Məhkəmə qərarları › İş №2(103)-6885/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6885/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6885/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Expressbank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19.06.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 450880,91 manat, əsas borca hesablanmış faiz borcuna görə 108684,59 manat olmaqla cəmi 559565,50 manat, 19.06.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, əsas borca hesablanmış faiz borcuna görə 179581,40 manat olmaqla cəmi 679581,40 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsinə, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 Əlipənah oğluna məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat olmaqla hərracda satılmasına və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 Əlipənah oğlunun Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binasından çıxarılmasına və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 19.06.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449476,14 manat, faiz borcuna görə 105310,95 manat, 19.06.2014-cü il tarixli 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, faiz borcuna görə 179581,40 manat olmaqla cəmi 1234368,49 manat və məhkəmə xərclərinə görə 60 manat Expressbank ASC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə 545 manat dövlət nəfinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18 a saylı qeyriyaşayış binası ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 1234368,49 manat və məhkəmə xərclərinə görə 60 manat Expressbank ASC-nin hesabına, 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 545 manat dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18 a saylı qeyri-yaşayış binası hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 Əlipənah oğlu qeyri-yaşayış binasından çıxarılmaqla qeyri-yaşayış binasının boşaldılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin - Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18 a saylı qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat olmaqla hissəsində ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsi və qətnamənin qalan hissələrdə qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini və bu səbəblə də mülki işin apellyasiya baxışından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş məktubda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 təqdim etdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı Expressbank ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar