Məhkəmə qərarları › İş №2(103)-6800/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6800/2025

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6800/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə İsmət oğlunun, Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. cavabdeh1 tərəfindən imzalanmış ## ##### 2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, o, İddiaçı ## ### 2022-ci il tarixdə 98.000 ABŞ dolları alaraq cavabdeh2 təqdim etməsini, borcun cavabdeh2 1 il müddətinə verilməsini, bu borca onun zamin durmasını, borcun ən qısa zamanda cavabdeh2 İddiaçı geri qaytarılacağına şübhəsi olmadığını, əvvəlcədən deyildiyi kimi, borcun İddiaçı ## ### 2023-cü il tarixədək iki qatı şəkildə, yəni 196.000 ABŞ dolları olaraq qaytarılacağını təsdiq etmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, 196.000 ABŞ dolları əsas borc və 7.350 ABŞ dolları faiz olmaqla, cəmi 203.350 ABŞ dollarının milli manata məzənnədə cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər arasında borcun geri qaytarılması ilə bağlı mübahisə mövcuddur. Belə ki, cavabdeh2, cavabdeh1 vasitəsilə Rusiya Federasiyasında iş görmək məqsədi ilə ondan ## ### 2022-ci il tarixdə 1 il müddətinə 98.000 ABŞ dolları borc almışdır. Öz qohumu olan cavabdeh1 ona cavabdeh2 bu pulu biznesində istifadə edəcəyini və dövriyyəyə buraxacağını bildirmiş və bu borcu verməyinin ona yaxşı gəlir gətirəcəyinə inandırmışdır. cavabdeh1 cavabdeh2 tanıdığı üçün onun qarşısında zamin durmuşdur. cavabdeh2 bu vəsaiti aldığı zaman bildirmişdir ki, 1 ilin sonunda ona borcun iki qatını, yəni ümumilikdə 196.000 ABŞ dollar qaytaracaqdır. Eyni zamanda, cavabdeh2 onun tərəfindən verilmiş borcun qarantı olaraq öz mülkiyyətində olan 3 mənzilin dövlət reyestrindən çıxarışlarını ona təqdim etmişdir. Tərəfindən cavabdeh2 1 il ərzində tez-tez xatırlatmalar və xəbərdarlıqlar edilmiş, borcun geri qaytarılması tələb olunmuşdur. cavabdeh2 isə hər dəfə müxtəlif səbəblər və ya bəhanələr gətirərək, borcu ödəyəcəyini bildirsə də, sözügedən borcu indiyə qədər qaytarmamışdır. Hazırda borcun qaytrılmalı olduğu bir il müddət bitmişdir. Tərəfindən cavabdeh2 dəfələrlə zənglər etsə də, zənglərinə cavab vermədiyindən onunla əlaqə yaratmaq mümkün olmamışdır. Ailəsi, qardaşı və oğlu ilə əlaqə yaradıldıqda onların da Elən Manafovun harada olması və zənglərə hansı səbəbdən cavab verməməsi ilə bağlı məlumatlarının olmadığı məlum olmuşdur. Belə olduğu halda, o, öz qohumu olan zamin cavabdeh1 müraciət etmişdir. Zamin cavabdeh1 isə ona olan cavabındından narahat olmamasını, cavabdeh2 etibarlı adam olmasını, qaytaracaq deyibsə, qaytaracağını demişdir. Bundan sonra zamin cavabdeh1 mövcud borcun etirafı haqqında müqavilə imzalanmasını istəmiş, o isə belə bir borcun mövcudluğunu və bu borcun ## ### 2022-ci ildə tərəfindən cavabdeh2 1 il müddətinə verildiyini yazılı şəkildə etiraf etmiş və öz imzası ilə təsdiqləmişdir. Borcun qaytarılmalı olduğu ## ### 2023-cü il tarixdən indiki vaxta qədər uçot faiz dərəcəsi ilə hesablanmış məbləğ 7.350 ABŞ dolları təşkil edir. O, 196.000 ABŞ dollarını Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə ödənişin gecikdirildiyi 5 ay müddət ərzində həmin məbləğdən 7.350 ABŞ dolları gəlir əldə edə bilərdi. 2023-cü il üçün bank uçot dərəcəsi illik 9 faiz müəyyən olunmuşdur. cavabdeh2 borcunu ödəmədiyindən, o, həmin gəlirdən məhrum olmuşdur.

4. Cavabdeh cavabdeh2 nümayəndəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, cavabdeh2 iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh2 iddiaçını ümumiyyətlə tanımır, onunla arasında nə işgüzar, nə də borc münasibəti olmuşdur. cavabdeh1 tanıyır, lakin onunla da heç bir borc münasibəti yoxdur. İddiaçının bildirdiyi hər hansı bir borc məbləği mövcud olsaydı bununla bağlı müqavilə olardı. Belə ki, qanunvericiliyin tələbinə görə, məbləği 3.000 manatdan çox olan borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı iddianın əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Nə yazılı müqavilə var, nə də ki, əsaslı digər bir sübut. Halbukı, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

5. Cavabdeh cavabdeh1 məhkəməyə ünvanlandığı ərizəsində qeyd etmişdir ki, iş üzrə tərəf olan digər iki şəxs – Elşən və Azər qohum olmaqla, yaxın adamlardı. Elşən uzun müddətdir ki, Moskvada işləyir. Bir müddət əvvəl Elşən ona demişdir ki, yaxşı pul olsa, dövriyyəyə buraxıb, yaxşı pul qazandırar. O isə Elşənə demişdir ki, qohumu olan Azərin pulu var, istəsə onunla danışar. Elşən isə bildirmişdir ki, danışsın 1 il ərzində pulun iki qatını qaytaracaqdır. Sonra o, Elşəni Azərlə görüşdürmüş və şam yeməyi yemişlər. Şərtlər müzakirə olunmuş və razılığa gəlmişlər. Razılıq beli olmuşdur ki, Elşən 1 il ərzində həmin pulun iki qatını Azərə qaytaracaqdır. Bu formada razılıq olmuş, o isə şahidlik edərək, zamin durmuşdur. Azər demişdir ki, Şaban zamindirsə, o da razıdır. Bir müddət sonra onlar yenə görüşmüş, onun vasitəsilə pulu Elşənə vermişlər. Bu yaxınlarda Azər ona demişdir ki, bir müddətdir Elşəndən xəbər ala bilmir. O isə demişdir ki, narahat olmasın, Moskvaya gedəndə Elşənlə görüşüb, soruşacaq. O, Moskvada Elşənlə görüşmüş, Elşən ona tezliklə pulu verəcəyini bildirmişdir. Bakıya qayıdandan sonra məhkəmədən bildiriş gələndə, Elşən ona zəng etmiş, iddiaçının məhkəməyə müraciət etməsinin ayıb olduğunu bildirmiş, Azərə 40-50.000 ABŞ dolları düzəldib verməsini xahiş etmişdir. O isə, pulunun olmadığını bildirmişdir..

6. Cavabdeh cavabdeh1 nümayəndəsi iddia tələbini qismən qəbul edərək qeyd etmişdir ki, cavabdeh1 pulların verilməsində qarant və zamin kimi iştirak etmişdir. Pul cavabdeh1 vasitəsilə verilmişdir. 2022-ci ilin may və yay aylarında cavabdeh2 özü də bura gəlmiş, hər üç tərəf Elşən, Şaban və Azər görüşmüş, Şaban Azərə demişdir ki, Elşən öz adamları, yerliləri, qohumlarıdır. Şaban Elşənə də demişdir ki, Azər öz adamlarıdır, narahat olma. Şaban hər iki tərəfə də şifahi zaminlik vermişdir. X2 tanış etmişdir. Hər ikisi yerli olsalar da, bir-birləri ilə çox yaxın deyildirlər. Görüş vaxtı da Şaban tərəflərə demişdir ki, ikiniz də yerlisiniz. Azərin pulu var idi, Elşənin də Rusiyada dövriyyəsi var idi. Azər pulu Elşənə verəcək, Elşən də həmin pulu dövriyyəyə buraxıb, daha sonra Azərə iki qat məbləğdə pul qaytarmağı öhdəsinə götürmüşdür. Şaban da Rusiyada işlə məşğul olurdu deyə Elşənin işinə bələd idi. Orada Elşən yuyucu vasitələrin satışı ilə məşğul olmuş, dövriyyəsini artırmaq üçün pul, əlavə düzgün investisiya axtarmış, Azər də Elşənə investisiya etmişdir. İnvestisiyanın da zamini Şaban idi. Şaban da Azərə deyirdi ki, narahat olma pulun etibarlı əllərdədir, Elşən pulunu qaytaracaqdır. Azəri arxayın salan Şaban olmuşdur. Pulun Şaban vasitəsilə verilməsi deyəndə həm bu nəzərdə tutulur, həm də Şaban Rusiyaya gedəndə Azər pulu hissə-hissə Şabana verirdi, o da Elşənə çatdırırdı, ya burada veriləndə orada əmisi oğlu Elşənə çatdırırdı. Əmisi oğlunu da səs yazıları var idi, Şaban keçən dəfə onunla danışmışdır. Özü də deyirdi ki, “Hacı bilirəm Elşən səni pis vəziyyətdə qoymuşdur. Əmim oğlu olsa da dələduzluq etmişdir. Elşənə lənət oxuyur ki, onun da adını batırıbdır, adı hallanır, sənin qabağında gözü qarayam”. Yəni ki, bunlar hamısı qohumluq əlaqələri olduğuna görə bu insanlar arasında yazılı müqavilə bağlamağa və s. köhnə kişilər olduğuna görə özlərinə sığışdırmırlar ki, necə yəni öz qohumunla yazılı müqavilə bağlanılsın. Elşən göndərdiyi səs yazılarından “Hacı pul cəhənnəm, sənin qabağında mənim başımın əyilməsi mənim üçün utanc oldu”. Yəni bunların hamısı yazılı müqavilə bağlamağa ehtiyac görülməmişdir. Çünki hamı bir-birinə güvənmişdir. Şaban da Elşənə güvənirdi, çünki Elşən illər idi bu işi görürdü. Şaban neçə vaxtdır şəkər xəstəsidir, ürəyi də narahatdır. Şaban deyir ki, canı bildiyi adam indi onu pis vəziyyətdə qoymuş, indi onları məhkəməyə çağırırlar. Onların nəyinə lazımdır axı məhkəmədə cavabdeh qismində çıxış etsinlər, kimsə onlardan pul tələb etsin. Yəni ki, bu məsələlər yazılı müqavilə ilə tənzimlənən məsələlər deyil, bu insanlar 60 yaşında yaşlı adamlardır. Yazılı müqaviləni özlərinə sığışdırmayan insanlardır. Ona görə də bu səs yazıları və sair onların sübutlarıdır. Elşən özü də faktiki deyir ki, pulu ondan alıbdır. Səs yazılarının tarixi oktyabr ayının axırı, noyabr ayının əvvəlləri olmuşdur. O, bilir ki, borclu borcunu ödəmədiyi halda zamin borcu ödəməlidir. Lakin bunun qaydası odur ki, məhkəmə qaydasında borc borcludan tələb edilməlidir. Həmin vaxtı borclu borcu ödəyə bilmədiyi halda zamindən tutulmalıdır. Lakin bu adam borcu qaytara bilməsinin sübutu olaraq onlara evinin çıxarışlarını vermişdir. Şaban da həmin çıxarışların verilməsində iştirak etmişdir. Yəni ki, borclu borcunu qaytara bilər, çünki onun maddi imkanı buna çatır. Məhkəmədən xahişi odur ki, real cavabdeh ortada ola-ola zaminlik rolunun qabardılması mənasızdır. Cavabdehin balansında yetərincə pulu var, aktivləri, evləri var və cavabdeh özü borcunu qaytara bilər. cavabdeh1 borcun bir nömrəli cavabdeh tərəfindən qaytarılmasının tərəfdarıdır, özünün müstəqil olaraq borcu qaytarmaq fikri yoxdur. 2022-ci ilin may ayından sonra, yəni borcu verəndən sonra Şaban Rusiya Federasiyasında olmuş, Elşənlə görüşmüş, cavabdeh1 Rusiya Federasiyasına gedəndə pulun qaytarılmaq mərhələsində olmamışlar, ondan sonra gedəndə cavabdeh1 cavabdeh2 tapa bilməmişdir. Səs yazılarında elə onların söhbəti gedir ki, aylardır Elşəni axtarırlar amma tapa bilmirlər. Polisə də məlumat verilmiş, Elşən köhnə yaşadığı ünvanda da yaşamır, əvvəl mühasibin nömrəsi olmuş, artıq o, da zənglərə cavab vermir. Elşənin orada Həsi adlı bir adam var ki, Elşənlə bir yerdə işləyir, Həsi özü də Elşəni axtarır. Borcun qaytarılması ilə bağlı Elşənin qardaşı və əmisi oğlu ilə danışıqlar aparılır. Elşən hər yerdə axtarılsa da, ortada yoxdur. Azərlə Elşən çay evində 2020-ci ilin may və yay aylarında görüşüblər, lakin bunu təsdiq edəcək xatirə şəkli çəkdirməyiblər. Elektron sistem ola bilsin ki, köhnədir. Miqrasiyadan alınan məlumatda onun son giriş-çıxış vaxtları göstərilmişdir. cavabdeh1 iddianı qəbul edir, lakin iddianın ona aid olan hissədə təmin olunmamasını xahiş edir. Çıxarışlarla bağlı o, iddiaçının dediklərini təsdiq edir, çünki həmin söhbət zamanı Şaban da orada olmuş, üç evin çıxarışı iddiaçıya təqdim olunmuş, Elşən narahat olmasınlar, üç evinin olmasını demişdir. 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində çıxarışlar ortada olmuş, cavabdeh2 həmin vaxtdan qarant kimi göstərmişdir ki, “mənim çıxarışlarım var. narahat olmayın, əgər pulu batırsam ya qaytarmasam evlərimi satıb pulunuzu qaytaracağam”. Ona görə də bunlar arxayın düşmüşlər. Çıxarışlar elektron qaydadır. cavabdeh2 çıxarışların kodlarını onlara vermişdir. Artıq köhnə sistem deyil ki, çıxarışın əsli lazım olsun, çıxarış kodunda bir rəqəm səhv yazılsa, çıxarış tapılmır. Səs yazısı Şabanın telefonuna cavabdeh2 tərəfindən ***-***-***- **-** saylı nömrə ilə göndərilmişdir. Həsi adlı şəxs Rusiya Federasiyasında cavabdeh2 kimi alverlə məşğul olan şəxsdir. Həci isə Şabandır, həcc ziyarətində olduğuna görə ona Hacı deyirlər. Şaban da Rusiya Federasiyasında ticarətlə məşğuldur və bu işdə heç bir şəxsi marağı olmamışdır. Şaban cari vəziyyətdə Rusiyada alverini saxlayıbdır və Azərbaycandadır. Şabanın pasportundan görünür ki, o, ##.##.2023-cü il tarixdə Rusiya Federasiyasına girmiş, ##.##.2023cü il tarixdə çıxmışdır. Son dəfə Elşənlə əlaqə saxlanılarkən, o səsləri Şabana göndərmiş, 5-10 gün ərzində pul qaytaracağını demiş, sonra isə onunla əlaqə yaratmaq mümkün olmamışdır. ***-***-***-**-** saylı telefon nömrəsinin Elşənə məxsus olmasını təsdiq edən sübutları yoxdur. Məhkəmədən xahişləri odur ki, pul cavabdeh2 tutulsun. Zamin olaraq məhkəmənin qərarına əsasən üzərilərinə düşən hissəni geri qaytarmağı öhdələrinə götürərlər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2(001)- ***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Səadət Səlimova).

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı, cavabdeh cavabdeh2 bir il müddətinə qaytarmaq şərti ilə borc verməsini, sonuncunun borc müqaviləsindən irəli gələn öhdəliyinin icrasına cavabdeh1 zaminliklə və qarantiya ilə təminat verməsini iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. 9. İddiaçı borcun verilməsini məhkəməyə təqdim etdiyi səs yazısı, onda olan cavabdeh2 mülkiyyətində olan mənzillərə dair çıxarışlarla, cavabdeh1 borcu almasına dair etirafı ilə təsdiq etdiyini bildirsə də, məhkəmə bu sübutları mötəbər, təkzib olunmaz sübutlar olaraq qəbul etməmişdir. 10.Belə ki, məhkəməyə təqdim olunan səs yazısının, səs yazısının göndərildiyi telefon nömrəsinin cavabdeh2 məxsus olması, həmin yazıda sonuncunun iddiaçıdan nə vaxt, hansı məbləğdə, hansı şərtlərlə borc alması, hansı şərtlərlə qaytarmalı olması, öhdəliyin icrası üçün hansı təminatların verilməsi barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Məhkəmə iclasında cavabdeh2 nümayəndəsi səsin cavabdeh2 məxsus olmadığını, sonuncunun iddiaçını tanımadığını, ondan borc almadığını, cavabdeh1 pul almadığını, səs yazısında olan mətndə danışıqlar aparmadığını bildirmişdir. cavabdeh2 mülkiyyətində olan mənzillərə dair çıxarışların surətinin iddiaçıda olması halı da, həmin sənədlərin cavabdeh tərəfindən şəxsən iddiaçıya təminat olaraq verilməsi kimi qiymətləndirilə bilməz, belə ki, kafedə görüşüb danışmaq imkanı olan tərəflər notariat ofisinə müraciət edib qanunvericiliklə onlara verilmiş hüquqlardan istifadə etməklə borc, ipoteka, zaminlik müqavilələri də bağlaya bilərdilər. 12.Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh1, məhkəməyə təqdim etdiyi iddiaya qarşı münasibətində, sonuncunun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarında, iddiaçıdan pulu alaraq cavabdeh2 verməsini, öhdəliyinin icrasına görə kreditor qarşısında cavabdeh1 zamin olaraq təminat verməsini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları, yəni tərəflər arasında formasından asılı olmayan (yazılı və ya şifahi) borc müqaviləsi və mülki qanunvericiliyin müəyyən etdiyi formada zaminlik müqaviləsi bağlanmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdeh1 etirafını prosessual qanunvericiliyin tələblərinə əsasən, yoxlayaraq belə qənaətə gəlir ki, cavabdeh1 mövcud olmayan faktı etiraf etdiyi üçün, həmin etiraf sübut kimi qəbul oluna bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 390.2, 470.1, 470.2, 471, 478, 739.1, 739.2, 739.3, 740.1 və 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi pul tələbidir, tələbin hüquqi (qanuni) əsasının nə olmasından asılı olmayaraq, iddia tələbinin qanuni əsasının tapılması məhkəmənin xidməti vəzifəsidir. Demək ki, məhkəmənin müqavilənin etibarsızlığı ilə bağlı gəlmiş olduğu nəticə düzgün olmuş olsa, məhkəmə tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmadığı qənaətinə gəldikdə belə, iddiaçının iddia tələbinin (pul tələbinin) qanuni əsasını müəyyənləşdirməli, Mülki Məcəllənin 1092-ci maddəsini tətbiq etməklə cavabdehdə olan pul vəsaitinin iddiaçıya qaytarılması barədə qərar qəbul etməli idi. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında etibarlı müqavilə olmamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən məbləği 3.000 manatdan yuxarı olan borc müqaviləsi yazılı bağlanmalıdır. Bununla bağlı, məhkəmə araşdırması zaman iddiaçı tərəfindən həmin normanın tətbiqi və mövcud məhkəmə praktikası ilə bağlı kifayət qədər dəlillər təqdim edilmişdir. Məhkəmə qərarından da görünür ki, məhkəmə tərəflər arasında borc münasibətlərinin olduğunu açıq-aşkar inkar etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının tərəflər arasındakı münasibətlərin mövcudluğunu təsdiq edən sübutlarını düzgün qiymətləndirməmiş, yaxud bu sübutların əldə edilməsi və ya MPM-in 106.2-ci maddəsinin tətbiqindən məhrum etmişdir. Yekunda, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarlılıq şərtlərinə cavab verməməsi əsası ilə məhkəmə iddianı təmin etməmişdir. Hazırkı halda müqavilənin yazılı bağlanması şərti etibarlılıq deyil, sübutetmə şərti olduğundan tərəflər arasında etibarlı borc müqaviləsi mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmiş və həmin Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin forması müəyyən olunmuşdur. Məlum olduğu kimi, Mülki Məcəllə qəbul olunarkən 740-cı maddədə borc müqaviləsinin şifahi bağlanılan müqavilə olduğu müəyyən olunmuşdur. Eyni zamanda həmin normada borc müqaviləsinin bağlanmasında tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilməsi təsbit olunmuşdur. Borc müqaviləsinin formasına dair belə tələbin (3.000 manatdan yuxarı – yazılı) yaranması təsadüfi olmamışdır. Yeni qaydanın müəyyən olunmasınadək keçən dövr ərzində məhkəmə təcrübəsi göstərdi ki, borc münasibətlərində müqavilənin şifahiliyinə dair nəzərdə tutulan həmin qayda mülki münasibətlərin asanlaşdırılması, eləcə də mülki dövriyyənin sürətli inkişafı baxımından olduqca mütərəqqi bir hal olsa da, mübahisələrin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtləri ilə bağlı sübutetmə məsələsində bir sıra çətinliklər, qeyri müəyyənliklər ortaya çıxmışdır. Bəzən də bu mülki dövriyyə iştirakçılarının - borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və suiistifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadə və qeyrimüəyyənliklərin aradan qaldırılması baxımından, qanunverici məbləği 3.000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, borc müqaviləsinin yazılı olması ilə bağlı tələb daha çox sübuti əhəmiyyət daşıyır, nəinki müqavilənin etibarlılığı məsələsinə təsir edir. Dəyişiklikdən sonra da 3.000 manat borca dair müqavilənin şifahi bağlana bilməsinin qanunda müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3.000 manat borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3.001 manat borc müqaviləsi isə yazılı olmadıqca etibarsız olur. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür. Bundan əlavə, məhkəmə səs yazısına münasibətdə qeyd etmişdir ki, həm iddiaçı, həm cavabdeh1 məhkəməyə təqdim edilmiş səs yazısındakı səsin cavabdeh2 aid olduğunu təsdiq etmiş, sonuncunun nümayəndəsi buna ümumi olaraq etiraz etmişdir. Belə olan halda, işin hərtərəfli, tam və obyektiv tədqiqi məqsədi ilə məhkəmə mütləq qaydada məhkəmə-fonoskopik ekspertizası təyin etməli olduğu halda, bunu etməmiş, nəticədə işin, eləcə də işdəki sübutların hərtərəfli araşdırmasını həyata keçirmədən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halın və hazırki sübutun tədqiqi məqsədi ilə ekspertiza təyin etməyərək, bir daha tərəflərin prosessual hüquq bərabərliyi prinsipini pozmuş və iddiaçını növbəti dəfə MPM-in 106.2-ci maddəsinin tətbiqi nəticəsində yaranacaq hüquqdan məhrum etmişdir. Belə ki, hazırki sübut üzrə ekspertiza təyin olunacağı təqdirdə cavabdeh2 səs yazısı nümunəsini məhkəməyə təqdim etməyəcəyi mübahisəsiz olmaqla, bu zaman yenidən MPM-in 106.2-ci maddəsi tətbiq olunmalı idi. Bununla bağlı məhkəməyə təqdim edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən mülki iş materiallarında olan kompakt diskdəki səs yazılarının cavabdehə məxsus olub-olmamasının yoxlanması üçün məhkəmə-fonoskopik ekspertizası təyin etmiş, səs nümunələrinin təqdim edilməsi üçün məhkəmə tərəfindən cavabdehə məxsus mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin cavabdeh səs nümunələrini təqdim etməkdən qəsdən yayınmışdır. Məhkəmə kollegiyası hazırkı halda qeyd etmişdir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılması- məhkəmə-fonoskopik ekspertizası keçirilməsi üçün səs nümunələrini təqdim etməkdən yayınması həmin normanın təsiri altına düşür. Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 1 ədəd “Toshiba” markalı flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir: “WhatsApp Audio 2023-11-15 at 16.35.21” (1) “Həci, qurban sənə, bağa düşürəm səni, dediyini də başa düşürəm. Vallahi-billahi haqqın vardı, de, düpbələmdüz deyirsen. Nəcə deyim sənə ki, inanasan, biləsən, başa düşəsən ki”; “WhatsApp Audio 2023-11-15 at 16.35.21” (00.00-00.42) K1 – Həci, salam. Həci, necə deyim sənə, utandım da, öldüm də, yərə də girdim. Haqqın da vardı deməyə, heç bir söz də dəmirəm. Sənin mənim kişiliyimə şübhən olmasın. Səndən aldığım pullar gəpiyinə qədər çatacaqdı, Mən … bəli, demişəm, çünki 40.000 dollar Həciynən mənim haqq-hesabım vardı, onu da nəyə görə demişəm, çünki 50.000 ABŞ dolları sənnən mənim aramda olan haqqhesabdı, bir də 8.000 ABŞ dollar ikimizin arasında olan haqq-hesabdı, ona görə. Mən ona heç bir söz de deməmişəm. Bu bir. Mənim sənə, verəcəyim 41.000, 50.000, 8.000 qəpiyinə qədər də sənə çatacaqdı; “WhatsApp Audio 2023-11-15 at 16.35.22” (00.00-00.25) K1 – Həci, sən nə desən haqqın var da, çünki sən mənə qardaşlıq eləmisən, dostluq eləmisən, yoldaşlıq eləmisən, nə lazımdı elemisən, mən səndən yerdən göyə qədər razıyam. İndi başa düş məni, doğru düzgün başa düş, nətər başa düşürsən, başa düş. Vallah ele bir vəziyyət alındı ki, eliyə bilmədim. Olur da insandı, düşür. Allah şeytana lənət eləsin. “Ekspertizaya təqdim olunmuş 1 ədəd “Toshiba” markali flaş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissəllərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şaban Şəfiyəvə deyil, başqa şəxsə məxsusdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Abdıyev və Fuad Babayev)

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Hazırkı halda iddiaçı, yazılı formada borc müqaviləsi bağlamasalar da cavabdehlərlə aralarında borc münasibətlərindən irəli gələn öhdəliyin yarandığını və cavabdeh1 vasitəçiliyi ilə cavabdeh2 1 il müddətində, iki qat, yəni 196.000 ABŞ dolları məbləğində qaytarmaq şərti ilə borc verdiyini iddia edir. Cavabdeh cavabdeh1 bu barədə məhkəməyə yazılı ərizə verməklə ona və cavabdeh2 qarşı verilən hazırkı iddianı tam etiraf edib. Belə ki, cavabdeh1 yazılı ərizəsində təsdiq edib ki, iddiaçıdan ## ### 2022-ci ildə 98.000 ABŞ dolları alıb və həmin pulu cavabdeh2 verib. Borc, cavabdeh2 1 il müddətinə verilib, borca o, zamin durub və öhdəsinə götürüb ki, borc iddiaçıya ## ### 2023-cü il tarixədək iki qat məbləğdə, yəni 196.000 ABŞ dolları məbləğində qaytarılacaqdır. Digər cavabdeh, cavabdeh2 isə məhkəmə iclasında bilavasitə iştirak etməyib, məhkəmə iclasında nümayəndəsi, vəkili vasitəsilə təmsil olunub və iddiaya qarşı verdiyi etiraz ərizəsində cavabdeh1 tanıdığını, iddiaçını isə tanımadığını və cavabdehlərlə arasında borc münasibətlərinin olmadığını bildirib. Lakin, cavabdeh2 etirazının əsası kimi istinad etdiyi bu faktlar onunla cavabdeh1 arasında baş verdiyi ehtimal olunan səs yazıları ilə tam inkar olunur. Ekspertin rəyindən daha sonra görünür ki, təhqiqat obyekti olan səs yazılarındakı diktorun səsi və nitqi Şaban Şəfiyəvə deyil, başqa şəxsə məxsusdur. İddiaçı hazırkı iddia tələbinə görə isə həmin səs yazıları və nitq bilavasitə cavabdeh2 məxsusdur. Lakin, cavabdeh2 ekspertizaya getmədiyi, zəruri tədqiqat predmetlərini ekspertizaya təqdim etmədiyi üçün, səs yazılarının və nitqin ona məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. İşə baxan məhkəmələr də öz qərarlarında təhqiqat obyekti olan səs yazılarına istinad edərək, cavabdeh2 məhz cavabdeh1 borclu olduğunu, bu borcu ödəyə bilmədiyini və bunun üçün ona vaxt verilməsini istədiyini müəyyən etmişlər. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında borc müqaviləsinin forma tələblərinə riayət edilmədiyinə görə onun etibarsızlığı ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin yuxarıda müəyyən olunmuş hallarını Mülki Məcəllənin 1091, 1092.1ci maddələrinin dispozisiya şərtlərinə uyğun olaraq lazımi şəkildə yoxlamamış, bu istiqamətdə kifayət qədər əsaslandırılmış qiymətləndirmə aparmamış, işdə iştirak edən şəxslərin, habelə prosesin digər iştirakçılarının iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdeh1 etirafedici yazılı izahatı, ekspertiza tədqiqatının predmeti olan səs yazısı ilə yanaşı yoxlayıb, qiymətləndirməmiş, ən əsası cavabdeh2 eksperimental səs və nitq nümunələrinin ekspertizaya təqdim olunmasını, bu barədə əsaslandırılmış rəy alınmasını təmin etməmiş, zərurət yarandığı halda cavabdeh2 məhkəmə iclasında şəxsən iştirakını təmin edib hazırkı mübahisəli məsələyə münasibətini öyrənməmiş, yalnız cavabdeh2 nümayəndəsinin irəli sürdüyü hüquqi dəlillərlə kifayətlənərək, iddiaçının təqdim etdiyi səs yazısının və onun göndərildiyi telefon nömrəsinin cavabdeh2 məxsus olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tam olmayan ekspert rəyi ilə razılaşaraq, həmin rəyə MPM-in 102.1, 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmişdir. Halbuki, sözügedən normaların mənasına görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə cavabdeh2 ekspertizanın keçirilməsində iştirak etməkdən açıq-aşkar imtina etməsinə dair bu hərəkətlərinə MPM-in 97.5-ci maddənin tələbinə uyğun olaraq hüquqi qiymət verməməklə və ekspertiza təyin edilən bu faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş hesab etməməklə, əslində açıq-aşkar sözügedən normanın tələblərini pozmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan məhkəmələrin cavabdeh2 iddiaçının hesabına hər hansı əmlak əldə etməməsini, yəni onun hesabına əsassız varlanmamasını və bu halı iddiaçının sübuta yetirə bilməməsini əsas tutub, Mülki Məcəllənin 1091, 1092.1-ci maddələrinin tələblərinə əsasən iddianı rədd etmələri əsaslı olmamışdır. Başqa sözlə, həmin maddi hüquq normaları işə baxan məhkəmələr tərəfindən səhv təfsir olunmuşdur.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İsmət oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı halda iddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnaməni bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

25. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

26. Hazırkı işin faktiki hallarına əsasən ## ### 2022-ci il tarixdə cavabdeh2, cavabdeh1 vasitəsilə iddiaçıdan 1 il müddətinə iki qat məbləğdə, yəni 196.000 ABŞ dolları qaytarmaq şərtilə 98.000 ABŞ dolları borc alıb. Lakin, öhdəliyin icrası müddəti başa çatmasına və dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh2 borcunu qaytarmayıb. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə sübut kimi-öz izahatını, iddia etdiyi faktın təsdiqinə dair cavabdeh1 etirafedici izahatını, cavabdeh2 aid olduğu qeyd edilən borc münasibətlərini və borcun məbləğini təsdiq edən səs yazısını, habelə borcun qaytarılmasının təminatı üsulu kimi verilmiş cavabdeh2 mülkiyyətində olan mənzillərə dair çıxarışları təqdim edib.

27. Hazırkı halda iddiaçı, yazılı formada borc müqaviləsi bağlamasalar da cavabdehlərlə aralarında borc münasibətlərindən irəli gələn öhdəliyin yarandığını və cavabdeh1 vasitəçiliyi ilə cavabdeh2 1 il müddətində, iki qat, yəni 196.000 ABŞ dolları məbləğində qaytarmaq şərti ilə borc verdiyini iddia edir.

28. Cavabdeh cavabdeh1 bu barədə məhkəməyə yazılı ərizə verməklə ona və cavabdeh2 qarşı verilən hazırkı iddianı tam etiraf edib. Belə ki, cavabdeh1 yazılı ərizəsində təsdiq edib ki, iddiaçıdan ## ### 2022-ci ildə 98.000 ABŞ dolları alıb və həmin pulu cavabdeh2 verib. Borc cavabdeh2 1 il müddətinə verilib, borca o, zamin durub və öhdəsinə götürüb ki, borc iddiaçıya ## ### 2023-cü il tarixədək iki qat məbləğdə, yəni 196.000 ABŞ dolları məbləğində qaytarılacaqdır.

29. Digər cavabdeh, cavabdeh2 isə məhkəmə iclasında bilavasitə iştirak etməyib, məhkəmə iclasında nümayəndəsi, vəkili vasitəsilə təmsil olunub və iddiaya qarşı verdiyi etiraz ərizəsində cavabdeh1 tanıdığını, iddiaçını isə tanımadığını və cavabdehlərlə arasında borc münasibətlərinin olmadığını bildirib.

30. Lakin, cavabdeh2 etirazının əsası kimi istinad etdiyi bu faktlar onunla cavabdeh1 arasında baş verdiyi ehtimal olunan səs yazıları ilə tam inkar olunur.

31. Kollegiya tərəfindən işə yenidən baxılarkən həmin göstərişlər nəzərə alınmış və iş materiallarında olan “Toshiba” markalı fləş yaddaş kartında saxlanılan səs yazılarının cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi üçün cavabdeh cavabdeh2 səs və nitq nümunələrinin təqdim olunması tələb edilmiş, bu məqsədlə onun vəkili və nümayəndəsinə məhkəmə tərəfindən bildirişlər göndərilmişdir. Lakin cavabdeh tərəf hər hansı əsaslı səbəb göstərmədən ekspertizanın keçirilməsi üçün zəruri olan səs nümunələrinin təqdim edilməsindən imtina etmiş, faktiki olaraq ekspertiza prosesindən yayınmışdır.

32. Mülki Prossesual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində işitrak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və.s) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

33. Nəticədə, ekspert rəyində də göstərildiyi kimi, səs yazılarındakı danışığın məzmunu müəyyən edilsə də, cavabdehin səs nümunələri təqdim olunmadığından həmin səslərin cavabdeh2 məxsus olub-olmadığını qəti şəkildə müəyyən etmək mümkün olmamışdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, tərəf sübutları özündə saxlayaraq məhkəmənin tələbinə baxmayaraq təqdim etmədikdə, məhkəmə digər tərəfin istinad etdiyi halları müəyyən olunmuş hesab edə bilər.

35. Eyni zamanda MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz iddiasının və ya etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin sübutetmə yükünün həyata keçirilməsi prosesində tərəflərin vicdanlı davranması və sübutların təqdim edilməsinə mane olmaması tələb olunur.

36. Kollegiya hesab edir ki, cavabdeh cavabdeh2 məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi üçün zəruri olan səs və nitq nümunələrini təqdim etməkdən qəsdən yayınması, sübutetmə prosesinə maneə yaratmaq kimi qiymətləndirilməlidir və bu hal, MPM-in 106.2-ci maddəsinin tətbiqinə əsas verir.

37. Cavabdehin isə ekspertiza prosesindən yayınması və sübutların yoxlanılmasına mane olması nəzərə alınmaqla, iddiaçının istinad etdiyi hallar MPM-in 106.2-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş hesab edilməlidir.

38. Belə ki, işin hallarına görə, cavabdehin iştirakı olmadan səs yazılarının ona məxsusluğunu müəyyən etmək mümkün olmadığından, onun bu hərəkətləri həmin sübutun yoxlanılmasının qarşısını almışdır və bu hal cavabdehin öz xeyrinə istifadə oluna bilməz.

39. İş materiallarında olan səs yazılarının məzmunundan görünür ki, danışıqlarda borc münasibətləri, konkret məbləğlər və öhdəliklərin icra edilməməsi ilə bağlı ifadələr yer almışdır. Bu hallar cavabdeh1 etirafedici izahatı ilə də uzlaşır.

40. Birinci instansiya məhkəməsi isə həmin sübutları formal yanaşma ilə qiymətləndirərək, onların hüquqi əhəmiyyətini düzgün müəyyən etməmiş, səs yazılarının və digər sübutların məcmu şəkildə qiymətləndirilməsini həyata keçirməmişdir.

41. Xüsusilə, birinci instansiya məhkəməsi səs yazılarının məzmununu və digər sübutlarla qarşılıqlı əlaqəsini təhlil etmədən, yalnız formal əsaslarla həmin sübutları mötəbər hesab etməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.

42. Kollegiya hesab edir ki, bu yanaşma sübutların məcmu qiymətləndirilməsi prinsipinə ziddir və nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməyə mane olmuşdur.

43. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında pul vəsaitinin verilməsi ilə bağlı münasibətlər mövcud olmuş, lakin həmin münasibətlər Mülki Məcəllənin 739.2-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilməmişdir. Belə ki, iş üzrə iddia olunan məbləğ 3.000 manatdan artıq olduğundan, borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu.

44. Kollegiya hesab edir ki, tərəflər arasında yazılı formada bağlanmış etibarlı borc müqaviləsinin mövcudluğu sübuta yetirilmədiyindən, həmin münasibətlərdən irəli gələn tələbə birbaşa borc müqaviləsi kimi hüquqi qiymət verilə bilməz. Lakin bu hal özü-özlüyündə iddianın tam rədd edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi qərarda da göstərildiyi kimi, tərəflər arasında yaranmış münasibətlərə uyğun hüquqi əsas müəyyən edilməli və mübahisə Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanmış hesab olunur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olan şəxsin tələbi ilə geri qaytarmalıdır. Kollegiya qeyd edir ki, iş üzrə təqdim olunmuş sübutların məcmu qiymətləndirilməsi nəticəsində cavabdeh cavabdeh2 iddiaçıya məxsus pul vəsaitini əldə etməsi müəyyən olunur. Eyni zamanda, cavabdeh tərəfindən həmin vəsaitin geri qaytarılması və ya onun əldə edilməsinin hər hansı etibarlı hüquqi əsasa söykəndiyi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

46. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh2 məxsus daşınmaz əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin də iddiaçıda olması məhz yuxarıda qeyd edilənlərlə birgə nəzərə alınmaqla iddiaçı ilə cavabdeh2 arasında pulun alınmasını təsdiq edən hal kimi qəbul edilməsi qənaətinə gəlməyə əsas verir. cavabdeh2 nümayəndəsinin əvvəlki apellyasiya baxışı zamanı sonuncunun iddiaçını tanımamasını qeyd etməsinə müasibətdə qeyd edilməlidir ki, hər hansı forma münasibətləri olmayan bir şəxsin özünə məxsus daşınmaz əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən sənədlərinin iddiaçıda olması məhz iddiaçı tərəfindən pulun ona verilməsi təsdiqi kimi qəbul edilməsini özündə ehtiva edən haldır.

47. Belə olan halda, cavabdeh cavabdeh2 iddiaçının hesabına əsassız varlanmış olduğu müəyyən edildiyindən iddia tələbinin 98.000 ABŞ dolları hissəsi təmin edilməli, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmadığından iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Bununla yanaşı, Kollegiya hesab edir ki, cavabdeh cavabdeh1 ilə bağlı münasibətlərə zaminlik münasibəti kimi hüquqi qiymət verilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, zaminlik öhdəliyi aksessor xarakter daşıyır və onun mövcudluğu əsas öhdəliyin mövcudluğundan asılıdır.

49. Hazırkı iş üzrə iddia edilən əsas öhdəlik tərəflər arasında bağlandığı bildirilən borc müqaviləsindən irəli gəlmişdir. Lakin məhkəmə tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi nəticəsində tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətinin mövcud olmadığı müəyyən edilmiş, yaranmış hüquq münasibətinə isə əsassız varlanmadan irəli gələn öhdəlik kimi hüquqi qiymət verilmişdir. Bu halda isə ilkin müqavilə öhdəliyinin təminatı kimi nəzərdə tutulan zaminlik münasibətinin qüvvədə qaldığı hesab edilə bilməz. Buna görə də cavabdeh1 zamin qismində məsuliyyət daşıması üçün hüquqi əsas mövcud deyildir. Bu səbəbdən Kollegiya hesab edir ki, iddia tələbi cavabdeh1 münasibətdə əsaslı olmadığından həmin hissədə təmin edilə bilməz.

50. Eyni zamanda, iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində Kollegiya belə qənaətə gəlir ki, cavabdeh cavabdeh2 iddiaçının hesabına pul vəsaiti əldə edərək əsassız varlanmış, lakin həmin vəsaiti geri qaytarmamışdır. Bu baxımdan, iddia tələbinin 98.000 ABŞ dolları hissəsi cavabdeh2 münasibətdə Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslı hesab edilməlidir.

51. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli qiymətləndirməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh2 98.000 (doxsan səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə manat ekvivalentində tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş 626,60 manat dövlət rüsumunun 50 faizi, yəni 313,30 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun 50 faizi, yəni 160 manat məbləğində hissələri cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməli, qalan hissələri iddiaçının özünə aid edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh2 98.000 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə manat ekvivalentində tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş 626,60 manat dövlət rüsumunun 50 faizi, yəni 313,30 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun 50 faizi, yəni 160 manat məbləğində hissələrii cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilsin, qalan hissələri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar