Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6902/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı 24 oktyabr 2024-cü il tarixli qərardaddından Şahid tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Şahid tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Şahid tərəfindən verilmiş apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün ona geri qaytarılması qərara alınmışdır. Şahid Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 504/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə maraqlı şəxs qismində tanınmaqla apellyasiya şikayətinin apelyasiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 504/2023 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şahid tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-504/2023 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)- 504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şahid maraqlarına toxunubtoxunulmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2(005)- 504/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Şahid tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmiş, apellyasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Şahid maraqlarına toxunması ilə bağlı hallar müəyyən edilmir. Bundan başqa, Şahid məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş, həmin vaxt Şahid hər iki tərəfə qarşı müstəqil tələb irəli sürülməklə 3-cü şəxs qismində məhkəməyə müraciət etmək imkanından məhrum olmadığı halda bunu etməmişdir. Belə olanda da baxılan mülki iş Şahid hüquq və mənafelərinə toxunmur, onun müvafiq tələblə müstəqil qaydada iddia qaldırmaq hüquqları olmuşdur. Şahid həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-504/2023 nömrəli qərardadının ləğv edilməsini, onun qətnamə ilə maraqlarına toxunan şəxs qismində cəlb edilməklə şikayətin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəfindən verilmiş şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 504/2023 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e 2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun maraqlarına toxunub-toxunulmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bildirir ki, qeyd edilənlərə baxmayaraq məhkəmə yenidən qərəzli və ədalətsiz qərardad qəbul etməklə qətnamənin maraqlarına toxunmadığı qənaətinə gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, 14 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edilməlidir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPM-nin tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi, qərardadını ləğv edib işi yenidən baxılmağa göndərən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi məcburi göstərişlərə əməl edərək, müvafiq qətnamədən apelyasiya şikayəti ilə müraciət edən Şahid, apellyasiya şikayəti vermək hüququna malik olub-olmamasını qəbul edilmiş qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan halların mövcudluğu baxımından yoxlamış və bunun nəticəsinə dair Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən müvafiq qərardad qəbul etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Şahid hüquq və vəzifələrinə toxunması müəyyən edilmir. Kollegiya ərizəçinin müvafiq qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olmaması qənaətinə gələn birinci instansiya məhkəməsi ilə razılaşır, həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisələndirilən qətnamə ərizəçinin hüquq və vəzifələri ilə bağlı məsələni həll etmir, yəni hər hansı hüququndan məhrum etmir, hüquqlarını məhdudlaşdırmır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzil mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını, bunun əsasında aparılmış qeydin həqiqiliyini yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə işdə iştirak etməyən Şahid hüquq və vəzifələri barədə hər hansı məsələ həll edilmədiyindən onun Mülki Prosessual Məcəllənin qaydalarına uyğun olaraq göstərilən məhkəmə aktını mübahisələndirmək hüququ yaranmamışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şahid tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı 24 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6902/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6902/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver