Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6830/2025 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İbrahimova Aynurə Ələsgər qızına qarşı iş üzrə (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh İbrahimova Aynurə Ələsgər qızının, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh İbrahimova Aynurə Ələsgər qızına qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Cavabdeh iddiaçıdan aralarında mübahisə yaranmazdan əvvəl mövcud olan tanış və rəfiqə münasibətləri əsasında borc məqsədilə pul vəsaiti əldə etmişdir.
2. İddiaçının şikayəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ tərəfindən araşdırma aparılarkən, cavabdeh yazdığı izahatında iddiaçıdan biznes fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaitini borc aldığını və aldığı pul vəsaitini götürdüyü qrafik üzrə ödəyəcəyini bildirmişdir.
3. Hüquqi yardım göstərilən şəxs İddiaçı ilə vəkil X2 arasında bağlanılmış hüquqi yardım göstərilməsi haqqında ** nömrəli müqaviləyə əsasən, hüquqi yardım haqqının məbləği 1500 manat təşkil etmiş və ##.##.2025-ci il tarixli, ******* nömrəli order məbləğ ödənildikdən sonra təqdim edilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı “xxxx” X3 Səhmdar Cəmiyyətindəki 5243 7544 4091 **** nömrəli kart hesabına cavabdeh İbrahimova Aynurə Ələsgər qızına məxsus 4098 5844 9413 **** nömrəli “Leobank” kartından və 4098 6200 0146 **** nömrəli “xxxx” ASC-yə məxsus “Bolkart” kartından 2023-cü ilin yanvar ayının 1-dən 2024-cü ilin dekabr ayının 31-dək göndərilmiş məbləğlərin cəminə dair məlumatın, bunu təsdiq edən çıxarışın “xxxx” X3 Səhmdar Cəmiyyətindən götürülməsi qərara alınmış və “xxxx” Kommersiya Bankı ASC-nin ##.##.2026cı il tarixli məktubuna əsasən, sözügedən kartlar üzrə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək həyata keçirilmiş əməliyyatlar barədə məlumatların disk daşıyıcıda təqdim edildiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı cavabdeh İbrahimova Aynurə Ələsgər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.000 manat məbləğində pul vəsaitinin, ödədiyi 240 manat dövlət rüsumunun və 1500 manat hüquqi xidmət xərcinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır və onunla yaxın rəfiqə olmuşdur. Cavabdeh ona bildirmişdir ki, özü üçün biznes, yəni iş qurmaq istəyir və buna görə də ona pul vəsaiti lazımdır. Yaxın rəfiqəsi olduğu üçün inanıb cavabdehə hissə-hissə 50.000 manat məbləğində borc məqsədilə pul vəsaiti vermişdir. Cavabdehə verdiyi 50.000 manat borc pul ilə o, özünə biznes qurmuşdur. Tezliklə isə borcunu qaytarmalı idi, lakin verdiyi vədə əməl etməmiş və aldığı 50.000 manat borc pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh onu aldadaraq, borcu qaytarmağı öhdəsinə götürsə də, ona məxsus pul vəsaitini qaytarmaqdan imtina edir. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə şikayət etmişdir. Polis bölməsində izahatları alınmış, cavabdeh polis orqanına gələrək, ona 50.000 manat borclu olduğunu etiraf etmiş və borcu qaytaracağını söz vermişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim: P.M.Zamanlı) iddia tələbinin təmin edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 50.000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 50.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən yazılı sübut iş materiallarına əlavə edilməsə də, cavabdeh Xətai RPİ-də verdiyi izahatında iddiaçıdan 50.000 manat məbləğində pul aldığını və ona verilmiş qrafik üzrə qaytaracağını bildirmişdir.
9. Həmçinin, məhkəmə 50.000 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə qiymət verərək bildirmişdir ki, 50.000 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 50.000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin, Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 50.000 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir. Lakin, borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir.
10. Məhkəmə yekunda belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə verdiyi 50.000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır və cavabdeh etibarsız əqdin nəticələrinə uyğun olaraq iddiaçıdan aldığı pulu qaytarmağa borcludur.
11. Məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı xərclərin ödənilməsi” hissəsi və dövlət rüsumunun tutulması ilə bağlı qeyd etmişdir ki, iddia tam təmin olunduğundan, iddiaçının ödədiyi dövlət rüsumu və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi hüquqi xidmət xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 329.2, 331.1, 337.1, 337.5, 739.1, 740.2, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair ##.##.2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
13. Cavabdeh İbrahimova Aynurə Ələsgər qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olması qənaətinə gəlmişdir. Cavabdehin məhkəmə iclasları barədə heç bir məlumatı olmadığından, öz sübutlarını təqdim etmək və vəsatətlər vermək imkanından məhrum olmuşdur. Belə ki, iddiaçıdan özü və onun vasitəsilə başqa şəxslər faiz hesablanmaqla pul vəsaiti götürmüş və həmin pul vəsaitlərini də hesablanmış faizlə birlikdə daha artıq məbləğdə qaytarmışdır. Bu halı təsdiq edən müəyyən qəbzlər cavabdehdə olsa da, tam şəkildə əldə etmək mümkün olmamışdır. Bank tərəfindən cavabdehə iddiaçının bank çıxarışı barədə məlumatları yalnız məhkəmə sorğusuna əsasən təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Odur ki, məhkəmə “xxxx” Kommersiya Bankı ASC-yə sorğu verməklə, iddiaçıya onun kart hesablarından göndərilmiş məbləğləri müəyyən edərək həqiqəti ortaya çıxara bilər. İddiaçı iddia ərizəsində yalnız polis bölməsində verilmiş olan izahata istinad etmişdir. Belə ki, həmin izahatı məcburiyyət qarşısında qaldığına görə vermişdir. Halbuki, onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı da bunu bildiyindən, heç bir mötəbər sübut əlavə etməmiş, işin hallarında guya iş qurmaq məqsədilə pul verdiyini bildirmişdir. Lakin, iddiasını sübut etmək birbaşa iddiaçının vəzifəsidir. O, harada, nə zaman, hansı formada iddia etdiyi 50.000 manat məbləğində pul vəsaiti verməsini sübut etməli idi. Buna dair heç bir sübutetmə fəaliyyəti həyata keçirilmədən iddianın təmin edilməsi əsassız olmuşdur.
15. Bundan əlavə, məhkəmə tərəflər arasındakı münasibətləri borc münasibətləri kimi müəyyən etmiş, lakin məcburi forma şərtinə əməl edilmədiyinə görə əhəmiyyətsiz əqd olmaqla qiymətləndirməklə, 1 il ərzində iddia tələbi irəli sürüldüyünə görə iddianı təmin etmişdir. O, iddiaçıya heç bir borcunun qalmadığını bildirmiş və ona etdiyi ödənişlərə dair mövcud qəbzlərin bir hissəsini əlavə etmişdir. Məhkəmə əsassız olaraq onun iddiaçıya borcunun olması qənaətinə gəlmiş, lakin bu borcun hansı müddət ərzində yaranması məsələsinə toxunmamışdır. Halbuki, onun borcu qalmış olsa idi belə, iddiaçı 1 il ərzində bununla bağlı iddia tələbi irəli sürməli idi. Məhkəmənin müddət məsələsini araşdırmadan hazırki formada qətnamə qəbul etməsi onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Halbuki, o, iddiaçıdan 2022-ci ildə pul almış və qaytarmışdır. Məhkəmə öz qətnaməsində 1 illik müddətə istinad etsə də, pulun hansı tarixdə alınması məsələsi barədə heç bir araşdırma və əsaslandırma aparmamışdır. Belə ki, münasibətlərin hansı tarixdə yaranmasını aydınlaşdırmadan müddətlə bağlı məsələyə istinad edilməsi və qətnamə qəbul edilməsi əsassızdır. Çünki müddətin axımını ilkin olaraq düzgün müəyyən etmək birbaşa məhkəmənin vəzifəsidir.
16. Həmçinin, cavabdehin məhkəmə iclasları və çıxarılmış qətnamədən məlumatı olmamış, yalnız polis orqanı tərəfindən axtarışda olduğunu bildikdən sonra, barəsində qətnamə çıxarıldığını öyrənmiş və dərhal məhkəməyə müraciət edərək, iş materiallarını əldə etmişdir. Məhkəmənin bildirişləri və qətnaməni göndərdiyi ünvandakı mənzili isə iddiaçıya olan borcunu qaytarmaq üçün satmış və borcunu da tam olaraq qaytarmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm də çəkişmə prinsipinin pozulması ilə qəbul edildiyindən, ləğv edilməlidir.
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, keçirilmiş məhkəmə iclasları barədə məlumatı olmadığından məhkəmə iclaslarında iştirak edə bilmədiyini, qeydiyyat ünvanı olaraq qeyd edilmiş ünvandakı mənzilini iddiaçıya olan borcunun qaytarmaq üçün sataraq, ona ödədiyini və bu səbəbdən, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edə bilmədiyini, məhkəmənin də pul vəsaitinin hansı tarixdə verilməsi məsələsini aydınlaşdırmadan əsassız olaraq qətnamə çıxardığını, halbuki, pul vəsaitinin 2022-ci il ildə verildiyini və hesablanmış faiz məbləği ilə birlikdə tərəfindən qaytarıldığını bildirmiş və bir illik iddia müddətinin ötməsi səbəbindən, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə hissə-hissə olmaqla, 50.000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin məbləği qaytarmaqdan imtina etmişdir, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-də cavabdeh verdiyi izahatında iddiaçıdan hissə-hissə müxtəlif vaxtlarda borc pul aldığını etiraf etmiş və həmin məbləğin 52.880 manat olduğunu bildirmişdir. Cavabdeh polis orqanında izahatını təzyiq altında yazdığını bildirsə və oğlunun digər otaqda özü izahat verərkən saxlanılmasından qorxmasını əsas gətirsə də, ona olan təzyiqin nədən ibarət olmasını və oğlunun digər otaqda saxlanılmasının ona necə psixoloji təzyiq edə bilməsini əsaslandırmamışdır. Cavabdehə qarşı hər hansı qanunsuz hərəkət edildiyi təqdirdə, yuxarı instansiya orqanına şikayət etməməsi də ağlabatan olmamışdır. Cavabdehin məqsədi borcu qaytarmaqdan yayınmaqdır. Həmçinin, cavabdeh məhkəmə iclaslarından məlumatsız olduğunu bildirsə də, cavabdehin iddiaçıda olan telefon nömrələrinə birinci instansiya məhkəməsindəki icraat zamanı dəfələrlə zənglər edilmiş, lakin ya cavabdeh telefon zənglərinə cavab verməmiş, ya da cavab verən şəxs bu nömrənin cavabdehə məxsus olmadığını bildirmişdir. Bu, o anlama gəlir ki, cavabdeh bilərəkdən məhkəmə icraatından yayınmışdır. Bundan başqa, cavabdehin iddiaçıya olan borcunu qaytardığı təqdirdə, bunu təsdiq edən sənədləri polis orqanına təqdim etməməsi də ağlabatan deyil. Həmçinin, cavabdeh polis orqanındakı izahatında borcun hissə-hissə hansı məbləğlərdə olduğunu belə qeyd etmişdir ki, həmin məbləğlərin tərəflərin özündən başqa hər hansı şəxsin bilmək imkanı yox idi. Eyni zamanda, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanılmaması onlar arasında yaranan münasibətin Mülki Məcəllənin 329.1-ci maddəsinin təsiri altına düşməsinə səbəb olsa da, bu hal cavabdehin iddiaçıya borclu olduğu 50.000 manat məbləğində vəsaitin qaytarılmamasına əsas vermir. Bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq olunmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim olunmuş səs yazılarının sübut qismində nəzərə alınması yolverilməzdir. Çünki, həmin sübutlar birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim edilməli idi. Həmçinin, iddiaçı tərəf həmin sübutları birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim edilməsinin mümkünsüzlüyünü də əsaslandırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim olunduğu iddia edilən qəbzlərin əsilləri iş materiallarında mövcud deyil. Eyni zamanda, cəmi 27 ədəd qəbzin surətlərindən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 22.960 manat məbləğində vəsait verilmişdir. Həmin qəbzlərdən bəziləri isə mübahisəli dövrü əhatə etməməklə, 2023-cü və 2024-cü ilin fevral, mart aylarına aiddir. Halbuki, iddiaçı borc pul vəsaitini 2024-cü ilin may, iyun və iyul aylarında cavabdehə verdiyini iddia edir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunan bank çıxarışlarından göründüyü kimi, cavabdeh 2024-cü ilin may və avqust ayları arasındakı dövrdə “Leobank” kart hesabından 5493 manat, “xxxx” kart hesabından isə xeyli sayda iddiaçıya köçürmələr etmişdir ki, həmin məbləğlərin cəmi artıq 50.000 manatdan çoxdur. Digər tərəfdən, hazırki mübahisə mülki xarakterli olduğundan, cavabdehin polis orqanına çağırılması və izahat verməsi sadəcə ona təsir göstərmək məqsədilə edilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh də vəkilinin izahatını təsdiq edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilən borc məbləği 50.000 deyil, 30.000 manat olmuşdur. Polis orqanında olan izahatını isə sərbəst qaydada deyil, məcburiyyət qarşısında qaldığı üçün qeyd olunan formada vermişdir. Həmçinin, borc məbləği fakiki olaraq Hikmət adlı şəxsə onun vasitəçiliyi ilə verilmişdir. İddiaçı “**-UU-***” qeydiyyat nişanlı avtomobilin sürücüsünə pul vəsaiti versə də, həmin məbləğlər ona çatdırılmamışdır. Belə ki, həmin məbləğlər iddiaçının faktiki olaraq borc vermək istədiyi şəxsə çatdırılmışdır və o, bu prosesdə yalnız vasitəçi olmuşdur.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və həmçinin bildirmişdir ki, cavabdeh iddiaçıya “**-UU-***” qeydiyyat nişanlı avtomobilin sürücüsünə etimad etdiyini bildirmiş və iddiaçı da bunun əsasında cavabdehə çatdırılması üçün ayrı-ayrılıqda 12.000 və 3.800 manat məbləğindəki pul vəsaitlərini həmin şəxsə vermişdir. Təqdim etdiyi səs yazılarından göründüyü kimi, cavabdeh sürücü ilə göndərilən 12.000 manat məbləğində pul vəsaitini təhvil aldığını təsdiq etmişdir. Həmçinin, cavabdeh polis orqanında öz iradəsi ilə yazılı izahat verməklə və hər hissədə məbləğləri dəqiq göstərməklə 50.000 manat məbləğində borc pul vəsaitini aldığını etiraf etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və həmçinin bildirmişdir ki, cavabdeh ondan 3 dəfə borc pul vəsaiti götürmüşdür, 1-ci dəfə borc verdiyi 15.000 manat məbləğində pul vəsaitini tam şəkildə, 2024-cü ilin fevral ayında verdiyi 35.700 manat məbləğində pul vəsaitindən isə 24.600 manat hissəni qaytarmışdır. 3-cü dəfə isə tərəfindən ona borc pul vəsaiti hissə-hissə olmaqla, verilmişdir. Hazırda cavabdehin 2-ci dəfə götürdüyü borcundan 11.100 manat hissə ödənilməmiş qalmışdır. Həmin hissə daxil edilməklə, cavabdehin ümumi borcu 50.000 manat təşkil edir. Bundan əlavə olaraq, cavabdeh 2024-cü ilin mart və aprel aylarında götürdüyü vəsaitləri həmin ilin may ayında geri qaytarmışdır.
Tətbiq edilən hüquq:
23. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
24. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətinə əsasən, qətnamə cavabdeh tərəfindən tam hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçı ilə yazılı formada hər hansı borc müqaviləsi bağlanılmadan borc məqsədilə pul vəsaiti əldə etmişdir. Lakin, cavabdeh tərəflər arasında yaranan faktiki borc münasibətləri üzrə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və aldığı pul vəsaitini aralarındakı sövdələşməyə uyğun olaraq iddiaçıya geri qaytarmamışdır. İddiaçı isə verdiyi borc vəsaitini və bununla bağlı sərf etdiyi xərclərin əvəzinin cavabdehdən tutulması məqsədilə məhkəməyə müraciət etmişdir.
30. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının ona məxsus əmlakın qaytarılmasını və ya vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsi olduğundan, o, hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur.
31. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pul vəsaitinin qaytarılmamasını istisna etmədiyi barədə düzgün nəticəyə gəlsə də, yazılı forma tələbinə əməl olunmadan bağlanılan borc müqaviləsinin etibarsız əqd kimi qiymətləndirməsi və məhz 50.000 manat məbləğində pul vəsaitinin cavabdehə borc məqsədilə verilməsi faktının iş materialları ilə sübut olunması ilə bağlı mövqeyi əsaslı olmamışdır.
32. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər.
33. Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda ifadə edilmiş hüquqi mövqeyə əsasən, borc müqaviləsinin yazılı formada bağlanılması tələbinə riayət edilməməsi həmin müqavilənin etibarlılıq şərtinin pozulması kimi deyil, tərəflərin aralarında yaranmış borc münasibətlərini yazılı sübutlarla təsdiq və əsaslandırmaq öhdəliyi baxımından qiymətləndirilməlidir.
35. Bu cəhətdən, tərəflər arasında faktiki borc münasibətlərinin mövcud olduğu halda, borc müqaviləsinin yazılı formasına riayət edilməməsi həmin münasibətlərin özlüyündə etibarsız hesab edilməsi üçün əsas təşkil etmir. Odur ki, birinci instansiya məhkəməsinin borc münasibətlərinin yaranmasını təsdiq edən pul vəsaitinin verilməsi faktının forma tələbinə əməl edilməməsi əsası ilə etibarsız hüquqi nəticə kimi qiymətləndirilməsi barədə gəldiyi nəticə hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
36. Beləliklə, borc pul vəsaitinin faktiki olaraq verilməsi və bununla tərəflər arasında müvafiq borc münasibətlərinin yaranması müəyyən edildiyi halda, yalnız yazılı forma tələbinə riayət edilməməsinə istinad edilməklə həmin münasibətlərin etibarsız hesab edilməsi qanunun tələblərinə və yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun deyildir.
37. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehin Xətai RPİ-də iddiaçıdan 50.000 manat məbləğində pul vəsaiti aldığını və ona verilmiş qrafik üzrə qaytaracağını bildirən məzmunda verdiyi izahatına əsasən, iddia tələbini tam şəkildə təmin etsə də, cavabdehin sözügedən izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmamış və məhz 50.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi faktı iş materialları ilə sübut olunmamış, habelə, iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə verilməsi ilə bağlı təqdim olunan qəbzlərin mübahisələndirilən dövrü əhatə edib-etməməsi və əldə edilən borc məbləği üzrə iddiaçıya hər hansı vəsaitin qaytarılıb-qaytarılmaması məsələsi araşdırılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan halların araşdırılması və iş materiallarında olan sübutların qarşılıqlı əlaqədə, hərtərəfli və obyektiv qiymətləndirilməsi cavabdehin iddiaçı qarşısında 50.000 manat məbləğində borc öhdəliyinin yaranıbyaranmadığının,
38. yaranmışdırsa, həmin öhdəliyin hansı məbləğdə mövcud olduğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçı mülki iş üzrə keçirilən məhkəmə iclasları zamanı izahatında 2024cü ilin fevral
39. ayında cavabdehə verdiyi borc məbləğindən ödənilməmiş hissə daxil edilməklə, 2024-cü ilin may, iyun və iyul aylarında borc məqsədilə verilən pul vəsaitinin 50.000 manat təşkil etdiyini bildirmişdir.
40. İddiaçı tərəfindən təqdim olunan qəbzlərin əsllərinə görə, 2024-cü ilin fevral ayında 500+1500+2000+1000=5.000 manat, 2024-cü ilin may ayında 100+1200+4900+5000+50=11.250 manat, 2024-cü ilin iyun ayında 70+1500+2900+100+2620+380+1500+1000=10.070 manat və 2024-cü ilin iyul ayında 200+100+100+50+500+130+50+300=1430 manat məbləğində pul vəsaitinin cavabdehə məxsus kart hesablarına köçürüldüyü təsdiq edilmişdir.
41. Lakin, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan qəbzlər arasında mübahisəli dövrü əhatə etməyən (##.##.2023-cü il tarixdə 3000 manat və ##.##.2024-cü il tarixdə ayrı-ayrılıqda olmaqla, 160 və 2840 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair) qəbzlər mövcuddur. Halbuki, iddiaçı tərəfindən hazırda tələb olunan 50.000 manat məbləğində pul vəsaitinin məhz 2024-cü ilin fevral, may, iyun və iyul aylarında verilmiş borc üzrə olan məbləğləri təşkil etdiyi iddia olunmuşdur.
42. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında qəbul edilmiş sübutların cəlb edilməsinin təmin olunması barədə qərardad ilə “xxxx” Kommersiya Bankı ASC tərəfindən təqdim edilən və iddiaçı İddiaçı “xxxx” X3 Səhmdar Cəmiyyətindəki 5243 7544 4091 **** nömrəli kart hesabından cavabdeh İbrahimova Aynurə Ələsgər qızına məxsus 4098 5844 9413 **** nömrəli “Leobank” kartına və 4098 6200 0146 **** nömrəli “xxxx” ASC-yə məxsus “Bolkart” kartına 2023-cü ilin yanvar ayının 1-dən 2024-cü ilin dekabr ayının 31-dək göndərilmiş məbləğlərin cəminə dair məlumat əks etdirən çıxarışlara əsasən, iddiaçı tərəfindən təqdim olunan qəbzlərdəki məbləğlərin cavabdehə köçürülməsi faktı təsdiq edilmiş və əlavə olaraq, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 5 manat, ##.##.2024-cü il tarixdə 100 manat və ##.##.2024-cü il tarixdə isə 5 manat olmaqla, cəmi 210 manat məbləğində pul vəsaitinin də cavabdehə məxsus “9931” sonluqlu kart hesabına göndərildiyi müəyyən edilmişdir.
43. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə mübahisəli dövr ərzində 5000+11.250+10.070+1430=27.750 manat (bank çıxarış məlumatları və iddiaçı tərəfindən təqdim olunan qəbzlərə əsasən) və əlavə olaraq, 100+100+5+5=210 manat (bank çıxarış məlumatlarına əsasən) olmaqla, cəmi 27.960 manat məbləğində pul vəsaitinin göndərildiyi iş materiallarında olan yazılı sübutlarla tam şəkildə öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçı məhkəmə iclaslarında izahat verərək, tələb etdiyi 50.000 manat məbləğində pul vəsaitinin 12.000 və 3.800 manat məbləğində olan hissələrini ayrıayrılıqda,
44. cavabdehə sürücü vasitəsilə əlbəəl qaydada çatdırıldığını bildirsə də, ##.##.2026-cı il tarixdə təqdim edilən və tərəflər arasındakı telefon danışıqlarını əks etdirən səs yazısında cavabdeh yalnız 12.000 manat məbləğində pul vəsaitini sürücünün çatdırılması vasitəsilə aldığını təsdiq etmişdir.
45. Odur ki, məhkəmə kollegiyası tərəflər arasındakı faktiki borc münasibətlərinin məhz yazılı sübutlar ilə əsaslandırmalı olması halını da rəhbər tutaraq hesab etmişdir ki, hazırki vəziyyətdə iş materialları ilə iddiaçı tərəfindən cavabdehə borc məqsədilə 50.000 manat deyil, 27.960+12.000=39.960 manat məbləğində pul vəsaitinin verildiyi sübut edilmişdir.
46. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilən borc vəsaiti üzrə iddiaçıya hər hansı məbləğin qaytarılıb-qaytarılmaması məsələsini araşdırarkən müəyyən etmişdir ki, “xxxx” Kommersiya Bankı ASC tərəfindən təqdim edilən bank çıxarış məlumatlarına əsasən, iddiaçıya məxsus “6565” sonluqlu kart hesabına cavabdehə aid “7027” sonluqlu kart hesabından 2024-cü il ərzində (aprel, may, iyun və iyul aylarında) 1000+2000+70+1650+2350+220+1100=8390 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
47. Həmçinin, cavabdeh tərəfindən təqdim olunan tərəflər arasındakı şəxsi yazışmalarda əks olunan ##.##.2024-cü il tarixli qəbzə əsasən, iddiaçıya məxsus “6565” sonluqlu kart hesabına cavabdehə aid “9931” sonluqlu kart hesabından 2200 manat məbləğində pul vəsaitinin göndərildiyi müəyyən edilmişdir.
48. Yuxarıda qeyd olunanlar nəzərdən keçirildikdə, cavabdeh tərəfindən iddiaçıya 2024-cü il ərzində 8390+2200=10.590 manat məbləğində pul vəsaitinin qaytarıldığı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, 39.960 manat məbləğində verildiyi sübuta yetirilən borc vəsaitindən 10.590 manat hissəsinin qaytarıldığı müəyyən edildiyi təqdirdə, cavabdehin iddiaçıya borclu olduğu məbləğ cəmi 29.370 manat təşkil etmişdir.
49. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayəti ilə yanaşı təqdim edilmiş iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə bildirir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.
50. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli Qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.
51. Cavabdeh iddia müddətinin tətbiqi ərizəsində Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı bir illik iddia müddətinə istinad etmişdir.
52. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar.
53. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, tərəflər arasında faktiki yaranmış borc münasibətləri üzrə yazılı müqavilənin bağlanılmaması etibarlılıq şərtinin pozulması kimi qiymətləndirilmədiyi halda, hazırkı mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik iddia müddətinin tətbiq edilməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
54. Belə ki, borc müqaviləsinin qanunla nəzərdə tutulmuş yazılı formada bağlanılmaması həmin əqdin əhəmiyyətsizliyinə səbəb olan hüquqi hal kimi nəzərdə tutulmamışdır. Başqa sözlə, müqavilənin yazılı formasına riayət edilməməsi özlüyündə əqdin əhəmiyyətsiz hesab edilməsi üçün qanunda müəyyən edilmiş əsaslardan biri kimi çıxış etmir. Bu baxımdan, əhəmiyyətsiz əqd kimi qiymətləndirilməyən və tərəflər arasında faktiki borc münasibətlərinin yaranmasına səbəb olan hüquqi münasibətlərə Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdlər üçün nəzərdə tutulmuş bir illik iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.
55. Odur ki, mübahisəli hüquq münasibətlərinin əhəmiyyətsiz əqd nəticəsində yaranmadığı nəzərə alınmaqla, həmin münasibətlərə Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
56. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki “çəkişmə prinsipinin pozulması ilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının tarixi və yerini əks etdirən məhkəmə bildirişləri cavabdehin məlum olan ünvanına göndərilmiş, habelə cavabdeh bu barədə SMS-bildirişlər vasitəsilə məlumatlandırılmış və ##.##.2025-ci il tarixdə göndərilmiş SMS-bildiriş cavabdehə məxsus mobil nömrəyə çatdırılmışdır.
57. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.
58. Belə olan halda, cavabdeh keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış hesab edildiyindən, apellyasiya şikayətinin qeyd olunan dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
59. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmət xərci kimi ödənilmiş 1500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələblərini rəhbər tutmaqla, iddia tələbinin sözügedən hissəsində düzgün və əsaslı nəticəyə gəlmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh İbrahimova Aynurə Ələsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iddia tələbi qismən təmin edilsin. İbrahimova Aynurə Ələsgər qızından İddiaçı xeyrinə 29.370 (iyirmi doqquz min üç yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Məmməd Məmmədov