Məhkəmə qərarları › İş №2(103)-6838/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6838/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6838/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı LPO “xxxxxxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı LPO İddiaçıX1 Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7722/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçıX2 Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17997 manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 4792 manat faiz borcunun, cəmi isə 22789 manat Cavabdehborcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “xxxxxxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)- 7722/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 07.01,2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən 17997 manat əsas borc, 4792 manat faiz borcu olmaqla, cəmi 22789 (iyirmi iki min yeddi yüz səksən doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat ləğv prosesində olan “xxxxxxxx” ASC-nin xeyrinə tutulmuşdur. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)- 7722/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qanunvericilikdə məhkəmə bildirişinin hansı formada işdə iştirak edən şəsxlərə çatınlması qeyd olunmuş, lakin məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ona məlumat vermədən işə baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Baxmayaraq onun dəqiq ünvanı və əlaqə nömrəsi həm iş materallannda olan sənədlərdə xüsusilə də müqavilədə açıq-aydın qeyd olunur, iddiaçıda bunu bilirdi çünki ona göndərdiyi xəbərdarlıq məktubları ünvan 1 ünvana göndərilmiş və onun tərəfindən qəbul edilmişdir. Bundan başqa, məhkəmə ən azından ona zəng etməklə də məhkəmə iclası barədə ona məlumat verə bilərdi. Xüsusi ilə onu vurğulmaq istəyir ki, o, 1971-ci ildən yəni doğulduğu tarixdən ünvan 1 ünvanında yaşayır. “Atra bank” X4 aldadaraq onunla xx.xx.2015-ci il tarixdə kredit müqaviləsini manatla verilməli olduğu halda ABŞ dollarla verilmişdir. Buna etirazını bildirməyisinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Yalnız xx.xx.2016-ci ildə onunla yeni müqavilə bağlamaqla güya ona kömək etmişlər. Amma heç bir köməklik olmamışdır. Faktiki olaraq ABŞ dollarında olan krediti manatla əvəzləşdirmişlər. “Atra bank” X5 2016-ci ilin iyun ayında o, pul ödəmək üçün getdi gördü ki “Atra bank” X7 bağlanıbdır. Ödənişləri ondan qəbul etmədilər. Bundan sonra iddiaçıya da ödəniş etmək istədikdə ondan ödənişi qəbul etmədilər. İddiaçı bilərəkdən ondan ödənişləri qəbul etməyərək cəriməni şişirtmişdir. xx xxxxxx 2016-ci il tarixli xəbərdarlıq məktubunda cərimə 1.880 manat göstərilsə də, xx xxxxxx 2016-ci il tarixli xəbərdalıq məktubundan cərimə şişirdilərək 2.146 manat göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə həddindən artıq tələb olunan 4.792 manat cəriməni azaltmalı idi. Məhkəmənin cərimə məbləğini sübut edən məlumatların haradan alması barədə hər hansı bir sübut yoxdur. Məhkəmə cərimə barədə iddiaçının iddiasını heç bir araşdırma aparmadan birbaşa təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh LPO “xxxxxxxx” ASCnin xeyrinə tutulmalı olan əsas borcun məbləğinin 17317,67 manat, faiz borcunun isə 2139,72 manat müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 170 manat (20+150) təşkil etdiyindən həmin məbləğin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2644/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə iddiaçı bankın nümayəndəsinin kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh şikayəti isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətində əlavə olaraq bildirmişdir ki, onun iddiaçı banka cəmi 14 000 manat borcu qalmışdır və həmin borcu ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan halına görə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış KM 03 saylı kredit müqaviləsinə əsasən bank borcalana 18 ay müddətinə, illik 18% ödəmək şərti ilə 22352 manat məbləğində kredit verməyi, borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, həmin fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin milli valyutada 17.000 manatadək olan kredit üzrə vaxtı keçmiş kredit borclarının, yəni fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclarının restrukturizasiyası məqsədilə həmin Fərmanda qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması banklara tövsiyə edilmişdir. İş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan “xxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixinə 17.996,09 manat əsas kredit borcundan 1.425 manat azaldılmaqla 16.571,09 manat qalıq borc məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin sözügedən borcun Fərmanın təsir dairəsinə düşməsinə və qalıq borc məbləğinin cəmi 16.571,09 manat olmasına dair yazılı məlumatı təqdim etməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi həmin məbləğdən daha artıq həcmdə əsas borcun (17.317,67 manat), habelə 2.139,72 manat faiz borcunun tutulması haqqında qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi borcun adı çəkilən Fərmanın təsir dairəsinə düşməsi haqqında cavabdehin dəlillərinə qiymət verərkən mövqeyini belə əsaslandırmağa çalışmışdır ki, məhkəməyə təqdim edilən kompensasiya vərəqəsi lazımi qaydada təsdiqlənməmişdir, mübahisəli borc Fərmanın təsir dairəsinə düşdüyü halda isə qətnamənin icrası mərhələsində həmin hala qiymət verilə bilər. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, əvvəla, kompensasiya vərəqələri bir qayda olaraq sistemdən edilmiş çıxarış şəklində (xüsusi qaydada təsdiqlənməmiş formada) olur. Cavabdehin təqdim etdiyi vərəqədəki məlumat işin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə həmin məlumatın mötəbərliyi şübhə doğururdusa müvafiq quruma sorğu edilməklə yoxlanıla bilərdi. İkincisi, borc Fərmanın təsir dairsəinə düşdüyü halda tərəflər arasında yeni kredit münasibətləri qurulmuş olur. Başqa sözlə, borc üzrə öhdəliklərin icrası həmin münasibətlər üzrə tənzimlənə, bundan sonra mübahisə olduqda isə bank tərəfindən məhkəmədə yeni əsaslarla iddia qaldırıla bilər. Bu hallar ona dəlalət edir ki, kredit borcu üzrə münasibətlərin məhkəmədən kənar, yaxud pretenziya qaydasında nizama salınması üçün yeni imkanlar yaranır.”. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya kassasiya məhkəməsinin qərarında vurğulunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas borcun məbləğini düzgün hesablamamış, həmçinin cavabdehdən faiz borcunun tutulmalı olması nəticəsinə əsassız olaraq gəlmişdir. Belə ki, iş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan “xxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixinə 17.996,09 manat əsas kredit borcundan 1.425 manat azaldılmaqla 16.571,09 manat qalıq borc məbləği müəyyən edilmişdir. Həmçinin əvvəlki apellyasiya baxışı zamanı təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 25547 saylı ekspert rəyinə əsasən, Cavabdeh “xxxxxxxx” ASC-yə xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu 17317,67 manat, faiz borcu isə 2139,72 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iş üzrə verilmiş ekspert rəyində göstərilən Cavabdeh “xxxxxxxx” ASC-yə xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu 17317,67 manat məbləğində borc əsas götürülməklə, həmin borc məbləğindən M.Məddədova hesablanmış 1.425 manat çıxılmalıdır. Göstərilənlərə əsasən cavabdehdən tutulmalı olan əsas borcun məbləği 15 892,67 (17317,67-1425= 15 892,67) manat müəyyən edilməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəli borc Fərmanın təsir dairəsinə düşdüyünə görə cavabdehə faiz borcu hesablana bilməz və buna görə də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, həmin fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin milli valyutada 17.000 manatadək olan kredit üzrə vaxtı keçmiş kredit borclarının, yəni fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclarının restrukturizasiyası məqsədilə həmin Fərmanda qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması banklara tövsiyə edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7722/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən 15 892,67 (on beş min səkkiz yüz doxsan iki manat 67 qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat ləğv prosesində olan “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 150 manatın 80%-i, yəni 120 (yüz iyirmiı) manatı Cavabdeh, qalan 20 %-i, yəni 30 (otuz) manatı isə İddiaçı LPO “xxxxxxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatoraaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar