Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6845/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli 2(010)- 40/2016 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 27 may 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52.630,32 ABŞ dolları əsas borc, 7.475,88 ABŞ dolları məbləğində faiz borcu, iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və ipoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 (otuz bir) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, yuxarıda qeyd olunan məbləğlərin ödənişi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsi ilə satış hesabına həyata keçirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinin ilkin satış qiyməti 145.000 manat məbləği müəyyən edilməsi və iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılmaları və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlətin nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2016-ci il tarixli 2(010)-40/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun məhkəmə prosesi barədə məlumatı olmamış, cavabdeh olaraq məhkəmə proseslərində iştirakı təmin edilməmiş, prosessual hüquqları pozularaq iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. İcra və Probasiya Şöbəsinin əmlakın boşaldılması barədə tələbindən sonra onun belə bir qətnamənin mövcudluğundan məlumatı olmuşdur. O, məhkəməyə qətnamənin rəsmi qaydada təqdim edilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində qətnaməni əldə etmişdir. Tərəflərindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Suraxanı Rayon Məhkəməsi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Lakin cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etdiyindən Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş 1 ay müddətində həmin qətnamədən şikayət vermək hüququnu itirməmiş və prosessual müddət ötürməmişdir. Beləliklə də, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 40/2016 saylı 31 avqust 2016-cı tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı ilə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2016-ci il tarixli 2(010)-40/2016 saylı qətnaməsindən 03 fevral 2017-ci tarixdə digər Cavabdeh1 tərəfindən apeliyasiya şikayəti verilmiş və mülki iş baxılmaqdan ötrü 10 fevral 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra apellyasiya şikayətinə baxılması ilə əlaqədar poçt vasitəsi ilə Cavabdeh2 ünvanına göndərilən məhkəmə bildirişi 08 may 2017-ci tarixdə (ikinci cild i.v. 7), iş üzrə qəbul olunmuş qətnamənin sürəti isə 07 iyul 2017-ci il tarixdə (ikinci cild i.v. 31) poçt göndərişinin verilməsi barədə xəbərnamə imzalanaraq, sonuncu tərəfindən rəsmi qaydada qəbul olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” 19 sentyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “ərizəçi birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi”. Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Başqa sözlə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi onu qeyd etmək istəyir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır. Tərəflər özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh2 xəbardar olduğu məhkəmə qətnaməsindən beş ildən artıq müddət keçdikdən sonra buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-6845/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6845/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver