Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6839/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul və şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılqılı iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02 oktyabr 2020ci il tarixli qərarından görünür ki, İddiaçı, Rüstəm Şabanov, Zamir Cigərxanov, Nigar Məmmədli və X11 Məmmədov və Mehman Məmmədov barəsində vermiş olduqları ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanması Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
2. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 04 fevral 2022-ci il tarixli qərarından görünür ki, Nigar Məmmədli və İddiaçı eyni məzmunlu şikayət ərizələri əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80850 (səksən min səkkiz yüz əlli) manat pulun qətnamə qəbul edilən tarixdə Bank uçot dərəcəsini hesablamaqla xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ilin əvvələrindən başlayaraq ayrı-ayrı tarixlərdə 180.000 manat pul vermiş, cavabdeh həmin vəsaitin 103.000 manat hissə-hissə qeri qaytarmış, qalan 77.000 manatı qaytarmaqdan imtina etmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bu səbəbə görə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət verərək cavabdeh-Cavabdeh etibarından sui-istifadə edərək dələduzluq yolu ilə külli miqdarda pulunu ələ keçirdiyini, qaytarmadığını göstərmiş və məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyata qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərdiyi vəsaitin cavabdehə verdiyi öz təsdiqini tapmışdır. Qərarda məsələnin mahiyyət etibarı ilə məhkəməyə aid olması səbəbindən mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Daha sonra, Yasamal RPŞ-nə xx.xx.2020-ci ildə eyni məzmunlu şikayət ərizəsi verərək cavabdeh-Cavabdeh onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirdiyini,onu aldatdığını, pulu qaytarmaqdan imtina etdiyini göstərərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPŞ-si İŞ-si xx.xx.2021-ci il tarixdə qərar qəbul edərək toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarlaradan görünür ki, Cavabdeh ona və başqalarına qarşı dələduzluq əməli törətmiş, lakin zərərin bir hissəsini ödədiyinə görə cinayət məsuliyyətindən yayına bilmişdir. Bununla belə aralarında mülki mübahisə olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Halbuki cavabdehin ziddiyyətli ifadələri ilə dələduzluq etdiyini etiraf etmişdir. Belə ki, cavabdeh bir yerdə pulu mebel biznesinə görə, digərində isə maşın alverinə görə, arada pulu faizə aldığını bildirmiş, tam fərqli izahatlar verərək guya pulu ondan qaynatasının tenderdə udduğuna görə pul lazım olduğunu demişdir. Bunlar ona dəlalət edir ki, istintaqa yalan ifadələr verib və cinayət məsuliyyətindən yayınıb. Hazırda cavabdehin ona 77000 manat borcu vardır və onu qaytarmaqdan imtina etdir. Azərbaycan Respublikası MM-in 445.1-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə,gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə həmin maddi hüquq normasına əsasən borclu ona 77000 manatın 5%-i miqdarında, yəni 3850 manat illik faiz ödəməlidir. Cavabdeh 80850 (səksən min səkkiz yüz əlli) manat pulun qətnamə qəbul edilən tarixdə Bank uçot dərəcəsini hesablamaqla xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.c
5. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilərək ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) üzərinə onun barəsində «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə ÜZR istəməsi öhdəlyinin qoyulmasına və ondan onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatları yayması nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaçını uşaqlıqdan tanıyır. Belə ki, uşaqlıqları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən məhəllədə keçmişdir. O, İddiaçı faizə pul götürmüşdür. Elçinə üç dəfəyə, hər dəfə 18.000 manatdan olmaqla 54.000 manat qaytarmışır. Sonradan bilmişdir ki, Elçinin ona faizə verdiyi həmin pul əslində onun deyilmişdir. Belə ki, o, həmin pulu X1 nisbətən aşağı faizə götürüb, ona eyni pulu daha yüksək, yəni 20 faizə verirmiş. Elçindən götürdüyü pulun qalan hissəsini Elçinə vaxtında qaytara bilmədi. Sonradan Elçin və Elçinin mənə verdiyi pulu götürdüyü Nadir Məmmədli ondan əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə, daha sonra isə Bakı şəhəri Yasamal RPİ-nə eyni məzmunlu şikayət ərizələri yazaraq şikayət etdilər. Lakin əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində xx.xx.2020-ci il tarixli qərarla, daha sonra da Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də aparılmış araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2021 -ci il tarixli qərarla əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edildi. Həmin şəxslər daha sonra eyni məzmunlu şikayət ərizəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə də ondan şikayət etdilər, lakin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılmış araşdırmanın da nəticəsində qəbul edilmiş qərarla əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edildi. İlk iddiaçıdan götürdüyü 102.000 manat puldan qalan borcunun əvəzində isə xx.xx.2021-ci il tarixdə qayınatası X4 tərəfindən İddiaçı ona verdiyi pulu götürdüyü X5 50.000 manat pul verilmişdir. Bu faktı qarşılıqlı iddia ərizəsinə qoşmada məhkəməyə təqdim etdiyi 50.000 manat pulun Nadir Məmmədli tərəfindən təhvil alınmasına dair tərtib edilib imzalanmış sənədin surəti (əsli Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə təqdim edilmişdir) təsdiq edir. Beləliklə, xx.xx.2021-ci il tarixdən sonra onun ilk iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. İlk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş qanuni qüvvədə olan qərarların surətlərindən də göründüyü kimi onun əməlində hər hansı, o cümlədən dələduzluq cinayətinin tərkibi yoxdur. Həmçinin onun barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş olmağına dair də hər hansı siibut yoxdur. Belə olan halda ilk iddiaçının onun barəsində ilk iddia ərizəsində yazmaqla yaydığı «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» ifadələrinin həqiqətə uyğun olmayan məlumatlar, yəni yalan məlumatlar olduğu sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməmiş istənilən şəxs barəsində «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi ifadələrin işlədilməsi ilə həmin şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnmiş olması mübahisəsizdir. ilk iddianın rədd edilərək ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) üzərinə onun barəsində «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə ÜZR istəməsi öhdəlyinin qoyulmasına və ondan onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatları yayması nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, iddiaçını, eləcə də cavabdehi oğlunun dostları kimi tanıyır. Cavabdeh ona 248 000 ABŞ dolları borcu olmuş, həmin puldan 50000 manat sonuncunun qaynatası ödəmiş o isə hazırda məhkəmədə ona təqdim olunmuş qəbzi imzalamışdır. Həmin pul vəsaitinin İddiaçı heç bir aidiyyəti olmamışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2022 nömrəli, 15 iyul 2022ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi - ilkin idda üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə 77000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilmiş, həmçinin qarşılıqlı iddia təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi isə iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edir. Bu isə ona dəlalət edir ki, tərəflər arasında borc müqaviləsi bağlandığı andan müqavilə tərəflərinin hüquq və vəzifələri – borc verənin borcu tələb etmək hüququ, borc alanın borcu qaytarmaq vəzifəsi yaranmışdır. Hazırki ilkin iddia tələbi ilə bağlı olaraq iş üzrə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. İddiaçı məhz 180000 manat məbləğində pulun borc verildiyini, cavabdeh isə borc müqavilələrində göstərilən məbləğlərin qaytarılmasını sübut etməlidir. Bununla belə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh həmin puldan 103 000 manat qaytarıldığını bildirmiş, cavabdehin mövqeyi isə ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçıdan alınmış 165000 manat təşkil edən pul vəsaiti əslində iddiaçının digər şəxslərdən alınaraq faizlə ona verilmişdir. Hazırda isə həmin pulu tam qaytarmışdır. Lakin ilkin iddia üzrə cavabdehin öhdəliyinin tam icra olunmasını təsdiq edən sübut təqdim etməməsi ilə yanaşı məhkəmə o halı nəzərə almışdır ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin müxtəlif vaxtlarda 103.000 manat pul aldığını etiraf etməsi ilkin iddia tələbinin həmin hissədə əsaslı olduğuna dəlalət edir. Öz növbəsində ilkin iddia üzrə cavabdeh borc məbləğinin İddiaçı aid edilməməsi və ümumiyyətlə bütün borcunun qaytarmış olduğunun qeyd etsə də hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir və kredit müqaviləsi borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Ancaq ilkin iddia üzrə cavabdehin bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun bildirdiklərini sübut edə bilməməsini göstərir. Onun vəsatəti əsasında dindirilmiş şahidin bildirdikləri isə ilkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə aid deyildir. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borc pulun qaytarılmasına dair iddia tələbinin qismən yəni iddiaçının etirafı nəzərə alınmaqla (180.000-103.000) cəmi 77000 manat məbləğində pulun cavabdehdən tutulması yolverilən olmaqla qanuni və əsaslı hesab etmişdir. Həmin hissədə iddia tələbi təmin olunaraq cavabdehdən borclu olduğu 77000 manat pul alınıb iddiaçıya verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehdən borc məbləğinin illik 5 %-lə hesablanmış 3850 manat məbləğində pulun tutulmasına dair tələbi əsassızdır. Cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Odur ki, bu hissədə ilkin iddia əsassız olduğuna görə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” barədə iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə cavabdehin iddiası barəsində istinad edilən ünvanlara müraciət etməsi sonuncunun şərəf və ləyaqətini ləkələməsi kimi qiymətləndirilməməlidir. Hazırki qarşılıqlı iddianın kontekstində isə ilkin iddia üzrə iddiaçının konkret halda cavabdehin hərəkətlərindən iddia tələbində qeyd edilməsi Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət hüququndan istifadə etməsi həmin məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməməlidir. Belə olan halda isə iddiaçının iddia tələbini əsaslandıraraq cavabdehin hərəkətlərinə qiymət verib «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi cümlələrinin işlətməsi onun (qarşılıqlı iddia üzrə iddiaçının) şərəf və ləyaqətinə zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia tələbi təmin edilmədiyindən müvafiq olaraq həmin tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci, 449.1-ci, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 46 və 60-cı maddəsinin İ hissəsinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, ilk iddiaçı tərəfin ilk iddia tələbinin əsası kimi istinad etdiyi halların heç bir əsası yoxdur və bu aşağıdakılarla sübut olunur. Əvvəla, ilk iddiaçı tərəf mülki işdə olan Cavabdeh Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 28 avqust 2020-ci il tarixdə verdiyi izahatına tam deyil, yarımçıq istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Cavabdeh həmin izahatı tədqiq edildi və müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 28 avqust 2020-ci il tarixdə verdiyi izahatında hallanan məsələ ilə bağlı aşağıdakı kimi izahat vermişdir: «…İddiaçı müxtəlif vaxtlarda 45000, 30000 və 90000 manat, ümumilikdə 165000 manat pul almışam və ona həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə 251000 manat qaytarmışam, beləliklə mən ona, verdiyi 165000 manat puldan əlavə 86000 manat pul vəsaiti qaytarmışam.». Əgər ilk iddiaçı tərəfin məntiqi ilə yanaşılsa, yəni həmin izahatın alındığı araşdırma üzrə qəbul edilmiş yekun, yəni 02 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan nə Cavabdeh, nə də ilk iddiaçının şikayət vermədiyini nəzərə alınsa onda hesab etmək olar ki, ilk iddiaçı Cavabdeh ondan 165000 manat alıb, əvəzində 251000 qaytardığını qəbul və təsdiq etmişdir. Lakin ilk iddianın əsassız olduğu təkcə bu sübutla deyil, həmçinin başqa sübutlarla da təsdiq olunur. Belə ki, ilk iddiaçı bildirmişdir ki, guya o, Cavabdeh 180000 manat öz pulunu vermişdir . Lakin Cavabdeh həm Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, həm də ondan sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında, habelə bundan sonra da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında, habelə hazırkı mülki iş üzrə məhkəmə iclaslarında verdiyi ifadələrində birmənalı olaraq bildirmişdir ki, İddiaçı ona verdiyi 165000 manat pul, sonradan bildiyinə görə əslində İddiaçı özünə məxsus olan pul vəsaiti olmamış, belə ki, İddiaçı həmin pulları X8 adlı şəxsdən faizə götürüb, sonradan özünün də faizini üstünə əlavə edərək ona vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi İddiaçı Cavabdeh qayınatası mərhum Mehman Məmmədova məxsus «Classi» mebel mağazasında günəmuzd elektrik olaraq işləyirmiş. Orta aylıq qazancı təxminən 1000-1500 manat olan bir elektrikin birdən-birə 180000 manat pulunun olması, həmin pulu özünün dediyinə görə guya Cavabdeh mebel işinə yatırmaq üçün verdiyini və eyni zamanda da 180000 manat pul «yatırdığı» mebel alışı-satışı fəaliyyəti ilə məşğul olmayıb, 180000 manat verdiyi şəxsin qayınatasına məxsus mağazada günəmuzd elektrik işləməkdə davam edərək 180000 manat vəsait qoyduğu biznes fəaliyyətinə daxil olmayan bir şəxsin ən azından nəyə görə bu cür hərəkət etdiyinin aydın olması üçün məhkəmə iclasında iştirak edib, bununla bağlı ortaya çıxan suallara cavab verməsi doğru olardı. Lakin ilk iddiaçı cavabdeh tərəfin dəfələrlə bununla bağlı iradlarına baxmayaraq birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmədi, nümayəndəsi isə sualları cavablandıra bilmədi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq edilmiş yuxarıda istinad edilən sübutlarla tam sübuta yetirilir ki, Cavabdeh İddiaçı, sonuncunun Nadir Məmmədlidən faizə götürüb, üstünə əlavə faiz qoyaraq 20 faizlə Cavabdeh vermiş olduğu pulu İddiaçı və Nadir Məmmədliyə tamamilə qaytarmışdır. Məhkəmənin həmin iclasında vəsatətlə məhkəməyə müraciət edilərək Cavabdeh telefonuna zəng etmiş şəxslə aparılmış telefon danışığının audioyazısının məhkəməyə təqdim edilməsi və onun məhkəmə iclasında tədqiq edilməsi xahiş edilmiş, sədrlik edən sözügedən sübutla bağlı «faktoloji əsasların» məhkəmə iclasında müəyyən olunduğunu qeyd edərək həmin audioyazının məhkəməyə təqdim edilməsinə dair vəsatəti təmin etmişdir. Lakin məhkəmənin xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş iclasında həmin audioyazını SD diskdə məhkəməyə təqdim edərkən məhkəmə bununla bağlı verilmiş vəsatəti təmin etmədiyini bildirərək audioyazının məhkəmə iclasında tədqiq edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində məhkəmənin 13 iyul 2022ci il tarixə saat 11:30-a təyin edilmiş növbəti məhkəmə iclasında «WhatsApp» yazışmalarının məhkəməyə təqdim etmə imkanın olması üçün əlavə müddət verilməsi məhkəmədən xahiş edilmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan başqa ilk iddiaçı ilk iddia ərizəsində cavabdeh barəsində «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi məlumatlar yazmaqla, bunnula da həmin məlumatları yaymaqla cavabdehin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələnmiş, lakin yaymış olduğu həmin həqiqətə uyğun olmayan məlumatların doğru olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İlk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehdən 77.000 manat pul tələb etməsinə baxmayaraq, məhkəməyə onunla cavabdeh arasında yazılı formada bağlanmış hər hansı müqavilə təqdim edə bilməmişdir. Başqa sözlə ilk iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə iddia ərizəsində göstərilən 180.000 manat məbləğində borc pul verildiyini təsdiq edən tərəflər arasında bağlanmış, imzalanmış hər hansı yazılı sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında borcun alınıb-verilməsini, daha dəqiq ilk iddia üzrə iddiaçının borc verdiyini, ilk iddia üzrə cavabdehin isə ondan borc aldığını təsdiq edən hər hansı mötəbər sübut olmadığı halda, birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq hesab etmişdir ki, ilk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi çıxış edir. Belə bir sübut olmadığı, habelə digər tərəfdən isə ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıdan aldığı pul vəsaitinin əslində ilk iddiaçının deyil, başqa şəxsin, yəni X2 ilk iddiaçıya faizə verdiyi pul vəsaiti olduğunu bildirməsinə baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz və əsasız olaraq hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının borcu tələb etmək hüququ, ilk iddia üzrə cavabdehin isə borcu qaytarmaq vəzifəsi yaranmışdır. Birinci instansiya məhkəməsi qətnamədə ilk iddia üzrə iddiaçının 180.000 manat məbləğində borc pul verdiyini sübut etməli olduğunu qeyd etsə də, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehə borc verdiyini, yəni özünə məxsus pul vəsaitini borc verdiyini sübut edən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etmədiyinə əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi mülki işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlara, həmin araşdırmalar üzrə toplanmış materiallara istinad edərək ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıdan 165000 manat pul vəsaitini aldığını, lakin həmin vəsaitin ilk iddia üzrə iddiaçıya deyil, başqa şəxslərə məxsus olduğunu göstərməsini qeyd etmiş, lakin bu zaman həmin qərarlarda və toplanmış materiallarda ilk iddia üzrə cavabdehin izahatının davamının «İddiaçı müxtəlif vaxtlarda 45000, 30000 və 90000 manat, ümumilikdə 165000 manat pul almışam və ona həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə 251000 manat qaytarmışam, beləliklə mən ona, verdiyi 165000 manat puldan əlavə 86000 manat pul vəsaiti qaytarmışam» kimi olduğuna, bundan əlavə isə izahatın davamının «X1 mən heç bir zaman birbaşa pul almamışam, onun məndən tələb etdiyi pul vəsaitlərini İddiaçı ondan alaraq mənə vermişdir. Belə ki, sonuncu Nadir Məmmədlidən 130000 və 144000 manat, ümumilikdə 248000 ABŞ dolları alaraq mənə vermişdir və mən də İddiaçı 136000 və 144000 manat, ümumilikdə 280000 manat pul vəsaiti qaytarmışam. Həmin vəsaiti mənə İddiaçı verdiyindən və mən əlavə olaraq 86000 manat vəsait ona qaytardığımdan, artıq verdiyim vəsait çıxılmalqa mənim hazırda həmin vəsaitdən 55600 manat verəcəyim qalmışdır. » kimi olmasına qətnamədə istinad etməmiş, hüquqi qiymət verməmişdir. Birinici instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin qeyd edilən izahatında qeyd olunmuş «İddiaçı … 165000 manat pul almışam» ifadəsini qətnaməsində göstərsə də, həmin izahatın içərisində yer almış «… və ona həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə 251000 manat qaytarmışam, beləliklə mən ona, verdiyi 165000 manat puldan əlavə 86000 manat pul vəsaiti qaytarmışam» ifadəsini qətnaməsində göstərməmişdir. Əgər birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıdan 165000 manat aldığını göstərməsini qeyd edirsə, onda obyektiv və ədalətli mövqe tələb edir ki, məhkəmə eyni izahatda göstərilmiş «… və ona həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə 251000 manat qaytarmışam, beləliklə mən ona, verdiyi 165000 manat puldan əlavə 86000 manat pul vəsaiti qaytarmışam» ifadəsinə də istinad etməli və yalnız bundan sonra qənaətini formalaşdırmalı idi. Mülki işdə olan X10 tərəfindən öz dəsti-xəttilə yazılmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh qayınatası X4 50000 (əlli min) manat məbləğində pulu X6 atası X7 vermiş, sonuncu da həmin pulu alaraq bu faktı imzası ilə də təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X10 mülki işdə olan Cavabdeh qayınatası X4 50000 (əlli min) manat məbləğində pulu ona xx.xx.2021-ci il tarixdə verdiyinə dair yazılmış qəbzin onun, yəni X3 tərəfindən yazıldığını, həmin qəbzdəki onun adının qarşısındakı imzanın ona məxsus olduğunu, həqiqətən həmin tarixdə Cavabdeh qayınatası X4 50000 (əlli min) manat məbləğində pulu ona verdiyini təsdiq etmiş, lakin onu da bildirmişdir ki, həmin məbləğ ona Cavabdeh ona olan 248000 ABŞ dollarının bir hissəsinin əvəzində verilmiş puldur və həmin məbləğ İddiaçı onun oğlu Nadir Məmmədlidən alıb Cavabdeh verdiyi pulun qaytarılması üçün verilmiş pul deyildir. Birinci instansiya məhkəməsi sözügedən 50.000 manatın alınıb-verilməsi ilə bağlı hala, bununla bağlı tərtib edilmiş qəbzə, məhkəmədə dindirilmiş şahidin ifadəsinə, ilk iddia üzrə cavabdehin məhkəmə iclasında və buna qədər hüquq mühafizə orqanlarında verdiyi izahatlarına, habelə həmin pulu verən ilk iddia üzrə cavabdehin mərhum qayınatası X9 RPİ-də verdiyi izahatına, 50.000 manatı nəyə görə X7 verdiyinə, hansı niyyətlə verdiyinə və bununla da hər şeyin açıq-aşkar olmasına baxmayaraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh İddiaçı faizə aldığı pulların əslində Nadir Məmmədliyə məxsus olduğunu və İddiaçı həmin pulları Nadir Məmmədlidən aşağı faizə götürüb ona (Cavabdeh) daha yuxarı (20 faizə) verdiyini sonradan bildiyi, Cavabdeh Nadir Məmmədlidən, nə də onun atası Qadir Məmmədovdan heç vaxt pul almadığı, İddiaçı özünün pulu olmadığı, Cavabdeh onların hər ikisinə, yəni İddiaçı Nadir Məmmədlidən aşağı faizə götürüb ona daha yuxarı faizə verdiyi pula görə, cəmisi 50.000 manat borcunun olduğu, buna görə də Cavabdeh qayınatası mərhum Mehman Məmmədovun həmin pulu ödəməyə köməklik edəcəyini Yasamal RPİ-də verdiyi izahatında deməsi, bundan sonra da həmin 50.000 manat pulu həqiqətən Nadir Məmmədlinin atası Qadir Məmmədova məhz Cavabdeh onların ikisinə, yəni İddiaçı və Nadir Məmmədliyə ümumilikdə olan borcundan qalmış 50.000 manatın əvəzində verdiyi mülki iş üzrə müəyyən edilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həmin hallara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız olaraq hesab etmişdir ki, mərhum X12 Məmmədova ödəmiş olduğu 50.000 manatın ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh «arasında bağlanmış müqaviləyə» aidiyyəti yoxdur. Əslində birinci instansiya məhkəməsi bu mövqeyi və qəbul etdiyi qətnaməsi ilə İddiaçı Nadir Məmmədlidən aşağı faizə götürüb Cavabdeh daha yuxarı faizlə verdiyi pul vəsaitinin tamamilə İddiaçı və Nadir Məmmədlinin atası Qadir Məmmədova qaytarılmasına baxmayaraq, eyni pul vəsaitinin gələcəkdə, lakin bu dəfə Nadir Məmmədli tərəfindən Cavabdeh yenidən, lakin bu dəfə başqa vəsaitmiş kimi tələb edilməsi üçün zəmin hazırlamışdır ki, bu da qanunsuz, əsassız və olduqca ədalətsiz bir yanaşmadır. Birinici instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə verilmiş pulun həqiqətən ilk iddia üzrə iddiaçıya, yoxsa X5 məxsus olub-olmadığını aydınlaşdırmamışdır. Halbuki bu faktın aydınlaşdırılması iş üzrə obyektiv, ədalətli, qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün olduqca vacibdir. Çünki əgər X15 Qasımovdan aldığı pul həqiqətən İddiaçı deyil, sonuncunun Nadir Məmmədlidən faizə götürüb daha yuxarı faizlə Cavabdeh verdiyi puldursa, onda birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə eyni pul vəsaitinin, hətta alınıb-verilmiş pulun buna qədər İddiaçı vasitəsilə qaytarılmış hissəsinin də yenidən, lakin bu dəfə Nadir Məmmədli tərəfindən Cavabdeh təkrar tələb edilməsi üçün qanunsuz və əsassız bir zəmin hazırlamış olur. Həmçinin həmin faktiki halın aydınlaşdırılmaması nəticəsindədir ki, birinci instansiya məhkəməsi yanlış olaraq hesab etmişdir ki, Cavabdeh qayınatası mərhum X13 Məmmədlinin atası X16 Məmmədovun Elçinə və Nadirə ümumilikdə olan borcundan qalmış 50.000 manatı ödəməsinin Cavabdeh İddiaçı aldığı pula aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının iddia ərizəsində cavabdehin hərəkətlərindən qeyd etməsi, bununla da Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət hüququndan istifadə etməsi cavabdehin şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİ hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hazırkı halda da ilk iddia üzrə iddiaçının məhkəməyə iddia ərizəsi verməsi halı, iddia ərizəsində məhkəməyə verdiyi şəxsin barəsində şərəf və ləyaqəti alçaldan yalan ifadələr yazması üçün əsas ola bilməz.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçıdan 180000 manat məbləğində pul almamış, cəmi 165000 manat pul götürmüşdür. İddiaçının da etiraf etdiyi kimi pulun 103000 manat hissəsini iddiaçıya qaytarmışdır. Bundan sonra qalan pulu da faizlə birgə artıqlaması ilə, yəni ümumilikdə 251000 manat iddiaçıya qaytarmışdır. Birinci instansiya məhkəməsi isə şin hallarını düzgün müəyyən etməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçıdan 165000 manat pul götürmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, əslində İddiaçı özünə məxsus olan pul vəsaiti olmamış, belə ki, İddiaçı həmin pulları Nadir Məmmədli adlı şəxsdən faizə götürüb, sonradan özünün də faizini üstünə əlavə edərək Cavabdeh vermişdir. Bununla belə Cavabdeh iddiaçıdan aldığı pulları qaytarmışdır. Bundan başqa Cavabdeh barəsində araşdırma aparılarkən götürülmüş puldan 50000 manatın Nadir Məmmədliyə qaytarılması barədə qəbz yazılmışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçıdan 180000 manat pul almış, lakin həmin puldan cəmi 103000 manat pul qaytarmışdır. Cavabdeh hüquq mühafizə orqanlarında vediyi izahatlarında da pulu almasını bildirmiş, lakin tam şəkildə pul qaytarması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə ilkin iddia rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmiş, qətnamə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə, ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissələrində yoxlanılır. İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddianın təmin ediməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
24. İlk olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilə olmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırda isə tərəflər arasında belə bir müqavilə olmamışdır.
25. Birinci instansiya məhkəməsi isə ilkin iddia tələbinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol verərək, hazırki mübahisəyə borc münasibətləri kimi qiymət verməklə borc münasibətlərini tənzimləyən maddi normalara istinad etmişdir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir.
28. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin iddia tələbi qismən təmin edilməlidir.
29. Belə ki, iddiaçı hazırki tələbində qeyd etmişdir ki, Cavabdeh 2020-ci ilin əvvələrindən başlayaraq ayrı-ayrı tarixlərdə 180.000 manat pul vermiş, cavabdeh həmin vəsaitin 103.000 manat hissə-hissə geri qaytarmış, qalan 77.000 manatı qaytarmaqdan imtina etmişdir.
30. Cavabdeh isə bildirir ki, iddiaçıdan cəmi 165000 manat pul almış və həmin məbləğdən faizlə birgə 251 000 manat artıqlaması ilə qaytarmışdır.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1ci maddəsinə istinad etməklə qeyd edir ki, hazırda iddiaçının eləcə də cavabdehin istinad etdiyi halları sübut etməsi hər bir tərəfin öz üzərinə düşür.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf 180000 manat pul vəsaitinin cavabdehə verilməsini qeyd etsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin qeyd olunanlara işin halları ilə öz təsdiqini tapmamışdır.
33. Bununla belə cavabdeh hüquq mühafizə orqanlarında onun barəsində aparılan araşdırmalar zamanı, eləcə də məhkəmə baxışında iddiaçıdan cəmi 165000 manat pul almasını qəbul etmişdir.
34. Belə olan halda məhkəmə kolelgiyası qeyd edir ki, nə qədər ki, iddiaçı tərəf cavabdehə 180000 manat vəsait verməsi barədə mötəbər sübut təqdim edə bilmir və cavabdeh cəmi 165000 manat vəsait almasını qəbul edir, bu zaman da müəyyən edilir ki, cavabdeh ümumlikdə 165000 manat pul vəsaiti götümüşdür.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, götürülmüş vəsaitdən hansı məbləğdə pulun qaytarılması işin faktiki hallarına uyğun araşdırılmalıdır. Bu zaman isə sübut etmə yükü məhz cavabdehin üzərinə düşür ki, cavabdeh hansı məbləğdə pulu geri qaytarmasını sübut etməlidir.
36. Hazırda işin mübahisə edilməyən halı ondan ibarət olmuşdur ki, cavabdeh 103000 manat pul vəsaitini iddiaçıya qaytarmışdır. Lakin cavabdeh götürülmüş pulu artıqlaması ilə qaytardığını bildirsə də, bununla mötəbər sübutları təqdim etməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan 165000 manat pul götürmüş, lakin həmin məbləği tam olaraq qaytarmamış, cəmi 103000 manat ödəniş etməklə iddiaçının hesabına əsassız olaraq varlanmışdır.
38. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh tərəfindən qaytarılmış 103000 manat vəsait nəzərə alınmaqla, həmin məbləğ götürülmüş məbləğdən, yəni 165000 manatdan (165000-103000=62000) çıxılmaqla, cavabdehdən tutulası pul vəsaitinin məbləği 62000 manat müəyyən edilməlidir.
40. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının “iddia müddətinin” tətbiq edilməsi barədə dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbinə münasibətdə iddia müddəti ötürülməmişdir.
41. Belə ki, hazırda tərəflər arasında yaranmış münasibət qeyd olunduğu kimi borc münasibətləri olmamışdır. Cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda əsassız varlanma ilə bağlı müddət əsas götürülməlidir.
42. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
43. Göründüyü kimi əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir.
44. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
45. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
46. Hazırda isə iddiaçı hüquqlarının pozulmasını 2020-ci ildə bilmiş və bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra da xx.xx.2021-ci il tarixdə hazırki iddia ilə məhkəmə müraciət etmişdir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
48. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasa da, qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir.
49. Belə ki, iddiaçı, cavabdehin onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması barədə iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
51. Məhkəmə kollegiyası hesab edir ki, qanun, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş məlumatların yayılmış olduğunu sübut etmək vəzifəsini bundan zərər görən şəxsin üzərinə qoyduğundan, iddiaçı isə cavabdehin müvafiq hərəkətə yol verdiyini sübut edə bilmədiyindən, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşdığı nəticəsinə gəlmək mümkün deyildir və birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki qarşılıqlı iddianın kontekstində ilkin iddia üzrə iddiaçının konkret halda cavabdehin hərəkətlərindən iddia tələbində qeyd edilməsi Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət hüququndan istifadə etməsi həmin məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməməlidir.
52. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbini əsaslandıraraq cavabdehin hərəkətlərinə qiymət verib «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi cümlələrinin işlətməsi onun (qarşılıqlı iddia üzrə iddiaçının) şərəf və ləyaqətinə zərər vurulması kimi qiymətləndirilə bilməz.
53. Gəldiyi bu qənaətə uyğun olaraq məhkəmə kollegiyası, iddiaçının mənəvi ziyan tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilkin iddia tələbinə münasibətdə qismən əsaslı olmuş, qalan hissədə isə əsassız olmaqla işin qeyd olunan halları ilə öz təsdiqini tapmamışdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
56. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin iddia tələbi qismən - Cavabdeh İddiaçı xeyrinə 62000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
60. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
61. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən “ilkin idda üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə 77000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 62000 (altımış iki min) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov