Məhkəmə qərarları › İş №2(103)-6860/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6860/2025

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6860/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-6860/2026 (Açar sözlər: maddi ziyan ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qızıl əşyaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ona məxsus əmlakları oğurlayıb satması nəticəsində vurduğu maddi zərərin əvəzi olaraq 35.000 manat pulun və dövlət rüsumu əvəzi olaraq 165 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ona ümumilikdə 20870 manat maddi ziyan vurmuşdur. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılıb. Cavabdeh Cavabdeh əmlakları oğurlayıb satması nəticəsində ona vurduğu maddi zərərin əvəzi cavabdehdən alınıb qaytarılmalıdır. Həmin əmlakların alındığı dövrdə ümumi dəyərləri 20870 manat olaraq qiymətləndirilmişdir. Həmin əşyalar qızıl zinət əşyaları olmaqla yanaşı, içərisində bəzi əşyalar əntik əşyalar olmaqla qiymətsiz əşyalar olub, o halda iddiaçıya vurulan maddi zərərin dəyər qiyməti də böyük olmuş olur. İddiaçının hesablamasına görə vurulan maddi zərərin ümumi dəyəri ən azı 35000 (otuz beş min) manat civarındadır. Belə ki, ötən müddətdə qızıl əşyaların dəyərində böyük artımlar olub. Bundan başqa cavabdeh vurduğu maddi zərərləri bu günə kimi ödəməməklə də ona zərərlər vurmuş olub. İbtidai və məhkəmə istintaqı zamanı müəyyən olunmuş, oğurlanmış həmin əşyalar: bir cüt 1260 manat dəyərində 14 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış halqa formasında sırğa, bir ədəd 1080 manat dəyərində 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış üzərində müxtəlif fiqurlar olan qolbağı, 3000 manat dəyərində 70 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, brilliant qaşları ilə bəzədilmiş, ortalarında brilliant qaşları olan qalın halqa formasında sırğa, üzük, boyunbağı ilə kulondan ibarət bir ədəd dəst, bir ədəd 2160 manat dəyərində 24 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış “sümbül” tipli qolbaq, bir ədəd 540 manat dəyərində 6 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış yastı nazik boyunbağı, bir ədədinin dəyəri 540 manat, ümumi dəyəri 1080 manat olan, 12 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış hərəsi bir-birinə bağlanmış iki müxtəlif ölçülü ürəkciklərdən ibarət iki ədəd kulon və bir ədəd 4900 manat dəyərində 70 qram çəkidə, 585 əyarlı sarı qızıldan hazırlanmış “moruq” adlanan qalın boyunbağı, bir ədəd 630 manat dəyərində 7 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış “İmam Əlinin qılıncı” formasında olan kulon, bir ədəd 720 manat dəyərində 8 qram çəkidə, 750 əyarlı sarı qızıldan hazırlanmış, oval şəkildə, içərisində fars əlifbası ilə “Allah” sözü yazısı olan kulon, bir ədəd 3000 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 7-8 brilliant qaşla bəzədilmiş 5 qram çəkidə paxlava şəklində olan üzük, bir ədəd 350 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 5 qram çəkidə şəbəkə şəklində üzük, bir ədəd 1500 manat dəyərində, 585 əyarlı sarı qızıldan olan, 15 qram çəkidə romb şəklində çərçivəyə alınmış, ortasında Amerikanın prezidentlərindən biri olmuş Linkolnun təsviri olan qədim yumru pul olan sinəyə taxılma mexanizmi ilə olan broş, bir ədəd 500 manat dəyərində, sadə metaldan olan “Foreks” brendinə məxsus qadın qol saatı olmuşdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın təmin edilməsi, Cavabdeh Cavabdeh delikt nəticəsində vurulmuş zərərə görə 35000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 180.2, 217.4, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, təmin edilmiş 35000 manat iddia tələbinin 15460 manatdan artıq hissəsində - yəni 19540 manat və mütəxəssis xidməti haqqına görə 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, işin mübahisəsiz hallarına görə cavabdeh Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən hazırki iş üzrə iddiaçı həmin hökmün dəymiş zərər hissəsindən deyil, yalnız cavabdehin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yuxarımüddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair hissəsindən apellyasiya şikayəti vermişdir. BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- ***/**** saylı, ##.##.2021-ci il tarixli Qərarı ilə zərərçəkmiş şəxsin (hazırki mülki iş üzrə iddiaçının) apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli hökmünə əsasən cavabdehin əməli ona görə CM-nin 177.2.2 və 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilmiş və məhkəmə tərəfindən ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəza verilmişdir ki, həmin məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən iddiaçıİddiaçı məxsus istifadədə olmuş 12 adda qızıl-zinyət əşyasının dəyəri 15460 manat – yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi MPM-in 82.4-cü maddəsinin tələblərini pozaraq, məhkəmənin qərardadı ilə 12 adda qızıl-zinyət əşyalarının dəyərinin yenidən qiymətləndirilməsi üçün mütəxəssis rəyi almış, məhkəmənin qətnaməsi ilə qanunsuz olaraq, mütəxəssis rəyinin haqqını – yəni 500 manat məbləğində pulu cavabdehdən tutmuşdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardada əsasən təqdim edilmiş mütəxəssis rəyi vermiş şəxsinO.Ə.Cəfərbəylinin Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmadığını yoxlamamışdır. Halbu ki, AzərbaycanQiymətləndiricilər Palatasının rəsmi internet səhifəsi olan aqp.gov.az internet saytında Palataya üzv olan şəxslərin adları qeyd olunmuşdur. Həmin siyahıda O.Ə.Cəfərbəylinin adı qeyd olunanmışdır. Bununla bağlıPalataya rəsmi sorğu verilmiş, sorğuya cavab hələ təqdim edilməmiş, daxil olan kimi məhkəməyə təqdim ediləcəkdir. Həmin prosessual hüquq normasının mənasından da göründüyü kimi, cavabdehin əməli nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçıya 15460 manat dəyərində ziyan dəymişdir. İddiaçı cavabdehdən ancaq həmin məbləği tələb etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə qanunsuz və əsassız olaraq, prosessual hüquq normalarının tələblərini pozaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızıl-zinət əşyaları onda yoxdur, onların dəyəri isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə 15460 manat təşkil edir. Nəticədə dəymiş zərər həmin məbləğdə müəyyənləşdirilməlidir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

15. Maddə 1115.1. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə qızılların dəyəri və dəymiş ziyanın məbləği ilə bağlı hissədə mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 02 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxs Cavabdeh rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu zərərçəkmiş şəxs İddiaçı izah edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qərara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli hökmü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, zərərçəkmiş İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

28. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

31. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə bu təqsiri öz təsdiqini tapmış. Həmin hökmlə iddiaçıya dəymiş zərərini mülki qaydada tələb edə bilməsi hüququ izah olunmuş və iddiaçı da hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

32. Cavabdeh özü də bu halları təkzib etməmiş, apellyasiya şikayətinin dəlillərində özü də cinayət hadisəsi nəticəsində iddiaçıya müəyyən miqdarda zərər dəyməsini qeyd etmiş, sadəcə həmin zərərin məbləği ilə razılaşmadığını bildirmişdir.

33. Həmçinin iş üzrə preyudisial aktda zərərin təsbit olunması iddiaçının sübutetmə yükündən azad etmişdir.

34. Göründüyü kimi cavabdeh tərəfindən cinayət hadisəsi törədilərək iddiaçıya məxsus qızıl-zinət əşyalarının qanunsuz olaraq ələ keçirilməsi nəticəsində sonuncuya maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Yalnız iş üzrə vurulmuş maddi ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilir.

35. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Birinci instansiya məhkəməsində aparılan tədqiqat nəticəsində “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ***/E saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci i tarixli qərardadı ilə qiymətləndirilməsi xahiş olunan qızıl-zinət əşyalarının hazırki tarixə bazar dəyəri 37200 manat müəyyən edilmişdir.

38. Müvafiq mütəxəssis rəyinə əsasən, - 14 qram çəkidə, 750 əyarlı sırğa-2100 manat - 12 qram çəkidə, 750 əyarlı qolbaq-1800 manat - 70 qram çəkidə, 750 əyarlı brilliant qaşlı dəst (halqa formasında sırğa, üzük, boyunbağı, kulon)-10500 manat - 24 qram çəkidə, 750 əyarlı “sümbül” tipli qolbaq-3600 manat - 6 qram çəkidə, 750 əyarlı boyunbağı-900 manat -12 qram çəkidə, 750 əyarlı 2 ədəd kulon (hərəsi bir-birinə bağlanmış iki müxtəlif ölçülü ürəkciklər formalı)-1800 manat - 70 qram çəkidə, 585 əyarlı “moruq” adlanan boyunbağı-10500 manat - 7 qram çəkidə, 750 əyarlı “İmam Əlinin qılıncı” formasında kulon-1050 manat - 8 qram çəkidə, 750 əyarlı fars əlifbası ilə “Allah” sözü yazısı olan kulon-1200 manat - 5 qram çəkidə, 585 əyarlı brilliant qaşlı paxlava şəklində üzük-750 manat - 5 qram çəkidə, 585 əyarlı şəbəkə şəklində üzük-750 manat -15 qram çəkidə, 585 əyarlı romb şəklində çərçivəli Linkolnun təsviri olan qədim yumru pul olan sinəyə taxılma mexanizmi ilə olan broş-2250 manat məbləğində müəyyən edilmişdir.

39. Kollegiya işin hallarına düzgün hüquqi qiymət verilməsi üçün özü də iş üzrə qiymətləndirmə təyin etmiş və qiymətləndirmə ekspertizasının həyata keçirilməsi “xxxx” MMCyə həvalə edilmişdir.

40. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli, **** saylı rəyinə əsasən, 12 adda qızılzinət əşyasının müvafiq olaraq satış dəyəri – 52290 manat, alış qiyməti – 42729 manat təşkil edir.

41. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış tədqiqatla mübahisə predmeti olan qızıllarının dəyərinin iddiaçının tələb etdiyindən də daha artıq olması öz təsbitini tapmışdır. Yuxarıda qeyd olunduğu kimi hətta iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə kollegiya tərəfindən keçirilmiş ekspertiza nəticəsində də 12 adda qızıl-zinət əşyasının iddiaçının da müəyyən etdiyi qiymətdən daha artıq dəyərdə olduğu - müvafiq olaraq satış dəyərinin 52290 manat, alış qiymətinin 42729 manat müəyyən edilmiş, cavabdeh tərəfindən isə nə birinci instansiya məhkəməsində, nə də hazırki apellyasiya baxışında həmin məbləğin həqiqiliyini istisna edən hər hansı digər sübut məhkəməyə təqdim olunmamışdır.

42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM 218.3-cü maddə).

43. Bu baxımdan qeyd olunmalıdır ki, hazırda iddiaçı tərəfindən tələb onun maddi zərərin həcmi ümumilikdə 35000 manat təşkil etdiyindən, tələbə müvafiq həcmdə hüquqi qiymət verilməsi zərurət təşkil edir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Həmçinin iş üzrə keçirilmiş qiymətləndirmənin tədqiqat dəyəri olan 600 (altı yüz) manat pul cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (Benefisiarın adı «xxxx» MMC, Benefisiarın VÖEN-i 1505391571, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank “xxxx” ASC, SWIFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖENi-1700767721, müxbir hesab AZ82NABZ01350100000000071944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar