Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6854/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5 oğly, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8718/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə və cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 24 noyabr 2014-cü il tarixli 29-MK/2727 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 15402 ABŞ dolları əsas borcu, 3864 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19766 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçınin iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cəmi 19766 ABŞ dolları məbləğində (ondan əsas borc olaraq 15402 ABŞ dolları məbləğində, faiz borcu olaraq 3864 ABŞ dolları məbləğində, 500 ABŞ dolları cərimə borcunun) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənəsi ilə müştərək qaydada alınması və İddiaçı-yə verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı-nə verilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ondan pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı-dən kredit alan hər hansı şəxsə zamin durmamış, onunla İddiaçı arasında zaminlik müqaviləsi bağlanmamış və o, heç bir müqaviləni imzalamamışdır. Bundan başqa, sözügedən məhkəmə iclasının keçirilməsindən də məlumatsız olmuşdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Beləliklə məhkəmə iclasında iştirak etmək və zaminlik müqaviləsindəki imzanın ona məxsus olduğunu təkzib edən ifadalar vermək hüququmdan mahrum edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi işin nəticəsinə formal mülahizələrlə yanaşmış, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, nəticədə prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 və onun nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasın xahiş etmiş, digər cavabdehlər Cavabdeh1 və X1 da şikayəti əsaslı hesab etdiyini bildirmişlər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış, kollegiya onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh4 aid hissədə təmin edilməsi ilə bağlı, yəni Cavabdeh4 iddiaçının xeyrinə pul tutulması hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh4 şikayətindən qətnamənin ondan pul tutulması hissəsində ləğvini xahiş etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, digər cavabdehlər tərəfindən hazırda qətnamə mübahisələndirilmir və bu səbəblə iddia tələbinin digər cavabdehlərə münasibətdə təmin olunan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya, həmçinin, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2014-cü il tarixli, 29-MK/2727 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 28% dərəcəsi ilə 19000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 24.11.2014-cü il tarixli, 29-MK/2727 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi və ya lazımınca ica etmədiyi halda, həmin öhdəliyin tam icra edilməsini üzərinə götürmüşdür. Cavabdeh4 apellyasiya şikayətində və məhkəmə baxışında zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirmiş və məhkəmədən xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən zaminlik müqaviləsindəki imzanın Cavabdeh4 məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatı təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli 4/1135 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş müki işin 26-cı vərəqində İddiaçı Qara Qarayev filialının direktoru X4 və Cavabdeh4 adlarından olan 24.11.2014-cü il tarixli 29-MK/2727 saylı Zaminlik müqaviləsinin üz tərəfinin aşağı hissəsindəki “Zamin” qrafasındakı imza və arxa tərəfində "7. Tərəflərin rekvizitləri və imzaları" bəndində “Zamin” hissəsində “İmza” qrafasındakı imza - Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış Zaminlik müqaviləsi sonuncu tərəfindən imzalanmadığından qeyd edilən müqavilə etibarsızdır və həmin müqavilə Cavabdeh4 münasibətdə hər hansı bir öhdəlik yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8718/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh4 iddiaçının xeyrinə pul tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ödəmiş şəxsin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci qismində 138 (yüz otuz səkkiz) manat LPO İddiaçı-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6854/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6854/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver