Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-680/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan “İddiaçı” şirkətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 230.000 ABŞ dolları, cərimə borcu kimi 5.000 ABŞ dolları, cəmi 235.000 ABŞ dolları məbləğində pul manatla cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İşə apelyasiya qaydasında baxılarkən tərəflər xx.xx.2020-ci il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtlərinə görə cavabdeh iddiaçının 230.000 ABŞ dolları məbləğində pul tələbini etiraf edir və üzərinə öhdəlik götürür ki, 230.000 ABŞ dolları məbləğində pulu xx.xx.2021-ci il tarixdən başlayaraq 36 ay ərzində (ilk 8 ay ərzində hər ay 5.000 ABŞ dolları, sonrakı aylarda isə 6.786 ABŞ dolları olmaqla) iddiaçıya ödəyir, iddiaçı isə bu şərtlə razılaşır. Barışıq sazişi qanuna zidd deyil və ya hər hansı şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 261.0.5 və 391ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “İddiaçı” Şirkəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıda göstərilən məzmunda təsdiq edilsin: Cavabdeh üzərinə öhdəlik götürür ki, 230.000 ABŞ dolları məbləğində pulu xx.xx.2021-ci il tarixdən başlayaraq 36 ay ərzində (ilk 8 ay ərzində hər ay 5.000 ABŞ dolları, sonrakı aylarda isə 6.786 ABŞ dolları olmaqla) “İddiaçı” Şirkətinə ödəyəcək. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-680/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-680/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver