Məhkəmə qərarları › İş №2(103)-6838/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6838/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6838/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: alimentin dəyişdirilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(009)-2166/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 792511 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il tarixdə X15 anadan olmuşdur. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 088545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X17 anadan olmuşdur. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-Vİ 024667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 anadan olmuşdur. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 81 nömrəsi ilə qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1174/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2013cü il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında hər ay aliment tutularaq İddiaçı verilməsi, alimentin xx.xx.2018-ci il tarixdən tutulması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilmiş və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “alimentin sabit pul məbləğinə keçirilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X13, xx.xx.2024-cü il təvəllüdlü X10 və xx.xx.2025-ci il təvəllüdlü X3 Bəbir Şahnəzər oğlunun övladlarıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2010-cu ildə Cavabdeh ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən onların 4 uşaqları olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət, xx.xx.2020-ci il təvəllüdlü Ramilə. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında xx.xx.2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Nikah pozulana qədər onlar 1 dəfə faktiki ayrılmışlar və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 1174/2018 saylı qətnaməsi ilə 3 uşağın saxlanılması üçün cavabdehin əmək haqqı və digər gəlirlərinin ½ hissəsinin aliment kimi tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt Bəbir Nədiyev hərbçi idi və əmək haqqı məbləği konkret idi. Sonra onlar barışmışlar və birgə evlilikdən 4-cü övladı – xx.xx.2020-ci il təvəllüdlü Ramilə anadan olmuşdur. Qızı Ramilə üçün ayrıca Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı qətnaməsi və məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(009)-267/2025 saylı indeksasiya barədə qərarından sonra həmin uşaq üçün 256 manat sabit pul məbləğində aliment alır. Cavabdeh hərbidən tərxis olunmuş və müharibə veteranı kimi 80 manat aldığı müavinəti əsas götürən Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru Cavabdeh qazancının 80 manat olmasını əsas götürərək həmin qazancın ½ hissəsi olaraq ona 3 uşaq üçün 40 manat aliment hesablanmışdır. Bundan sonra o, mediasiya təşkilatına sabit pul məbləğində aliment təklifi göndərmişdir. Ancaq cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Cavabdeh işləyir və iş yerini məlum etmədiyindən həmin məlumatları təqdim edə bilmir. O, isə heç bir yerdə işləmir, heç bir yerdən əlavə gəliri yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət adlı uşaqların saxlanılması üçün ərizə verilən bir vaxtdan hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat (cəmi 900 manat) alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2166/2025 nömrəli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 1174/2018 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və alimentin tutulmasının həmin vaxtdan hesablanması qət edilmişdir. Məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 246 manat məbləğində müəyyən edilməsini və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, uşaqların saxlanılması üçün aliment məbləğinin dəyişdirilməsi barədə iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment dəyişdirilməli və cavabdehdən hər uşaq üçün tutulacaq aliment ölkə üzrə müəyyən edilən yaşayış minimumu həddində sabit pul məbləği şəklində 246 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin hər uşaq üçün 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan aliment onun məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78, 112-ci maddələrinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 19-cü maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(009)- 2166/2025 saylı qətnaməsinin ləğv edilməsi və hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat alimentin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(009)-2166/2025 saylı qətnaməsi ilə iş üzrə İddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onun əmək haqqının və digər gəlirlərinin 1/2 hissəsində təyin edilmiş alimentin növü dəyişdirilərək sabit pul məbləğində və hər bir uşaq üçün hər il ölkə üzrə minimum əmək haqqının 0.615 mislindı aliment ödənilməsi qət edilmişdir. Onun İddiaçı ilə birgə nikahlarından 4 uşaqları vardır. Məhkəmənin qətnaməsinə əsasən 3 uşaq üçün hazırki minimum əmək haqqına münasibətdə hər birinə 246 manat olmaqla, cəmi 738 manat məbləğində aliment təyin edilmişdir. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə dünyaya gəlmiş X13 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 256 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Əlavə olaraq Ramilə üçün verilən alimentin də 256 manat olduğunu nəzərə alınsa 994 manat edir. O, “Al” marketdə işləyir və aldığı əmək haqqı 500 manata yaxındır. Müharibə iştirakçısı olduğu üçün əlavə olaraq da 80 manat müavinət alır. Hazırda minimum əmək haqqı isə 400 manatdır. Onun ikinci nikahından isə iki övladı vardır. Məhkəmə onun əvvəlki nikahından dörd övladı və hazırkı nikahından da iki övladı olmaqla, ümumilikdə altı övladının olmasını və onun aylıq qazancını nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən uşaqlara baxmaq hər iki valideynin borcu və öhdəliyidir. 2018-ci ildən bu günə qədər 35.000 manatdan çox aliment ödədiyi halda iddiaçının hansı səbəbdən uşaqların maddi xərclərinin qarşılanmasında valideynlik öhdəliyindən çıxış etməməsi onun düşündürür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında 2(009)-2166/2025 qeydiyyat nömrəli mülki işin olmasından və həmçinin xx.xx.2025-ci il tarixli qətnaməsindən yaşayış ünvanında dəyişiklik olduğu üçün məlumatsız olmuşdur. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2166/2025 saylı qətnaməsinin ləğv edilməsi, hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat alimentin təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, cavabdeh Nəbiyev X9 Nazirliyinin “N” saylı hərbi hissəsində işləyən müddətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1174/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəlüdlü X17 və xx.xx.2017-ci il təvəlüdlü X1 üçün cavabdehin əmək haqqının və əlavə gəlirlərinin ikidə bir hissəsinin hər ay tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh təxminən 2024-cü ilin sentyabr ayından etibarən təxris edilmiş və təxris edildikdən sonra alimentin ödənilməsində çətinlik yarandığı üçün, o, aliment məbləğinin sabit pul məbləğinə keçirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilmiş, cavabdeh isə narazı qaldığı üçün apellyasiya məhkəməsinə müraciət etmiş, hər bir uşağın saxlanılması üçün hər ay 100 manat aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun himayəsində dörd övladı vardır, cavabdeh bir neçə yerdə işlədiyi halda tərəfindən təyin edilmiş aliment ödənilmədiyi üçün uşaqların heç bir ehtiyacları qarşılanmır. Özü heç bir yerdə işləmədiyi üçün sosial yardım verilməsi ilə bağlı dəfələrlə müraciət etsə də cavabdeh sosial yardımdan yaşayış evlərinə baxmağa gələn əməkdaşlara mane yaratdığı üçün sosial yardımla bağlı müraciətindən imtina verilmişdir. Cavabdehin apellyasiya şikayətinə etiraz edir, onun tərəfindən hər ay hər bir uşaq üçün 100 manat ödənilməsinə razı deyildir. Belə ki, 2026-ci ildə hər bir uşağın saxlanılması üçün alimentin miqdarı 260 manat olmuşdur. Cavabdeh apellyasiya şikayətini əsasız hesab edərək, təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bənd 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). Bənd 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa əsasən, cavabdeh qətnaməni alimentin hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində təyin edilməsi hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı, yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2166/2025 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 anadan olmuşdur. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehin ikinci nikahından xx.xx.2024-cü il təvəllüdlü X10 və xx.xx.2025-ci il təvəllüdlü X11 anadn olmuşdur. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1174/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1189/2025 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilmiş və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X2 üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması səbəbindən alimentin müəyyən olunmuş miqdarının dəyişdiriləməli olması qənaətinə gələrkən haqlı olsa da alimentin məbləğini müəyyən edərkən tərəflərin hər birinin maddi imkanını, cavabdehin 6 uşağının olmasını, onun ailiment ödəməli olduğu uşaqlarının sayını, faktiki olaraq ödədiyi alimentin məbləğini, iddiaçının cavabdehin gəlirlərinin məbləğini müəyyən edə biləcək sübutlarını məhkəməyə təqdim etməməsini kifayət qədər dəyərləndirməmişdir. İstinad olunanlara əsasən, kollegiya belə qənatə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2166/2025 nömrəli qətnaməsi təyin olunmuş alimentin məbləği hissəsində dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400 x 0,50 = 200 manat) həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2166/2025 nömrəli qətnaməsi təyin olunmuş alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar