Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-682/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 1414/2020 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialına qarşı “yanlış məlumata görə aparılmış qeydiyyatın silinməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı İddiaçı kredit borcunu tam ödədiyi üçün Mərkəzi Kredit Reyestrində (MKR) onun borcu olmadığı barədə məlumat təchizatçısı kimi verdikləri yanlış məlumata görə aparılmış qeydiyyatın silinməsinin dərhal təmin etmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə, illik 24% dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. Kredit borcu İddiaçı tərəfindən xx xxxxxx 2016-cı il tarixdə tam həcmdə ödənilmişdir. Həmin tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının müdiri Musa Əliyev, filialın nəzarətçisi vəzifəsini müvəqqəti icra edən Zöhrə Abdullayeva ilə İddiaçı arasında akt tərtib edilmiş, aktı cavabdeh bank imza və möhürlə təsdiq etmişdir ki, müqavilə üzrə iddiaçı şəxsin heç bir öhdəliyi mövcud deyildir. Bundan əlavə “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixi aralığını əhatə edən dövrdə İddiaçı qalıq borcunun sıfırlanmasına dair “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona rəsmi qaydada “Hesabdan çıxarış” təqdim edilmişdir. Bank işi ilə tanış olan hər bir şəxsə məlumdur ki, Mərkəzi Kredit Reyestri (MKR) göstəriciləri müştərilərin razılığı ilə respublikanın istənilən bank və bank filiallarında bazadan anındaca çıxarıla bilər. Ona görə də, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışın şübhə altına alınmasına əsasların mövcudluğu istisna edilir. Qeyd edilənlərə baxmayaraq, İddiaçı kiçik sahibkarlığın inkişafı perspektivlikləri üzrə Dövlət proqramına qoşulmaq məqsədi ilə bir neçə bankdan kredit götürmək istədikdə, orada onun “xxxx” Açıq Səhmdar Cəmiyyətinə guya borclu olmasını əsas gətirərək ona kredit verilməsindən imtina edilmişdir. Bununla da onun Dövlət proqramından bəhrələnməsi, gəlirlər əldə etməsi hüquqi əsassız olaraq məhdudlaşdırlımış və ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Vətəndaş kimi bankın səhvi nəticəsində hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. Ləğv prosesində olan banka müraciət edərkən bu nöqsanın hansısa əməkdaşın səhlənkarlığı üzündən baş verdiyini etiraf etsələr də, yanlışlığı aradan qaldırmamışlar. Bu səbəbdən də İddiaçı nümayəndəsi Nümayəndə yaxın vaxtlarda səlahiyyətləri Azərbaycan Respublika Mərkəzi Bankına verilmiş Azərbaycan Respublikasının Maliyyə X2 rəsmi müraciət etmiş və müraciətin araşdırlıması xxxxna göndərilmişdir. xxxxnun xx xxxxxxxx 2019-cu il tarixi, V-778/19 nömrəli cavabında bildirilmişdir ki, büroda məlumat təchizatları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması büronun səlahiyyətləri xaricindədir. Şikayətə cavabda yanlış məlumatı təqdim etmiş, məlumat təchizatçısına və ya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu cavabın tələblərinə uyğun olaraq dəfələrlə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də, bank əməkdaşları fəaliyyətlərinin dayandırılmasını bəhanə gətirərək hüquqlarını pozmaqda davam etdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Hesab edir ki, məhkəmədə pozulmuş hüquqları bərpa ediləcəkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013cü il tarixli 27-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən əsassız hesablanmış 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 1414/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaitinin İddiaçı xx xxxxxx 2013-cü il tarixli, 27-70229401-4 nömrəli kredit müqaviləsi üzrə hesabından silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh ləğv prosesində olan “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1414/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə heç bir mühasibatlıq ekspertizası təyin etmədən iddianı təmin edərək, səhv nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, nümayəndələrin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının müdiri Musa Əliyev, filialın nəzarətçisi vəzifəsini müvəqqəti icra edən Zöhrə Abdullayeva ilə İddiaçı arasında tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli aktın surətindən və məzmunundan görünür ki, İddiaçı (müştəri) tərəfindən 5.013 (beş min on üç) manat məbləğində vəsait 21-70229401-1 nömrəli cari hesaba mədaxil edilmişdir. Həmin vəsait İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Bank) qarşısında olan 54299813 ssuda hesablı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 6.361,16 (altı min üç yüz altmış bir manat on altı qəpik) manat məbləğində qalığının bank tərəfindən 21,2% güzəşt edilməsi nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir; xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışın məzmunundan görünür ki, İddiaçı “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə qalıq borcu yoxdur; İddiaçı nümayəndəsi Nümayəndə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu tam ödədiyi üçün borcun olmaması barədə arayışın təqdim edilməsinə və Mərkəzi Kredit Reyestrindən (MKR) silinməsinə dair göstəriş verilməsini xahiş etmişdir; Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********677 nömrəli məktubunun məzmunundan görünür ki, Nümayəndə xx xxxxxx 2018-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin 21-70229401-4 nömrəli ssuda hesabı üzrə İddiaçı kredit ayrılmışdır. xx xxxxxx 2019-cu il tarixinə qeyd olunan kredit üzrə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə 2.516,02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində borc öhdəliyi vardır. Qeyd olunan borcun ödənilməsinin təmir olunması ondan xahiş olunmuşdur; Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xxxxna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********524 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixli B-640/19 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı nümayəndəsi Nümayəndə müraciətinə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Belə ki, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərtilə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21-70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyi mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşa Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etməsi tövsiyyə olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli V- 778/19 nömrəli məktubunun məzmunundan görünür ki, onun Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş müraciətinə xxxxnda (Büro) aidiyyəti üzrə baxılmışdır. Qeyd edilməlidir ki, onun qeyd etdiyi məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, bokt və s.) müraciət edilmişdir. Bu müraciəti məlumat təchizatçısı rəsmi məktubla cavablandırmışdır. Əlavə olaraq qeyd edilir ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikiiklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.2, 954.1, 959.1, 965.2.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərtilə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının xx xxxxxx 2016-cı il tarixli aktına əsasən, İddiaçı tərəfindən 5.013 (beş min on üç) manat məbləğində vəsait 21-70229401-1 nömrəli cari hesaba mədaxil edilmişdir. Həmin vəsait İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Bank) qarşısında olan 54299813 ssuda hesablı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 6.361,16 (altı min üç yüz altmış bir manat on altı qəpik) manat məbləğində qalığının bank tərəfindən 21,2% güzəşt edilməsi nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Eyni zamanda, xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışa əsasən, İddiaçı “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə qalıq borcu yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xxxxna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, İddiaçı nümayəndəsi Nümayəndə müraciətinə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmış, xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21-70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin mövcud olması müəyyən edilmişdir. Bu baxımdan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı nümayəndəsi Nümayəndə xx xxxxxxxx 2019-cu il tarixli məktub ünvanlayaraq, müvafiq məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, bokt və s.) müraciət edilmiş, bu müraciəti məlumat təchizatçısı rəsmi məktubla cavablandırmış, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edildiyindən və onların üzərində dəyişikiiklərin aparılması Büronun səlahiyyətləri xaricində olduğundan, kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ilk əvvəl, yəni xx xxxxxx 2016-cı il tarixli akt əsasında qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyinin mövcud olmaması, həmçinin xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışa əsasən, İddiaçı müvafiq hesab növü üzrə qalıq borcu olmadığı bildirilsə də, İddiaçı nümayəndəsi Nümayəndə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx xxxxxx 2018-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu tam ödədiyi üçün borcun olmaması barədə arayışın təqdim edilməsinə və Mərkəzi Kredit Reyestrindən (MKR) silinməsinə dair göstəriş verilməsini xahiş etdikdən sonra, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun bir-birinə təzadlı olan rəqəmləri əks etdirən cavab məktubları iddiaçı şəxsə və onun nümayəndəsinə verilmişdir. Belə ki, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən xx xxxxxx 2019-cu il tarixinə onun qeyd edilən kredit müqaviləsi üzrə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə 2.516,02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində borc öhdəliyi olduğundan, qeyd olunan borcun ödənilməsinin təmin olunması ondan xahiş olunmuşdur. Eyni zamanda, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xxxxna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21-70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi isə təyin edilmiş məhkəmə iclaslarında yalnız bir dəfə iştirak etməklə kifayətlənmiş, göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində borcun olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5147 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21- 70229401-4 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə xx xxxx 2019-cu il tarixə İddiaçı cavabdeh “xxxx” ASC-yə olan borcu tam ödənildiyi və 30,20 manat məbləğində artıq ödənişin olduğu müəyyən olunur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə, düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan 100 manat ekspertiza xərci cavabdeh LPO “xxxx” ASC-dən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh LPO “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat cavabdeh LPO “xxxx” ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınakassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-682/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-682/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver