Məhkəmə qərarları › İş №2(103)-6796/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6796/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6796/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-537/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-537/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsinin surətini cavabdehə maps arayışında qeyd edilən ünvana şifarişli xəbərnaməli məktub vasitəsilə göndərilmiş, iş materialına geri qaytarılmış zərf əlavə edilmişdir (iş səh.17,48,51), qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir (səh.52), cavabdeh prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 01.06.2021-ci il tarixində ünvanlanmışdır (səh.53). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülübötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamədən bir ay müddətində apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Hazır ki, işdə cavabdeh tərəfindən məhkəmə aktının nə zaman alınması belə müəyyən edilmir. Apellyasiya şikayətində qeyd edilən ünvandan görünür ki, bu ünvan rəsmi ünvan deyildir, məhkəmə isə rəsmi ünvana korrespondensiyanın göndərilməsi üzrə vəzifələrin yerinə yetirmişdir.Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357,361- 366,372,402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-537/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar