Məhkəmə qərarları › İş №2(103)-6898/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6898/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6898/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixə poçt vasitəsilə işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, 2(004)-42/2024 saylı iş üzrə cavabdeh olaraq hesab edir ki, mülki iş aidiyyat qaydalarına uyğun olaraq, Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdəki sənədlərə əsasən onun ünvan 1 ünvanında pasport qeydiyyatında olduğu müəyyən olunur. Buna baxmayaraq, hazırki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmaqdadır. Nəticədə o, məhkəmə bildirişlərini ala bilmir. Halbuki hazırki işə Göyçay Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cəfərov X4 rayonu ərazisində qeydiyyatda olduğundan, iddia ərizəsi düzgün olaraq Yasamal Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsi cavabdehin seçiminə görə deyil, iddiaçının seçiminə görə ərazi aidiyyətinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh Cəfərov X4 rayonu ərazisində qeydiyyatda olduğundan iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyat qaydalarını pozmamışdır. Bununla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Daha sonra Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və hazırki işə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdəki sənədlərə əsasən onun ünvan 1 ünvannda pasport qeydiyyatında olduğu müəyyən olunur. Buna baxmayaraq, hazırkı işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmaqdadır. Nəticədə o, məhkəmə bildirişlərini ala bilmir. Halbuki, hazırkı işə Göyçay rayon Məhkməsində baxılmalıdır. Odur ki, icraatda olan 2(004)-42/2024 nömrəli iş üzrə cavabdeh olaraq, hesab edir ki, mülki iş aidiyyat qaydalarına uyğun olaraq, Göyçay Rayon Məhkəməsinə gödərilməlidir. Buna baxmayaraq, məhkəmə ərazi aidiyyatı qaydalarına əməl etməmişdir. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilə İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olsa da, digər Cavabdeh1 qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 halda məhkəmə kollegiyası iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdehlərdən - Cavabdeh1 qeydiyyat ünvanının Bakı şəhəri, Yasamal rayonu ərazisi olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırki iş üzrə iddia tələbi rəsmi qeydiyyat ünvanı müxtəlif olan bir neçə cavabdehə yönəldiyindən, prosessual qanunvericiliyin tələbləri baxımından da iddiaçının seçiminə görə aidiyyat qaydaları müəyyən edildiyindən və iddiaçının da cavabdehlərdən - Cavabdeh1 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etdiyindən, hazırki mülki işin ərazi aidiyyatı üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Günay Axundova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar