Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6860/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCtərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və qeyrisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş 42375 manat maddi zərərin, 2000 manat əlavə zərərin və ona vurulmuş 10000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də iddiaçı iddianın təmini tədbiri kimi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin mülkiyyətində olan, adları və qeydiyyat nişanları Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışda göstərilən, ümumilikdə 331 ədəd nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin və istismarının cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, həmin nəqliyyat vasitələrinin DİN-in müvəqqəti dayanacağına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2453/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, “X4 FE711” markalı, AZ **-JD-*** qeydiyyat nişanlı, “X4 FE711” markalı, AZ **-JD-*** qeydiyyat nişanlı, “X4 FE71” markalı, AZ **-JD-*** qeydiyyat nişanlı, “İsuzu NPR66L” yük markalı, AZ **-JK-*** qeydiyyat nişanlı və “Mitsubishi” yük markalı, AZ **-JE-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, həmin avtomobillərin istismarının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və Cavabdeh2, habelə digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə rədd edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCtərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2 hadisə zamanı hüquqi şəxs cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisi olmayıb. Bundan başqa “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2018-ci il tarixli AVT/YVQ002 saylı icarə müqaviləsinə əsasən mülkiyyətində olan avtomobilləri “xxxxxxxxxxxxx” MMC-yə icarəyə vermişdir. Təbii ki, icarəyə götürən nəqliyyat vasitələrini idarə edərkən, törədilmiş hər bir qanun pozuntusuna görə bir başa özü öz əmlakı ilə cavabdehdir. Bu səbəbdən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus əmlaklara qoyulan həbs qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqədar yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilib, qərardad ləğv edilməklə, iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələb etdiyi maddi zərərin məbləği 42375 manat, əlavə zərərin məbləği 2000 manat, mənəvi zərərin məbləği isə 10000 manatdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmini tədbirinin tətbiq edilməli olmasının zəruri olması barədə düzgün nəticəyə gəlsə də, cavabdehə məxsus 5 ədəd avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla, həmin avtomobillərin istismarının qadağan edilməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Kollegiya qeyd edilən prosessual normaların tələblərindən çıxış edərək qeyd edir ki, təmin etmə tədbirləri iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasib olmalıdır. Mütənasibliyin nədə ifadə olunması qanunvericilikdə öz əksini tapmasa da, yuxarıda qeyd edilən prosessual normaların mənasından aydın olur ki, mütənasibliyin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC hüquqi şəxs olmaqla, istehsal sahəsi ilə məşğuldur. İddiaçı iddianın təmini tədbiri barədə ərizədə göstərdiyi cavabdehə məxsus bütün avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulub, istismarının qadağan edilməsi müəssisənin fəaliyyətinə mənfi təsir göstərə bilər və həmin tələb iddia tələbinə mütənasib hesab edilər bilməz. Kollegiya hesab edir ki, iddianın məbləğinə münasibətdə birinci instansiya məhkəməsi cavabdehin mülkiyyətində olan beş avtonəqliyyat vasitəsi üzərinə həbslər qoymaqla, istismarının qadağan edilməsi barədə nəticəsi iddia tələbinə mütənasib olmamışdır. Kollegiya iddia tələbini, işin hallarını nəzərə alaraq hesab edir ki, iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməklə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan 2 ədəd - “İsuzu NPR66L” yük markalı, AZ **-JK-*** qeydiyyat nişanlı və “Mitsubishi” yük markalı, AZ **-JE-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoymaqla, cavabdehlərə və üçüncü şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsi iddia tələbinə mütənasib hesab oluna bilər. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin məlumatında həmin avtomobillərin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olması təsdiq edilir. Həmin avtomobillərin başqa-başqa şəxslərə icarəyə verilməsi, Cavabdeh2 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisi olmaması barədə şikayətin dəlilləri ərizənin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ərizəsi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan “İsuzu NPR66L” yük markalı, AZ **-JK-*** qeydiyyat nişanlı və “Mitsubishi” yük markalı, AZ **-JE- *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmaqla, həmin avtomobillərin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6860/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6860/2020
03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver