Məhkəmə qərarları › İş №2(103)-6815/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6815/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6815/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" (Nikoyl) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair 2(006)-206/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" (Nikoyl) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İKB ASC ilə iddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh İKB ASC-nin Lökbatan filialından 72 ay müddətinə 80000 manat məbləğində kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentinə kredit limiti ayrılaraq, 21.11.2014-cü il tarixdə illik 20% ilə 48 ay müddətinə 70100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təmini tədbiri kimi ayrı-ayrılıqda iki yaşayış sahələri, yəni İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 64,9 kv.m.sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzili və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət 4 nömrəli evin 2 nömrəli mənzili 21.11.2014-cü il tarixli 19-SMEGZ2-2-0- 1894-14 saylı ipoteka müqaviləsi əsasında girov saxlanılmışdır. 2015-ci il fevral ayından başlayaraq Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faiz qiymətdən düşməsi iddiaçının həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Bu səbəbdən də Cavabdeh İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01.08.2018-ci il tarixli, 2(060)-536/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İKB ASC-nin İddiaçı, X1, X5 və X6 qarşı “kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsinə dair” iddia tələbi təmin edilmiş və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilinə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət 4 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilmişdir. Cavabdeh İKB ASC iddiaçıya qarşı hesabladığı əlavə faiz borcu, cərimə borcu və kredit şişirdilmiş və indiyə qədər cavabdeh İddiaçı kredit müqaviləsi üzrə ödədiyi 30000 ABŞ dolları əsas borcunun azalmasına yönəldilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, 2(060)-16166/2017 saylı mülki iş üzrə sözü gedən kredit müqaviləsi üzrə hesablanmış faizlər və cərimələr mülki qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Belə ki, iddiaçı iddia tələblərin həcmini süni olaraq qeyri-qanuni hesablamalarla artırmışdır. Beləliklə Cavabdeh İKB ASC 30000 ABŞ dolları ödədiyi halda borcunu azalmaq əvəzinə artıraraq ******* ABŞ dolları etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 01.08.2018-ci il tarixli, 2(060)-536/2018 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbinın qismən təmin edilməsi, iddia Cavabdeh İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada iddiaçı Cavabdeh İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borcu, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borcu, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət olan 4 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada tutularaq dövlət xəzinədarlığı agentliyinin hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı Cavabdeh MKB-yə qarşı «müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2018-ci il tarixli ekspertiza rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21.11.2014-cü il tarixli 19- SMEGZ2- 2-1-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 16.10.2017-ci il tarixdə Cavabdeh İKB-yə olan əsas borcu 63050,98 ABŞ dolları və faiz borcu isə 23.117,59 ABŞ dolları təşkil etmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(102)- 1641/2020 saylı qərarının surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.01.2019-cu il tarixli, 2(105)-422/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Kollegiya iddiaçı ilə cavabdehin tərəf olduqları digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yetirilmiş, iş üçün əhəmiyyətli olan halların hazırki işdə müəyyən edilməli hallara münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq qeyd edir ki, yuxarıda qeyd edilən bu hallar digər mülki icraat qaydasında işə baxan məhkəmənin məhkəmə araşdırması predmeti olmuş və öz təsdiqini tapmışdır. Beləliklə, Kollegiya hesab edir ki, araşdırma zamanı kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-206/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar