Məhkəmə qərarları › İş №2(103)-6820/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6820/2025

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6820/2025 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdeh və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “4000 manat borcun və borcun qaytarılması ilə bağlı illik 5% hesablanaraq 200 manat faiz borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(004)-1438/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ İddiaçı İddiaçı Cavabdeh Cavabdeh Üçüncü şəxs X3 (apellyasiya instansiya məhkəməsinin icraatında cəlb edilmişdir) İddia tələbi İddiaçı cavabdehə qarşı “4000 manat borcun və borcun qaytarılmaması ilə bağlı illik 5% hesablanaraq 200 manat faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 4000 manat borc almış və bu barədə öz xətti ilə yazılmış qəbz vermişdir. Lakin cavabdeh borcu geri qaytarmamışdır. Həmin borc geri qaytarılmadığından 1 il üzrə illik 5% olmaqla 200 manat faiz borcu da qaytarılmalıdır. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 tərəfindən qəbul edilmiş oktyabr 2025-ci il tarixli, 2(004)-1438/2025 saylı məhkəmə aktı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat pul, 200 (iki yüz) manat faiz borcu və dövlət rüsumu olaraq 62 (altmış iki) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhkəməsinin hüquqi 390.1, 390.5, 445.7, 739, 740.2-ci maddələri əsaslandırması APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs Cavabdeh Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı təmin edərkən pulun ona yox X2 verilməsinə heç bir hüquqi qiymət verilməmişdir. İşə baxan məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Onun telefonuna SMS göndərilmişdir. O hərbçi olduğu üçün hərbi hissəyə teleqramma göndərilməli idi ki, o məhkəmədə iştirak etsin. Ancaq hərbi hissəyə telefonoqrama göndərilmədiyi üçün onu məhkəməyə buraxmadılar. Məhkəmə onun iştirakı olmadan keçirilmişdir. İşə baxan məhkəmə pulunun ona yox X2 verilməsinə hüquqi qiymət verməmiş, X3 əlavə cavabdeh kimi işə cəlb edilməmişdir. Bildirir ki, borc kağızına o qol çəksə də pul borc kimi X2 verilmişdir. İddiaçı Hüseynov Ələkbərə 2000 pul verib. Borc qəbzinə sələmlə (faizlə) birlikdə 4000 manat borc verdiyi yazılmışdır. Bu puldan X3 iddiaçıya 2300 manat qaytarmışdır. İşə baxan məhkəmə araşdırma aparan zaman bu kimi halları tam araşdırmamış verilmiş pulun sələm verilmədiyi pulun 2000 manat olmasını sələmlə birlikdə 4000 manat yazılmasını, bu puldan da 2300 manat qaytarılmasını tam araşdırmadan iddianı təmin etmiş nəticədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(004)-1438/2025 saylı qətnaməsini əsassız olduğu üçün ləğv edib iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh Apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi Üçüncü şəxs Ə.Hüseynov Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1) xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən sübutlar əlyazma qaydasında tərtib edilmiş qəbzdə qeyd edilir ki, Cavabdeh İddiaçı 4000 manat borc almış və həmin borcu yaxın vaxtda qaytarmağı öhdəsinə götürmüşdür. 2) İddiaçının cavabdehə borc olaraq verdiyi pul məbləğlərinə dair qəbzlər (2000 manat, 980 manat, 1020 manat) təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar Məhkəmə tərəfindən müəyyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə edilmiş sübutlar Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/760 nömrəli rəyinə əsasən müəyyən edilir ki, mülki işin 7ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390, 445.7, 739 və Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və 740.2-ci maddələri 402.1 ci maddələri Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 390, 445.7, 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırmasının nəticəsində müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən əlyazma qaydasında tərtib edilmiş qəbzə əsasən, Cavabdeh İddiaçı 4000 manat borc almış və həmin borcu yaxın vaxtda qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Qəbzdə qeyd edilən “yaxın vaxt” anlayışını məhkəmə ağlabatan əsaslarla şərh edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin zaman kəsiyi ən çoxu bir neçə ayı (5-6 ay, hətta daha qısa (2-3 ay)) əhatə edə bilər. Borcun məbləği, tərəflərin şəxsiyyəti (xüsusən cavabdehin hərbçi olması, daimi iş yeri və gəlirinin (əmək haqqı formasında) olması), yaşadıqları mühit, cəmiyyətdə formalaşmış adətlər buna deməyə əsas verir. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Cavabdeh sözügedən vəsaiti özündə saxlamaqla ondan əsassız olaraq faydalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 4/760 nömrəli rəyinə əsasən, mülki işin 7-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi 200 manat pulun ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, 4000 manat pulun 5 % hissəsi 200 manat təşkil edir ki, həmin öhdəliyin icrası vaxtından ən azı 1 il vaxt ötmüşdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilmir. Cavabdeh tərəfindən imzalanmış yazılı qəbz məhkəmə tərəfindən yazılı iradə ifadəsi kimi qiymətləndirilir və yazılı müqavilə hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(004)- 1438/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar