Məhkəmə qərarları › İş №2(103)-69/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-69/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-69/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-688/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6.190,10 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 6.220,10 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AK-2/25810 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağlda göstərikən akt tərtib edilmişdir: xx.xx.2018-ci il tarixli 000771 saylı akt əsasında 2743,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 658,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 99 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 88,20 manat, xx.xx.2019-cu il tarixli ******* aylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə etdiyi dəyəri ödənilməmiş sayğac üzrə əvvəlki illərdən 964,70 manat borcu qalmışdır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 6190,10 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-688/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, onun iş üzrə əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmadığı səbəbindən ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin apelyasiya baxışı zamanı cavabdehn öldüyü müəyyən edilmiş, X2 hüquqi varis qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata “aktlara əsasən yaranmış borcun ödənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Həmin maddənin məzmununa görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə icraata xitam verir. Belə ki, hazırki iş üzrə cavabdehin öldüyü halda onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb edilməsi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, prosessual hüquq varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında prosessual hüquq varisliyi mümkün sayıla bilər. Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur. Lakin nəzərə alınmalıdır ki, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir. Buna görə də məhkəmələr tərəfindən, ilk növbədə, maddi hüquq varisliyi, sonradan isə prosessual hüquq varisliyi məsələləri həll edilməlidir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Hazırki işə baxılan zaman məhkəmə tərəfindən ölmüş şəxsin vərəsələrinin prosessual hüquq varisləri olaraq işə cəlb edilməsi mümkünlüyünü araşdırmış, iddianın “aktlara əsasən hesablanmış borcun tutulması” tələbi üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verilmədiyinə istinad edərək iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Belə ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin təqsirli olaraq törədilməsi halının müəyyən edilməsi vacibdir. Belə ki, təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hərəkətləri şəxsi xarakter daşıyır, bununla da ölənin təqsirli qeyri-qanuni hərəkətlərə yol verməsi nəticəsində dəymiş zərər üzrə yaranmış hüquq münasibəti maddi hüquq varisliyi, sonradan isə prosessual hüquq varisliyinə yol vermir və iddianın bu hissəsinə iş üzrə hüquqi varis qismində cəlb olunmuş şəxsə münasibətdə baxılması qanuna ziddir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-688/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsi qismən – “İddiaçı Cavabdeh qarşı debitor borcunun ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar