Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6793/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-163 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 27.000 manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 20.000 manat olmuşdur. Artıq 7000 manat isə guya 20.000 manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdir. O, isə aralarında olan tanışlığa görə ona etiraz etməmiş və 20.000 manat pul aldığı borc müqaviləsində məbləğin 27.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən xx.xx.2019-cu il tarixinə qədər real olaraq aldığı 20.000 manat pulu cavabdeh X3 tam ödəmişdir. xx.xx.2019-cu il tarixdə isə guya onun Cavabdeh2 olan borcunu ödəməməyi ilə bağlı müqavilənin bağlandığı 1 saylı Bakı “ASAN xidmət" mərkəzindəki notariat ofisi tərəfindən Səbail rayon İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin aralarında bağlanmış 3M-163nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Buna görə də aralarında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasənmüqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Buna görə də hesab edir ki, Cavabdeh2 ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağladığı xx.xx.2019cu il tarixli, 3M-163 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ilə onun arasında Cavabdeh1ndə xx.xx.2019-cu il tarixdə bağlanmış və 3M-163 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı üçüncü şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsininicraatında olan iş üzrə İddiaçıtərəfindən cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı Saqif Həsən oğlu X1 Nağıyevaarasında 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3m-163 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair ilk iddia qaldırılmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddianın dəlilləri ilə bağlı aşağıdakıları bildirir. Ən əvvəl qeyd edir ki, ilk iddianın kredit müqaviləsinə əsasən 27.000 manat deyil, 20.000 manat verilməsi, 7.000 manatın isə faiz olaraq əlavə edilməsi barədə dəlilləri tamamilə əsassızdır. Belə ki, əvvəla, İddiaçı həmin müqaviləni bağlamağa heç kim məcbur etməmişdir. Ən azı ona görə ki, İddiaçı bunu özü istisna edir. Digər tərəfdən, 7.000 manatın isə faiz olaraq əlavə edilməsi barədə dəlillər də tamamilə əsassızdır. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisində bağlanmışdır. Təbii ki, əgər həqiqətən həmin kredit müqaviləsinə əsasən İddiaçı 27.000 manat deyil, 20.000 manat verilmişdi və 7.000 manatın isə faiz olaraq əlavə edilməsi halı var idi, o halda İddiaçı həmin kredit müqaviləsini bağlamaya bilərdi və ona heç kim mane olmurdu. Həmçinin İddiaçı iş adamıdır. “Avangard travel” şirkətinin təsisçisi və direktorudur, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə bir şəxsin müddəti 1 ay müəyyən olunmuş borc müqaviləsinə görə 27.000 manat əvəzinə 20.000 manat verilməsinə razı olması, təbii ki, inandırıcı deyildir. Onu da bildirir ki, İddiaçı yalnız bir faktı düz deyir ki, həqiqətən aralarında tanışlıq, dostluq münasibətləri olmuşdur. Məhz bu tanışlıq, dostluq münasibətlərindən irəli gələrək, ona 27.000 manat borc vermişdir. Həmin pul notariusun depozit hesabına qoyulmuş və həmin pulu tam olaraq bankdan İddiaçı şəxsən özü götürmüşdür. Bu barədə bankın kamera görüntüləri və digər sübutlar var. Belə ki, həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən, borc verən borc alana 27.000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, göründüyü kimi, ilk iddianın guya borc müqaviləsinə görə 27.000 manat əvəzinə 20.000 manat verilməsi barədə dəlili tamamilə əsassızdır Əksinə, iddiaçı-cavabdeh İddiaçı öz istəklərinə nail olmaqdan ötrü, onun etibarından sui-istifadə etməklə külli miqdarda pulunu ələ keçirməyə nail olmuşdur. Belə ki, İddiaçı bildirir ki, guya həmin borc müqaviləsinə görə 20.000 manat borcu da ona qaytarmışdır. Bu xüsusat da tamamilə əsassızdır. Sual olunur - 27.000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə götürən iş adamı olan bir şəxsin, həmin borcu qaytarması zamanı adı bir yazılı qəbzin alınmasına nə mane olurdu? Bu da sübut edir ki, İddiaçı borcu bu günə qədər ona qaytarmamışdır və bu barədə heç bir sübut yoxdur. Belə olan halda, ilk iddianın dəlilləri tamamilə əsassızdır. Həmçinin müqavilənin müddəti xx.xx.2019-cu il tarıxədəkdir. Yəni müqavilə artıq qüvvədən düşmüşdür. Belə olan halda hesab edir ki, həmin müqavilənin ləğv edilməsi üçün heç bir hüquqi və faktiki əsas qalmır. Qeyd edilənləri nəzərə alaraq, ilk iddia ərizəsinin rədd edilməsi, Saqif Həsən oğlu X1Nağıyeva arasında 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2019- cu il tarixli 3m- 163 reyestr nömrəli kredit müqaviləsinə əsasən 27000 manat, vurulmuş mənəvi ziyana görə 5.000 manat, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsinə əsasən İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməməsi, Cavabdeh2 İddiaçı qarşı üçüncü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, İddiaçı 27000 (iyirmi yeddi min) manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh2 xeyrinə tutulması, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra iş üzrə İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 624/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-163 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır.Bağlanan müqavilədə alınmış borcun 27.000 manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 20.000 manat olmuşdur. Artıq 7000 manat isə guya 20.000 manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdi. O da aralarında olan tanışlığa görə ona etiraz etməmiş və 20.000 manat pul aldığı borc müqaviləsində məbləğin 27.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən xx.xx.2019-cu il tarixinə qədər real olaraq aldığı 20.000 manat pulu cavabdeh X3 tam ödəmişdir. xx.xx.2019-cu il tarixdə isə guya onun Cavabdeh2 olan borcunu ödəməməyi ilə bağlı müqavilənin bağlandığı 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən Səbail rayon İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Əslində isə o borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh2 isə özünü haqlı çıxarmaq məqsədilə hər hansı bir hüquqi əsası olmadan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qarşılıqlı iddia ərizəsində isə heç bir əsaslı fakt öz əksini tapmamışdır. Buna baxmayaraq Nərimanov rayon Məhkəməsi tərəfindən qanunsuz olaraq həmin qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Halbuki birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq ədalətli məhkəmə qətnaməsi qəbul etməli idi. Nərimanov rayon Məhkəməsi isə yalnızca qarşılıqlı iddia ərizəsində göstərilən heç bir hüquqi əhəmiyyət daşımayan şəxsi mülahizə xarakterli məlumatları fakt kimi nəzərə alaraq qətnamə çıxarmışdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kreditor Cavabdeh2 ilə borclu İddiaçı arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, "Borc verən" "Borc alana" 27000 manat 00 qəpik (iyirmi yeddi min manat sıfır qəpik) məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir. "Borc alan" krediti xx/xx/2019 (on üç iyun iki min on doqquzuncu il ) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 göndərilmiş pretenziya məktubundan görünür ki, onunla xx.xx.2019-cu il tarixdə bağladığı 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-163 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin ləğv edilmə zərurəti yaranmışdır. Ona olan borcunu tamamilə ödəməyinə baxmayaraq hal-hazırda 1 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat ofisi tərəfindən Səbail rayon İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Bu səbəbdən də aralarında bağlanmış müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı ona müraciət edib aralarında bağlanan kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Əks halda müqavilənin ləğv edilməsi tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət ediləcək və mübahisə məhkəmə qaydasında həll ediləcəkdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydində göstərilmişdir: Cavabdeh1 xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE 0*******, xx/xx/2003 – Səbail RPİ) xeyrinə ünvan 2 mənzil 210 ünvanında qeydiyyatda olan İddiaçı (AZE 0*******, xx/xx/2011 – Binəqədi RPİ) xx.xx.2019-cu il müddət üçün vaxtında ödənilməmiş 27000 manat 00 qəpik (iyirmi yeddi min manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edir borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 27020 manat 00 qəpik (iyirmi yeddi min iyirmi manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx/xx/2019 tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının Nərimanov Filialının FJB**********147№-li mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən 27000 manat məbləğində pul notariusun hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğini 20 gün ərzində ödəməyəcəyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il şəhadətnamədən görünür ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat.ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən, təsdiq edirəm ki, 07709/2019 tarixdə Cavabdeh2 ərizəsini İddiaçı verdi. Ərizənin qısa məzmunu: 1 saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisində xx.xx.2019-cıı il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 3M-163 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsi üzrə İcra qeydinin aparılması üçün bildirişin təqdim edilməsi. Ərizəni təqdim edənin (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6793/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsi Cavabdeh2 İddiaçı qarşı üçüncü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin və rədd edilmiş hissədə ləğv edilmiş və həmin hissəsində iş üzrə icraata xitam verilmişdir. Beləliklə, Kollegiya qeyd edir ki,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 624/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dairhissəsində yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dairilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, kreditor Cavabdeh2 ilə borclu İddiaçı arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin ləğvi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, Kollegiya qeyd edir ki,apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 İddiaçı qarşı üçüncü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin və rədd edilmiş hissədə ləğv edilməli, Qətnamə İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dairilk iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6793/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsi Cavabdeh2 İddiaçı qarşı üçüncü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin və rədd edilmiş hissədə ləğv edilmiş və həmin hissəsində iş üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 İddiaçı qarşı üçüncü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin və rədd edilmiş hissədə ləğv edilsin. Qətnamə İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dairilk iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6793/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6793/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver