sözügedən mənzili Cavabdeh2 satmışdır. Həmin mənzil Cavabdeh2 mülkiyyətində olduğu halda İddiaçı həmin mənzilə daxil olmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan mənzilin Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə ararayışlarının, Cavabdeh1 həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın, həmin mənzilin Cavabdeh2 satılmasına dair müqavilənin və sonuncunun həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilkin iddia tələbində qeyd edilən iclas protokolları və maliyyə arayışları iş materiallarında yoxdur. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iclas protokolu və maliyyə arayışı əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirmir və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası, o cümlədən qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.01.2019- cu il tarixli, 1(101)-77/2019 saylı hökmü hazırki mülki iş üzrə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti -yəni, "xxxx" MK-nın İdarə heyətinin sədri vəzifəsində şləmiş X14 qanunsuz əməlləri nəticəsində İddiaçı məxsus mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılması hissəsində məcburidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X18, X24 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəf olmadığına görə həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar Cavabdeh2 üçün preyudisial əhəmiyyət daşımır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. İş materialları ilə sübut olunur ki, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzili Cavabdeh1 almış və mənzil üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia tələbi isə mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi hissəsində təmin edilməlidir.Həmçinin, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbini Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş 30.09.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən order Cavabdeh2 marağına toxunmur, onun üçün heç bir hüquqi nəticə əmələ gətirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzil boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə oxşar olmaqla həmin dəlillərə yuxarıda qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6791/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6791/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver