Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6814/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı QSC BOK-un nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3529/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əsas və faiz borcunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; Cavabdeh3 Ağdam rayonu, Cavabdeh2 Sumqayıt şəhəri və Cavabdeh1 rəsmi qeydə alındığı yer isə İmişli rayonu ərazisində yerləşir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında da göstərildiyi kimi iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış 26-xx.xx.2014-SM36 saylı kredit müqaviləsinin 18.2-ci maddəsinin məzmunundan görünür ki, tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər aidiyyəti üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir. Həmçinin Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 26-xx.xx.2014- SM36 saylı zaminlik müqavilələrinin 9.2-ci bəndində də tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər aidiyyəti üzrə Bakı şəhərinin məhkəmələrində həll edilməsi öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh3 ünvanı - ünvan 1i ünvanı Ağdam rayonun inzibati ərazisinə, Cavabdeh2 ünvanı - Sumqayıt şəhəri, MİK-11, ev 7A, mənzil 13 ünvanı Sumqayıt şəhərinin inzibati ərazisinə və Cavabdeh1 ünvanı - İmişli rayonu, Yalavac kəndi ünvanı İmişli rayonun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçının nümayəndəsinin şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Bununla belə kollegiya hesab edir ki, 26-xx.xx.2014-SM36 saylı kredit müqaviləsinin 18.2-ci maddəsinin məzmunu “tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər aidiyyəti üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir” qeyri-müəyyən olduğundan müqavilənin həmin maddəsinə əsasən hazırki mübahisəyə müqavilə aidiyyəti qaydaları tətbiq edilə bilməz. Belə ki, həmin maddədə mübahisənin konkret olaraq hansı məhkəmədə həll ediləcəyi deyil, ümumi olaraq Bakı şəhərinin məhkəmələrində həll ediləcəyi qeyd edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə müqavilə aidiyyəti qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olmadan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Müvafiq olaraq da birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinadla geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3529/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6814/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6814/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver