Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6896/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37 manat borc, 20 manat dövlət rüsumu, cəmi 57 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: "ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli Müqaviləyə və ödəniş cədvəlinə əsasən, kreditor alıcıya 06 ay müddətinə, aylıq 09 manat ödəmək şərti ilə ümumi qiyməti 57 manat dəyərində əşya satmış, alıcı isə müqaviləyə əsasən ödəməli olduğu pul məbləğini kreditora ödəməyi öhdəsinə götürmüşdür (səh.5); "ABC Telecom” MMC-nin təqdim etdiyi maliyyə və ödəniş cədvəlinə əsasən, Axundov X2 üzrə 23 manat ödəniş etmiş və onun həmin müqavilə üzrə 34 manat əsas borcu, 3 manat dəbbə pulu, ümumilikdə 37 manat borcu vardır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir (səh.9). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli Müqavilədən yaranmış 37 manat borc, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 57 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, baş vermiş hadisəyə hüquqi qiymətin verilməsi, təqsirkar şəxsə qarşı qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, 50 manat dəyərində telefonu kredit müqaviləsinə əsasən əldə etdiyini, lakin sonradan telefonda problem yarandığını, servisə apardığı zaman ona telefonun düzəlməyəcəyi təqdirdə ona yeni telefon veriləcəyini, bir neçə gündən sonra ona zəng edərək telefonun düzəldiyini bildirdiklərini, lakin telefonda zədələrin olduğunu, 2 dəfə qüsur aktı yazıldığı zaman onda heç bir qüsur olmadığının qeyd edildiyini, yalnız sonuncu qüsur barədə akta telefonun dinamikasında qüsur olduğunun qeyd edildiyini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, tərəfin təhvil-təslim aktına heç bir qüsur olmadığına dair imza edərək telefonun əldə edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324,385-390, 404,442, 560, 567-589, 595-601, 614,615, 622; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən istinad edilən və ehtimal qanunsuz hərəkətlər başqa bir iddiaya münasibətdə araşdırıla bilər, hazırki iddianın predmetini isə nisyə alqısatqı müqaviləsi üzrə borc tələbi təşkil edir, tələbdən kənar aidiyyati olmayan dəlillərin müzakirəsi prosessual cəhətdən yolverilməzdir və şikayətdə qeyd edilən dəlillər borc üzrə mülki məsuliyyəti aradan qaldırmır. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6896/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6896/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver