Məhkəmə qərarları › İş №2(103)-6862/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6862/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6862/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1507/20 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(008)-1507/20) iddia qismən təmin edilərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 142,20 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 152,20 (bir yüz əlli iki manat, iyirmi qəpik) manat pul vəsaitinin tutulub İddiaçı hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AK2/30627 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1333,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 329,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, cəmi 2373,60 manat İddiaçınə ziyan dəymişdir (aktlar işə əlavə edilir).İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2373,60 (iki min üç yüz yetmiş üç manat, altmış qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). Bundan əlavə olaraq cavabdehin əvvəldən 226,18 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2599,78 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2199,78 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2229,78 manat pulun məcburi qaydada tutularaq "İddiaçı" İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehdən 2599,78 manat məbləğin tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AK2/30627 saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 2599,76 (manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesblanmış 2018-2019-cu illər üçün hesablanmış 2373,60 manat, 2010-cu ildə ilin əvvəlinə olan və karta keçirilmiş borc 226,18) manat borcu yaranmışdır. İş materiallarında olan təbii X1nın pozulması haqqında aktların surətlərindən görünür ki, cavabdehə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə itirilmiş təbii qazın bərpası məqsədi ilə ümumilikdə 2373,60 manat dəymiş zərərə görə borc hesablanmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 142,20 manatın ödənilməsi hissəsini qəbul edir. Tələbin digər aktlarda hesablanmış borc məbləğlərini qəbul etmir. Belə ki, İddiaçı tərəfindən tərtib edilmiş digər aktların hansı qaydada tərtib olunması ona məlum deyil. Həmin aktlar ona təqdim olunmamış və o, həmin aktlara imza etməşdir. Ona görə də iddia tələbinin xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 142,20 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı “İddiaçı" İB apelyasiya şikayəti verərək Xəzər Rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər, aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını cuzi hissədə qismən təmin etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, qətnamə iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız iddianın rədd olunan hissəsindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndləri ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan 2231,4 manat (2373,60-142,20) məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Eyni zamanda iddiaçının tələbində qeyd etdiyi 226,18 manat borca aid hissəyə münasibətdə məhkəmə hesab hesab etmişdir ki, həmin hissədə də, iddia əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apelyatorun mövqeyinə görə, Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər, aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını cuzi hissədə qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, sonuncu dəfə akt xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir, həmin akt əsasında 142.20 manat borc hesablanmış, akt həmçinin cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh məhkəmə iclasında məhz həmin aktdan xəbərdar olduğunu bildirmişdir. Daha sonra akt tərtib edilməmişdir. xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müxtəlif aktların surətləri təqdim edilsə də, cavabdeh onlardan xəbərsiz olduğunu bildirmişdir. Həmçinin, aktlarda da cavabdehin imzadan imtina etdiyi göstərilmişdir. Yuxarıda göstərilən “Qaydalar”dan göründüyü kimi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. xx.xx.2018-cu il tarixdə qeyri-qanuni qoşulma aşkar olunduğu halda, həmçinin tələbnamə ilə sayğacdankənar qaz xəttinin ləğv edilməsi tələb edildiyi halda, bir il ərzində qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırmaması, bunun əvəzində isə bir neçə dəfə akt tərtib edilərək təkrar borc hesablanması anlaşılan deyildir, bu şişirdilmiş borcun düzgün hesablanmaması qənaətinə gəlmək üçün əsasdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, qazpaylayıcı ilə cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə xx xxxx 2018-ci il tarixdə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ilk aktın tarixi isə xx.xx.2018-ci il göstərilmişdir və həmin akt əsasında 1333 manat borcun olması göstərilmişdir ki, bu da işin halları ilə uzlaşmır. Göründüyü kimi, yaranmış digər borc məbləğinin əsaslılığı barədə mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar