Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6893/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “İddiaçıe” MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4808/2018 saylı xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 795 ABŞ dollarg əsas, 300 ABŞ dollarg cərimə borcu olmaqla, cəmi 1095 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı «İddiaçıe» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10346/2015 saylı xx xxxxxx 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 1078 ABŞ dollarg əsas, 162 ABŞ dollarg cərimə borcu olmaqla, cəmi 1240 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tələbkar “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh qeyd olunan məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-10346/2015 saylı xx xxxxxx 2015-ci il tarixli məhkəmə əmri ləğv eilərək iş iddia icraatına keçmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli VİP 14593 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 795 ABŞ dollarg əsas, 1058 ABŞ dollarg cərimə borcu olmaqla, cəmi 1853 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçıe» MMC ilə Cavabdeh arasında baglanmış xx.xx.2014-cü il tarixli VİP 14593 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya satış qiyməti 1312 ABŞ dolları olan “AplleiPhone 16 GB Silver В” markalı 1 ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. Tərəflər arasında müqavilə bağlandıqdan sonra ilkin olaraq 99 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 135 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəldikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun tərəfindən ödənilmiş 900 ABŞ dolları vəsaitin qalıq borcdan çıxması və borcun krediti aldığı zaman qüvvədə olan 0,78 dollarla hesablanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətini qəbul etməyərək, təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan «İddiaçıe» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli VİP 14593 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya satış qiyməti 1312 ABŞ dolları olan “AplleiPhone 16 GB Silver В” markalı 1 ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. İş materiallarında olan son maliyyə arayışından göründüyü kimi cavabdehin «İddiaçıe» MMC-nə 795 ABŞ dolları əsas, 1058 ABŞ dolları erimə borcu olmaqla, cəmi 1853 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə kredit müqaviləsi üzrə hesablanmış 1058ABŞ dolları cərimə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, tələb olunan məbləğin 300 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6893/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6893/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver