Məhkəmə qərarları › İş №2(103)-6848/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6848/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6848/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Bavk VTB (Azərbaycan)” cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 69907,83 manat əsas borc, 8069,82 manat faiz borcu, 1216,80 manat cərimə borcu olmaqla, cəmi 79194,45 manat məbləğində borcun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev, iş 2(007)-4150/2017) iddia qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə 69907,83 manat əsas borc, 8069,82 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 77987,65 manatın və dövlət rüsumunun əvəsi kimi 30 manatın müştərək qaydada tutulması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 xx.xx.2018-ci ildə apellyasiya şikayəti verərək qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2018-ci il tarixli, 2 (103)- 2913/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə, yəni tam 7 il keçdikdən sonra digər cavabdeh (zamin) Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmiş və birinci instansiya məhkəməsi qanunla müəyyən olunmuş prosessual müddətin buraxılıb-buraxılmaması məsələsinə hər hansı qiymət vermədən apellyasiya şikayətini baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə cavabdehlərin işdə olan ünvanlarına. O cümlədən Cavabdeh3 ünvanına (ünvan 1 cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. xx.xx.2018-ci il tarixdə Nizami Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh Nizami Rayon Məhkəməsinə ünvanlandığı qətnamənin surətinin rəsmi qaydada təqdim olunması barədə ərizədə ünvanını “ünvan 3nformasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onun ünvanı ünvan 4van işdə olan ünvandır və dəyişməyib. Birinci instansiya məhkəməsi də poçt göndərişlərini məhz bu ünvana göndərmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülməsini, tam 7 il keçdikdən sonra apellyasiya şikayəti verildiyini nəzərə almadan və icra işini tələb edib cavabdehin qətnamədən məlumatlı olub-olmadığını və s. öyrənmədən apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi icra işini öyrənməklə apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi məsələsinə aydınlıq gətirməli və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hələ 2018-ci ildə apellyasiya qaydasında qismən yoxlanılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Uzun müddət keçəndən sonra işdə iştirak edən digər şəxs tərəfindən qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi və işə apellyasiya qaydasında yenidən baxılması yalnız həmin şəxsin həqiqətən də məhkəmə iclaslarından və məhkəmə qərarlarından xəbəri olmaması halında mümkün ola bilər. Bu qayda hüquqi müəyyənlik prinsipinin də tələblərinə uyğgundur. Həmin prinsipə görə məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu prinsip hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni, bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli, «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli və “X1 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarları). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar