Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6884/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(003)-2338/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25853 (iyirmi beş min səkkiz yüz əlli üç) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd ediılməsi, qarşılıqlı iddia üzrə iddianın təmin edilərək, cavabdehdən zəhmət haqqı kimi ödəməli olduğu 2600 (iki min altı yüz) manatın və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X11 və X12 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 olan 400 manat borcun, X5 olan 400 manat borcun, X6 olan 2000 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(003)-2338/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiasının, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X1, X2 və X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, guya tərəflər öz tələblərini sübuta yetirməmişdir. Məhkəmənin bu mövqeyi yanlışdır. Ona görə ki, məhkəmə aparmamış araşdırma üzrə düzgün nəticəyə gəlməmiş, işdə olan sübutlara qiymət verməmişdir. Bunlardan biri də şahid ifadələridir. İş materillarında ilk iddia üzrə cavadeh Cavabdeh bildirir kı, guya o, sadəcə cücələrə baxır, Həsəni isə guya Səxavət və Fərhad özünə ortaq etmişdir. Qeyd edir ki, bu hal tamamilə yanlışdır. Bu hal şahid ifadəsi ilə İddiaçı heç bir zaman Səxavət və Fərhadla ortaq olmamış və də adıçəkilən şəxslər Həsəni özünə ortaq etməmişdir. Bu hal şahid ifadəsilə də təsdiq olunur. Belə ki,şahid kimi dindirilmiş X7 da bildirir ki, o, heç vaxt ilk iddiaçı ilə şərik (ortaq) olmamışdır. Digər şahid X8 ilə şahid olaraq bildirmişdir ki, tərəflər şərik olmuş, aralarında pul mübahisəsi yaranmşıdır. Məhkəmənin nəzərə almadığı digər bir hal minlərlə cücənin saxlanılması halıdır. Belə ki, əgər doğrudan da cavadeh Cavabdeh doğrudan da şərik yox cücələrə baxan idisə nə üçün minlərlə cücə onun həyətində saxlanırdı? Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər cücə yetişdirmək barədə razılığa gəlmişlər. İş materilları ilə o da sübut olunur ki, tərəflər əldə ediləcək gəlirə şərikdirlər. Bunu sübut edən hallardan biri də alınmış cücələrə dair tərəflərin birgə apardığı hesabatlardır. Əgər Cavabdeh işi özünün dediyi kimi təkcə maaş qarşılığında cücəyə baxmaq idisə onda nə üçün o hesabatlarda iştirak edirdi? Əgər doğrudan da ortaq deyildirsə nə üçün tərəflər bütün xərci xırdalığına kimi qeyd edib hesabat aparırdılar? Məhkəmə yuxarıda qeyd edildiyi kimi bir sıra vacib halları nəzərə almamış və yanlış nəticəyə gəlmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh 2014-cü il tarixdə cücə yetişdirmək barədə razılığa gəlmişlər. Bundan sonra, İddiaçı vəsaiti hesabına müəyyən saylarda cücə alınmış, eyni zamanda onların yetişdirilməsi üçün sonuncu tərəfindən vəsait xərclənmişdir. Bu halı tərəflər məhkəmə baxışı zamanı mübahisələndirməmişlər. Yetişdirilmiş cücələr satılan zaman tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı cücələrin Cavabdeh tərəfindən satılmasını və əldə edilmiş vəsaitin ona verilməməsini bildirmiş, Cavabdeh isə bunu etiraf etməyərək İddiaçı işçisi kimi cücələrin yetişdirilməsi ilə məşğul olduğunu, bunun müqabilində isə İddiaçı ona 2600 manat əmək haqqı borclu olmasını, yetişdirilmiş cücələrin İddiaçı tərəfindən satılmasını və pulu sonuncunun almasını bildirmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X11 və X12 isə İddiaçı tərəfindən cücələrin yetişdirilməsi üçün fəhlə kimi işlədildiklərini, lakin, əmək haqlarının verilməməsini bildirərək bunu tələb etmişlər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı Cavabdeh ilə ortaq olması, yetişdirilmiş cücələrin Cavabdeh tərəfindən satılaraq pulunun İddiaçı verilməməsi, Cavabdeh İddiaçı 25853 (iyirmi beş min səkkiz yüz əlli üç) manat maddi zərər vurması, eyni zamanda Cavabdeh İddiaçı əmək haqqı kimi ona 2600 manat borclu olması, X1, X2 və X3 isə İddiaçı tərəfindən cücələrin yetişdirilməsi üçün fəhlə kimi işlədilmələri və tələb etdikləri məbləğdə əmək haqqlarının verilməməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, tərəflər məhkəməyə iddia tələblərini təsdiqləyən heç bir sübut təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İlk iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini qeyd etsə də şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə ilk iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissələrdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə bu hissədə düzgün nəticəyə gəlmişdir. Əvvəla, iddiaçı cavabdehdən maddi zərərə 25853 (iyirmi beş min səkkiz yüz əlli üç) manat, mənəvi zərərə görə isə 5000 (beş min) manat tələb edir. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə ilk iddia üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin dəlilləri də iddianın əsaslı olduğunu təkzib edir. Göstərdiyi bu halları ilk iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin ilk iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bundan başqa, işdən o da məlum olur ki, tərəflər aralarında yaranmış mülki münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etməmiş, o cümlədən bu münasibətlər hansısa yazılı sənədlərdə də təsbit olunmamışdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin ilkin iddianı rədd etməkdən başqa çıxış yolu qalmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(003)-2338/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6884/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6884/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver