Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6852/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə "xxxx" BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, BOKT-la Cavabdeh1 arasında bağlanmış 30.01.2015-ci il tarixli BAKU0-27-11725 saylı kredit müqaviləsinin (30.01.2015-ci il tarixli BAKU0-27-11725 saylı razılama və 17.04.2015-ci il tarixli saziş nəzərə alınmaqla) ləğv edilməsi, 23 507,68 ABŞ dolları əsas, 12 283,04 ABŞ dolları faiz və 100 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 35 890,72 AB dollarının (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və 60 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT-a ödənilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 45 000 manat müəyyənləşdirilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh1 qaytarılması, əmlakın satıından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT-a ödənilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmudur. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakları olmadan baxılmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, kredit borcunun məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, ipoteka predmetinin real dəyərindən ucuz qiymətləndirildiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı təkilatın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin “23 507,68 ABŞ dolları əsas, 12 283,04 ABŞ dolları faiz və 100 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 35 890,72 ABŞ dollarının (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və 60 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT-a ödənilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 45 000 manat müəyyənləşdirilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı təkilat şikayət verməmiş, Cavabdeh1 isə qətnaməni yalnız qeyd olunan hissələrdə mübahisələndirmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 qətnamənin tam ləğvini xahiş etsə də, onun şikayətinin məzmunu qətnamənin digər hissələrdə yoxlanılmasına imkan vermir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunan hallarına görə, BOKT-la Cavabdeh1 arasında 30.01.2015-ci il tarixdə bağlanmış BAKU0-27-11725 saylı kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 75 000 AB dolları kredit verilməsi razılaşdırılmış, həmin müqavilə çərçivəsində bağlanmış 30.01.2015-ci il tarixli razılaşma ilə Cavabdeh1 48 ay müddətinə illik 24%-lə 25 000 ABŞ dolları kredit verilmiş, 17.04.2015-ci il tarixdə həmin razılaşmaya dəyişiklik edilərək kreditin ödənilməmiş qalan 24 749,67 ABŞ dolları hissəsinin qaytarılması müddəti illik 24%-lə 25 ay uzadılmış, kreditin son qaytarılması müddətinin 29.03.2021-ci il olduğu razılaşdırılmış, kredit öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı təşkilat cavabdehlərə 11 sentyabr 2018-ci il tarixinə qədər 23 507,68 ABŞ dolları əsas, 12 283,04 ABŞ dolları faiz və 2029 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 37 819,72 AB dolları borc hesablamış, birinci instansiya məhkəməsi də dəbbə pulunun məbləğini azaltmaqla müvafiq nəticəyə gəlmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini iddiaçı təşkilata ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun kredit borcunun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə iddiaçı təşkilatın tələb etdiyi məbləğlərin düzgün hesablandığı müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 100 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir: Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilməsini həyata keçirmiş, "xxxx" MMC tərəfindən verilmiş 23.10.2017-ci il tarixli qiymətləndirmə rəyində əmlakın bazar qiymətinin 45 500 manat təşkil etdiyi göstərilmiş, məhkəmə isə iddiaçının təklif etdiyi qiyməti əsas götürməklə müvafiq nəticəyə gəlmişdir; iş materiallarından həmçinin aydın olur ki, həmin əmlak 30.01.2015-ci il tarixdə ipotekaya qoyularkən 56 000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən faktiki olaraq iddiaçı bankın təklifi əsasında müəyyənləşdirilən qiyməti mübahisələndirildiyindən apellyasiya baxışı zamanı iki dəfə qiymətləndirmə təyin olunmuş, "xxxx" MMC-nin verdiyi rəydə ipoteka predmetinin likvid qiymətinin 110 000 (yüz on min) manat, "xxxx" MMC-nin verdiyi rəydə isə 72 000 (yetmiş iki min) manat olduğu göstərilmişdir. Beləliklə, ipoteka predmetinin qiyməti ilə bağlı bir-birindən fərqlənən 4 qiymətləndirici rəyi mövcuddur; belə olan halda isə kollegiyanın qənaətinə görə, bu rəylər işdəki digər sübutlarla birgə dəyərləndirilərək və mütənasib şəkildə uzlaşdırılaraq əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Bu kontekstdə kollegiya, apellyasiya baxışı zamanı təyin olunmuş ikinci qiymətləndiricinin ("xxxx" MMC-nin) müəyyən etdiyi qiyməti əmlakın real qiymətinə (likvid qiymətinə) daha uyğun hesab edir. Həmin rəyin real qiyməti əks etdirmədiyi barədə apellyatorun nümayəndəsinin irəli sürdüyü mülahizələrlə bağlı isə kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında, xüsusilə tərəflərin özlərinin çox uzaq olmayan keçmişdə müəyyənləşdirdikləri qiymətlə mütənasibliyini nəzərə almaqla həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, lakin məhkəməyə gəlmədiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması, yaxud bildirişləri almaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza (qiymətləndirmə) xərcləri isə tərəflərdən alınaraq müvafiq hesablara köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2018 saylı iş üzrə 21 sentyabr 2018-ci il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 45 000 manat müəyyənləşdirilməsi” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 60,7 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 72 000 (yetmiş iki min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı ondan, 100 (yüz) manatı "xxxx" BOKT MMC-dən alınaraq "xxxx" MMCnin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, "xxxx" ASC-nin Nəsimi filialı), "xxxx" MMCtərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manatı ondan, 100 (yüz) manatı "xxxx" BOKT MMCdən alınaraq "xxxx" MMC-nin hesabına, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6852/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6852/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver