Məhkəmə qərarları › İş №2(103)-6898/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6898/2025

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6898/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: delikt, maddi zərər, pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili İsmayılzadə Kürdoğlu Vidadi oğlu, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi zərərin ödənilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qüsur aktından görünür ki, Mitsubishi markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 75614,03 manat müəyyən edilmişdir.

2. Cinayət təqibinin həyata keçirilməsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ##.##.1961ci ildə Gədəbəy rayonunda doğulmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi ev 9, mənzil 1-də qeydiyyatda olan və yaşayan Həsənov İnqilab Müzəffər oğlu barəsində cinayət təqibinin həyata keçirilməsinə xitam verilmiş, qərarın sürəti, sürücü Həsənov İnqilab Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİnin DYPŞ-nə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat Idarəsindən 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat avtomobilə dəymiş ziyan, 500 (beş yüz) manat qüsur aktının tərtibi üçün ödənilmiş pul, cəmi 73136,12 (yetmiş üç min yüz otuz altı manat, on iki qəpik) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 310 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə 2022-ci il istehsal tarixli, **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respiblikası DİN-nin Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis Rı Roman Xəlilov tərətindən qəbul edilmiş ##.##.2025-ci il tarixli «Cinayət təqibinin həyata keçirilməsinə xitam verilməsi haqqında» Qərardan görünür ki, ....##.##.2024-cü il tarixdə saat 17:00 radələrində Həsənov İnqilab Müzəf ər oğlu yol vərəqəsi əsasında ibarə etdiyi SOCAR Nəqliyyat İdarəsinə məxsusMercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Balaxanı şossesi ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun yaxınlığında üzü Balaxanı dairəsi istiqamətində iki istiqamətli bir zolaqlı yolda düzünə hərəkətdə olan zaman araməsafəsini tənzimləyə bilmədiyənə görə yolun hərəkət hissəsində tıxacda dayanmış «Mitsubishi Outlander minik» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq zəncirvari qəza törətməsi nəticəsində Hundai Accent markalı, **-NV-*** dövlət nömrə nişanlı, Chevrolet Nexia markalı **-AX-*** dövlət qeydiyyat nişanlı və Hundai Avante markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də maddi ziyan dəyməsinə səbəb olmuşdur. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mitsubishi Outlander minik» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qisimində əyləşmiş X2 YÜNGÜL dərəcli, İddiaçı isə AĞIR dərəcəli, Hundai Accent markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 dərəcəsi təyin olunmayan bədən xəsarətləri aldıqları məlum olmuşdur. Lakin yol nəqliyyat hadisəsi faxtı əsasında toplanmış material üzrə aparılmış araşdırma müddətindən AĞIR dərəcəli bədən xəsarəti almış İddiaçı Həsənov İnqilab Müzəffər oğlu ilə barışdığını nəzərə alaraq sonuncu barəsində aparılan cinayət təqibinə xitam verilmiş, qərarın surəti sürücü Həsənov İnqilab Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİnin DYPŞ-nə göndərilmişdir. - ##.##.2025-ci il tarixli, MI-****** nömrəli «xxxx» MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, 2022-ci il istehsal tarixli, **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobilin əvvəlki vəziyyətinin bərpası üçün 75614.03 manat məbləğ müəyyən edilmişdir. - Qəbzdən görünür ki, avtomobilə dəyən ziyanın müəyyən edilməsi məqsədilə qüsur aktının tərtib edilməsi üçün 500 (beş yüz) manat ödəniş edilmişdir. - İcbari sığortaya qanunvericiliyin tələbinə uyğun olaraq «xxxx» tərəfindən ##.##.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə mülkiyyətimdən olan **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobil dəyən zərərə görə azadolma məbləği çıxıldıqdan sonra 2750 manat sığorta ödənişi edilmişdir. - ##.##.2025-ci il tarixli Pretenziya məkubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsindən 5 (beş) gün müddətində avtomobilə dəymiş 72864,03 (yetmiş iki min səkkiz yüz altmış dörd manat üç qəpik) manat ziyanın ödənilməsi xahiş edilmişdir. - Xəbərnamədən görünür ki, pretenziya məkubu ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. - Qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 310 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Həsənov İnqilab Müzəffər oğlu SOCAR Nəqliyyat İdarəsinin işçisi olmaqla sonucu tərəfindən verilmiş yol vərəqəsi əsasında Mercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən SOCAR Nəqliyyat İdarəsi hüquqi şəxs olaraq öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hesab edirik ki, tələb üzrə cavabdeh olan şəxs müəyyən edildiyindən digər atydınlaşdırılmalı məsələ iddiaçıya məxsus avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsidir. Hamıya bəlli olduğu kimi, “Mitsubishi” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri «xxxx» MMC-də həyata keçirilir. Belə ki, «xxxx» MMC 2006-cı ildən etibarən Azərbaycanda «xxxx» şirkətinin rəsmi və səlahiyyətli dileridir. İddiaçıya məxsus avtomobilə dəyən ziyanın müəyyən edilməsi məqsədilə «xxxx» MMC-yə müraciət edilmiş və MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, MI-****** nömrəli qüsur aktından görünür ki, 2022-ci il istehsal tarixli, **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobilin əvvəlki vəziyyətinin bərpasıüçün 75614.03 manat məbləğ müəyyən edilmişdir. Həmçinin qüsur aktın tərtib edilməsi üçün iddiaçı tərəfindən «xxxx» MMC-nin hesabına 500 manat ödəniş edilmişdir. Avtomobilə dəymiş ziyanın 2977,91 (iki min yeddi yüz əlli) manatı «xxxx» ASC tərəfindən iddiaçıya ödənilmiş və qalan 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat ziyanın isə ödənilməmiş qalmaqdadır. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixli Pretenziya məkubu göndərilmiş, pretenziya məkubu ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi tərəfindən qəbul edilmiş olsa da hər hansı ödəniş edilməmiş, ümumiyyətlə münasibət bildirilməmişdir. Ona görə də hesab edirik ki, avtomobilə dəymiş ziyanın ödənilməmiş 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat hissəsi, həmçinin qüsur aktının tərtibi üçün iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat pul, ümumilikdə 73136,12 manat SOCAR Nəqliyyat İdarəsindən tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

5. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli ƏEM/S **-***/** nömrəli ekspert rəyindən görünür ki, Mitsubishi markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan və təmir edilməli olan hissələr (detallar), həmin hissələrə aid görüləcək işlər (xidmətlər) "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktında düzgün qeyd olunsa da, dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri düzgün hesablanmamışdır. Göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri 52.362.0 manat təşkil edir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 52.362 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 247.09 manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, “xxxx” MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 manatın 200 manatı cavabdeh Cavabdeh, 150 manatı iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin (VÖEN: 1502606231, Hesab N AZN: AZ68IBAZ35090019447981193205, bank: “xxxx” ASC, VÖEN: 9900001881, M.h: AZ03NABZ0135100000000002944, Kod: 805711, S.W.İ.F.T: IBAZAZ2X) hesabına köçürülməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus olan “Mitsubishi” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cavabdehin işçisi tərəfindən zərər vurulmasını nəzərə alıb belə qənaətə gəlmişdir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 52.362 manat məbləğində pul vəsaiti tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1099, 1108, 1114, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin 52362 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin edilməsi hissəsində gəldiyi nəticəni iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tətqiqatının nəticəsi üzrə qəbul edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticəni və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyini əsassız hesab edir. Belə ki, ekspert rəyindən görünür ki, qeyd olunan avtomobildə zədələnmiş detalların (ehtiyyat hissələri və materialların) ümumi məbləği 45762 manat müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki, avtomobilin ən bahalı hissələri hesab olunan mühərriki, sürətlər qutusu və digər hərəkətverici hissələrinin sıradan çıxması halları müəyyən edilməmişdir. Həmçinin qeyd edirki, internet informasiya resurslarında (xüsusilə də turbo.az saytında) avtomobil satışı üzrə verilmiş elanlarda 2023-cü il istehasalı olan “Mitsubishi Outlander” markalı avtomobillərin satış dəyəri (yürüşündən və digər parametrlərdən asılı olaraq) 54000 manatla 61000 manat arasında dəyişir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyində avtomobilin tam yararsız hala düşmədiyi, eləcədə ən əhəmiyyətli və bahalı detalları hesab olunan mühərrikin, sürətlər qutusunun və digər hərəkətverici hissələrinin sıradan çıxmadığı müəyyən edilmişdir. Göründüyü kimi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd olunan avtomobil tam yararsız hala düşmədiyi halda, zədələnmiş detalların (ehtiyyat hissələri və materialların) dəyişdirilməsinə qoyulmuş qiymət eyni markadan olan istifadəyə tam yararlı avtomobilin qiymətinə bərabərdir. Bu səbəbdən də “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə razılaşmır və ekspert rəyində qeyd olunan avtomobildə zədələnmiş detallara (ehtiyyat hissələri və materiallar) qoyulmuş qiymət real dəyəri özündə əks etdirmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

21. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu

24. Maddə 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

35. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ## ###### 2024-cü il tarixdə saat 17:00 radələrində Həsənov İnqilab Müzəffər oğlu yol vərəqəsi əsasında ibarə etdiyi SOCAR Nəqliyyat İdarəsinə məxsus Mercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Balaxanı şossesi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, yolun hərəkət hissəsində tıxacda dayanmış “Mitsubishi Outlander minik” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq zəncirvari qəza törətməsi nəticəsində Hundai Accent markalı **-NV-*** dövlət nömrə nişanlı, Chevrolet Nexia markalı **-AX-*** dövlət qeydiyyat nişanlı və Hundai Avante markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də maddi ziyan dəyməsinə səbəb olmuşdur. Həsənov İnqilab Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir.

36. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının nəqliyyat vasitəsinə cavabdehin işçisinin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsini işin mübahisəsiz halı kimi müəyyən etmişdir.

37. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktından görünür ki, Mitsubishi markalı **- TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 75614,03 manat müəyyən edilmişdir.

38. Dəymiş maddi zərərin məbləğini müəyyən etmək məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli ƏEM/S **-***/** nömrəli rəy alınmışdır. Rəydən görünür ki, Mitsubishi markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan və təmir edilməli olan hissələr (detallar), həmin hissələrə aid görüləcək işlər (xidmətlər) “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qüsur aktında düzgün qeyd olunsa da, dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri düzgün hesablanmamışdır. Göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri 52362.0 manat təşkil edir.

39. Hazırda üçüncü şəxs dəymiş zərərin əvəzini müəyyən edilməsi ilə razılaşmadığından, kollegiyanın ## ###### 2026-cı il tarixli qərardadı ilə vurulmuş zərərin məbləğin müəyyən etmək məqəsədi ilə “xxxx” MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır.

40. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il rarixli rəydə yuxarıda sözügedən Qüsur aktına əsasən ehtiyat hissələrinin dəyəri 45795 manat, işçiliklərin (usta xidməti) dəyəri 9030 manat olmaqla, cəmi 54825 manat müəyyən edilmişdir. Qiymətləndirmə xidmət haqqı 1000 manat göstərilmişdir.

41. Göründüyü kimi, “xxxx” MMC-nin verdiyi mütəxəssis rəyi ağlabatandır. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilən rəydə dəymiş zərərin məbləği 2463 manat daha artıq göstərilmişdir. Bununla belə iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən kollegiya “xxxx” MMC-nin mütəxəssis rəyini əsas götürür.

42. Bundan əlavə “xxxx” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyini şübhə altına alan hər hansı əsas araşdırma zamanı da müəyyən edilməmişdir.

43. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının sığorta hadisəsi zamanı 2947,91 manat məbləğində faydalanmasını nəzərə almamışdır.

44. Belə ki, sığorta hadisəsi zamanı cavabdeh tərəfin nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin üçüncü şəxs qarşısında icbari sığortalanması nəticəsində, yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş hər bir şəxsə çəkdiyi zərərə mütənasib olaraq “xxxx” ASC tərəfindən sığorta ödənişi edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş zərərin müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçının sığorta hadisəsi nəticəsində faydalandığı məbləğ dəymiş zərərin məbləğindən çıxılmalı və həmin məbləğ (52362-

45. 2977,91) 49384,09 manat müəyyən edilməlidir.

46. “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə görə tələb olunan 1000 manat xidmət haqqında gəldikdə kollegiya hesab edir ki, göstərilən məbləğ ağlabatan hesab edilə bilməz.

47. Belə ki, mütəxəssis tərəfindən nəqliyyat vasitəsinə hər hansı baxış keçirilməmiş, daha əvvəl tərtib olunmuş qüsur aktı əsasında nəzəri qaydada müvafiq rəy verilmişdir. Həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən “xxxx” MMC tərəfindən təqdim edilən rəyə görə 350 manat xidmət haqqı nəzərdə tutulmuş və həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı əsas müəyyən edilməmişdir.

48. Belə olduqda kollegiya hesab edir ki, “xxxx” MMC-nin də xidmət haqqı 350 manat müəyyən edilərək cavabdehdən onun xeyrinə tutulmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan dəymiş zərərin məbləğinə aid hissədə dəyişdirilsin və cavabdeh Cavabdeh 49384,09 manat məbləğində pul vəsaiti manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilsin. Mütəxəssis rəyinin alınmasına görə 350 manat xidmət haqqı cavabdehdən tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar