Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6839/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdeh X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-341/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8.427,7 manat əsas borc, 4.937,83 manat faiz borcu, 83,29 manat cərimə olmaqla, ümumilikdə 13.448,82 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, habelə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh117 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASCdən illik 28 faizlə 36 ay müddətinə 6.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 17 dekabr 2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 03 noyabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 7.017,53 ABŞ dolları Mərkəzi Bankın 29 noyabr 2016-cı il tarixə məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 11.571,91 manat təşkil edir və kreditin müddəti 03 may 2024-cü il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)- 341/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli, 6-Z1-13-0-1673-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 8.427,7 manat, faiz üzrə 4.937,83 manat, 83,29 manat cərimə olmaqla cəmi 13.448,82 (on üç min dörd yüz qırx səkkiz manat, səksən iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. R.Z.Rəsulzadə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. A P E L L Y A S İ YA Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Yelo Bank» ASC tərəfindən yaranmış vəziyyətlə, borc məbləği ilə bağlı ona heç bir xəbərdarlıq və ya bildiriş göndərilməmiş, bundan başqa məhkəmə iclasları barədə mənə heç bir bildiriş və ya SMS vasitəsilə məlumat verilməmiş, daha sonra iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavənin nüsxəsi ona təqdim olunmamışdır. Bank tərəfindən verilmiş iddia ərizəsi və ona edilmiş əlavə göstərilən borc məbləği həqiqəti əks etdirmir və şişirdilmişdir, qətnamədən də güründüyü kimi bununla bağlı Cavabdeh1 tərəfindən də edilmiş etiraz məhkəmə tərəfindən qəbul edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında R.Z.Rəsulzadə apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)-341/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.F.Hüseynov apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-341/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsi X.F.Hüseynov və cavabdeh R.Z.Rəsulzadənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.2-ci maddəsinə görə zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli, 6-Z1-13-0-1673-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 28 faizlə 36 ay müddətinə 6.000 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilənin təminatı qismində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra 03 noyabr 2016-cı il tarixdə qeyd olunan kredit müqaviləsinə “Əlavə Saziş” bağlanmış və kreditin qalıq məbləği 7.017,53 ABŞ dolları Mərkəzi Bankın 29 noyabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya olunaraq 11.571,91 manat olmaqla 102 ay müddətinə uzadılmış, 03 noyabr 2016-cı il tarixli zaminlik müqaviləsinə Əlavə Sazişlə Cavabdeh2 borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 8.427,7 manat əsas borc, 4.937,83 manat faiz borcu və 83,29 manat cərimə olmaqla cəmi 13.448,82 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2020-ci il tarixli, 9/4906 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli, 6-Z1-13-0-1673-15 saylı kredit müqaviləsi üzrə 25 fevral 2020-ci il tarixə əsas borcu 8.427,83 manat və faiz borcu 3.350,53 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. R.Z.Rəsulzadə apellyasiya şikayətində və məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)-341/2021 saylı qətnaməsinin ləğv edilməsi kimi ona istinad etmişdir ki, “bank tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş əlavə göstərilən məbləği həqiqəti əks etdirmir və şişirdilmişdir”. O, həmçinin, qeyd etmişdir ki, “iddia ərizəsinə əlavə ləğv edilməli, qəbul edildiyi təqdirdə borcun həqiqəti əks etdirdiyi müəyyən etmək üçün ekspertiza təyin edilməli idi” Məhkəmə kollegiyası həmin dəlilləri ilə əlaqədar qeyd edir ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03 noyabr 2016-cı il tarixdə bağlanmış “17 dekabr 2015-ci il tarixli, 6-Z1-13-0-1673-15 nömrəli kredit müqaviləsinə Əlavə Saziş”dən və ödəniş cədvəlindən görünür ki, kreditin qalıq məbləği 7.017,53 ABŞ dolları Mərkəzi Bankın 29 noyabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 11.571,91 manat təşkil edir. Həmçinin həmin kreditin məbləği 102 ay müddətinə uzadılmışdır. Kredit məbləğinin ödəniş tarixinin əvvəli 03 dekabr 2016-cı il tarixindən başlamaqla, 03 may 2024-cü il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qətnamənin qəbul edildiyi günə kimi faizlər tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə kollegiyası iş üzrə ekspertizanın keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki işin 18-19-cu vərəqlərində olan kredit müqaviləsinə 1 saylı əlavə cədvəlində borcalan tərəfindən ödənilməli olan əsas borrc və faiz məbləğləri aylar üzrə qeyd olunmuşdur. Həmin cədvəldə 03.02.2020-ci ildən 03.02.2021-ci ilə kimi faizin məbləği cəmi 1614 manat 23 qəpik təşkil edir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 tutulmalı olan faiz üzrə məbləğ 4.937 manat 83 qəpik təşkil edir. Bu məbləğin 3.350 manat 53 qəpiyi ekspert rəyinə əsasən 25.02.2020-ci il tarixə kimi yaranmışdır. Beləliklə həmin tarixdən qətnamə qəbul edilən günə kimi faiz borcu (4937,83- 3350,53=1.587 manat 30 qəpik) 1.587 manat 30 qəpik təşkil edir. Bu da tərəflər arasında razılaşdırlmış cədvəl ilə müəyyən edilən məbləğdən də az məbləğ təşkil edir. Cavabdeh apellyasiya şikayətində “Yelo Bank» ASC tərəfindən yaranmış vəziyyətlə, borc məbləği ilə bağlı ona heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədiyi bildirsə də, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanan 24 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubundan və və cavabdehlərə çatdırılmasını təsdiq edən qaimələrdən görünür ki, cavabdehlərdən borc məbləğinin 5 gün müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişlər. Cavabdeh, həmçinin apellyasiya şikayətində məhkəmə iclasları barədə mənə heç bir bildiriş və ya SMS vasitəsilə məlumat verilmədiyi, 1-ci instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırmasını təmin etməklə çəkişmə prinsipi prinsipini həyata keçirmişdir, cavabdehin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir» Eyni zamanda AR Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulmasına səbəb olur. Həmin maddədə isə göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (maddə 9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İş materiallarının 81-ci vərəqəsindən görünür ki, Cavabdeh2 nümayəndəsi X4 03.02.2021-ci il tarixində keçiriləcək məhkəmə bildirişini qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlara məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-341/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6839/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6839/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver