Məhkəmə qərarları › İş №2(103)-6844/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6844/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6844/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı2 Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı işi üzrə 19 avqust 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 nömrəli işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh maddi ziyanın əvəzi kimi 1710 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı işi üzrə 19 avqust 2022-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 nömrəli işi üzrə xx.xx.2021 -ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 357.1, 360, 363.2, 363.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, poçt xəbərnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3824/2021 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən (şəxsən Xankişiyeva Mailə) alınmışdır. Bununla da müəyyən olunur ki, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada, yəni 1 ay müddətində qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etməmişdir.Eyni zamanda qeyd edirəm ki, Cavabdeh Bakı şəhəri Xətai rayonu Babək prospekti 72 saylı evin 38 saylı mənzilində qeydiyyatdadır və məhkəmə aktları vaxtında həmin ünvana göndərilmişdir. Bununla da poçt şöbəsinin müvafiq poçt xəbərnaməsinin "şəxsən” hissəsinə imza edilməklə cavabdeh tərəfindən qətnamənin alındığı müəyyən olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürüldüyündən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edərək verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, sözü gedən qətnamənin surətini rəsmi qaydada xx.xx.2022-ci il tarixində əldə edə bilmişdir. Belə ki, o, Azərbaycan Respublikasından kənarda olduğu üçün qətnamə ona təqdim edilməmişdir. Buna görədə qətnaməni əldə etdikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində şikayəti vermişdir. Buna baxmayaraq məhkəmə tərəfindən 2(011)-3824/2021 saylıişi üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək apellyasiya şikayətinin müddətinin ötürülməsi qənaətinə gəlinərək apellyasiya şikayətini geri qaytarmışdır. Sözü gedən qərardadda məhkəmə tərəfindən ıiş yekun aktının xx.xx.2022-ci il tarixində qəbul edildiyi hətta şəxsən Xankişiyeva Mailə tərəfindən qəbul edildiyi bildirilmişdir. O isə ümumiyyətlə qətnamədə qeyd edilən şəxsi tanımır. Göründüyü kimi məhkəmə özü də etiraf etmişdir ki, məhkəmənin yekun aktı onun tərəfindən deyildə başqa şəxs tərəfindən qəbul edilib. Həmin qəbzdə onun razılıq iradəsini əks etdirən hər hansı bir imza filan öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual inin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin normaya diqqət Apellyasiya şikayətinin kənar şəxslər tərəfindən qəbul edilməsindən sonra 1 ay ərzində apellyasiya şikayətinin veriməsi nəzərdə tutulmamış, məhz tərəfin qəbul edilməsi ilə müddətin hesablanmağa başlanılmasını şərtləndirilmmişdir. Belə olduğu təqdirdə o qanunla müəyyən edilmiş apellyasiya şikayəti müddətini ötürməmişdir.Qərardadda onun Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvana olmasına istinad edilmişdir. Bəli, o, sözü gedən ünvanda qeydiyyatdadır, yalnız bu onun həmin zaman Azərbaycan Respublikasında olmağı, həmin zaman qeydiyyatda olduğu ünvanda yaşayaraq qətnamədən məlumatlı olmağına dəlalət etmir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı onun prosessual hüquqlarının pozulmasının davamı kimi çxıış edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı2 etiraz ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən apelyasiya şikayəti üçün prosessual müddət ötürülmüşdür və bunun üçün heç bir üzrlü səbəbi yoxdur. Cavabdeh ölkə xaricində olduğunu bəhanə etsə də Bakı şəhəri Xətai Rayon Məhkəməsində iclasda iştirak etmişdir və barəsində məhkəmənin qətnaməsinin olacağından məlumatlı idi. Cavabdeh niyyəti prosesləri uzatmaqla maddi ziyanı ödəməkdən yayınmaqdır. Bakı şəhər Xətai rayon məhkəməsində işə baxılarkən Bakı şəhər Nəsimi RPİ-nin qərarlarından əsassız olaraq 3 dəfə şikayət verməklə prosesi uzatmış və nəticəsə 2 ilə yaxındır ki, ona vurulan maddi ziyan ödənməmişdir. Cavabdeh qətnamədən məlumatlı olmasını və prosesi uzatmaq cəhdlərini nəzərə alınmasını, şikayətin təmin edilməməsini xahiş etmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və (xx.xx.2022-ci il tarixli xəbərnaməyə Xankişiyeva tərəfindən imza etməklə ilə qətnamənin alınmasına rəğmən) sübuta yetirilmir, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək və müraciət olmadan üzrlü hesab edilməsinə əsas verə bilməz. Eyni zamanda qətnamə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 360-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində) verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmiş və müddətin bərpasına dair müraciət mövcud olmamışdır. Ona görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin (umumiyyətlə müddətlə bağlı) müzakirələrin aparılması prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3824/2022 saylı işi üzrə 19 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar