Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-685/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Surxayzadə Camal oğlunun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili X2, Üçüncü şəxs Cavabdeh3 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2021 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2021 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 12460 (on iki min dörd yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmış, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Ü.Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2021 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Hazırkı qarşılıqlı iddia ərizəsində Cavabdeh2 tərəfindən iddiaçıya və hazırkı işdə tərəf olmayan digər şəxsə qarşı iddia irəli sürülmüşdür. MPM-in 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır Bu hal Azərbaycan Respublikası Konstituya Məhkəməsinin 2012-ci il tarixli qərarında da öz təsdiqini tapmaqla göstərilmişdir ki, qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür Bundan başqa, MPM-in 155.2-ci maddəsinə görə, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Hazırkı iş üzrə ilkin iddia ərizəsi 15.09.2020-ci il tarixdə verilmiş, qarşılıqlı iddia ərizəsi 01.07.2021-ci il tarixdə məhkəməyə verilmiş, həmin tarixdə də icraata qəbul edilmişdir (i/v 104-105). Kollegiya belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən onun icraata qəbul edilməsi yolverilməz olmuşdur. Beləliklə, qarşılıqlı iddia işdə iddiaçı olmayan digər şəxsə də qarşı irəli sürüldüyündən, həmçinin qanunvericiliklə müəyyən edilən müddətdə verilmədiyindən rayon məhkəməsi həmin ərizəni icraata qəbul etməkdə haqlı olmamış, bununla da məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2021 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, Cavabdeh2 yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı, cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2021 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilsin, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh2 yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-685/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-685/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver