Məhkəmə qərarları › İş №2(103)-6834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6834/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6834/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 014R********** saylı kredit razılaşması üzrə 115521,58 ABŞ dolları kredit borcu, 54520,53 ABŞ dolları faiz borcu və 64776,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 235218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinətutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 115521,58 ABŞ dolları kredit borcu, 54520,53 ABŞ dolları faiz borcu və 64776,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 235218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə İnşaatçılar prospekti 12/26 ünvanında Cavabdeh1 mülkiyyətində olan 86.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında Cavabdeh1 mülkiyyətində olan 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 235218,45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri Yasamal rayonu 494cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən 86.8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən 29.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 014R********** saylı Kredit razılaşması üzrə əsas borc görə 115521,58 (yüz on beş min beş yüz iyirmi bir dollar, əlli səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 17445,93 (on yeddi min dörd yüz qırx beş dollar, iyirmi doxsan üç sent) ABŞ dolları, dəbbə pulu 5000 (beş min dollar) ABŞ dolları olmaqla, ümumilikdə 137967,51 (yüz otuz yeddi min doqquz yüz altmış yeddi dollar, əlli bir sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) manat xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 86,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 210.000 manat məbləğində və Bakı şəhəri, Yasamal rayonu 494-cü məhəllə, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 81.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutlaraq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 200 manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün çəkilmiş ekspert xərci üzrə 300 manat İddiaçı QSC-dən, 300 manat isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutlaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək qətnamənin qismən –“ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay ərzində əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 mülki işin apelyasiya baxışından çıxarılması barədə məsələnin məhkəmə kollegiyasının mülahizəsində buraxdığını bildirir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəməyə 10 avqust 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(011)-38/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-38/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar