Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6904/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin turagenti Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-193/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh1-nin turagenti Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1nin adının "xxxx" MMC kimi qəbul edilməsini və ona dəymiş maddi ziyana görə 1550 manat məbləğində pulun və mənəvi zərərə görə 2000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3580 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC-dən və "xxxx" MMC-nin turagenti Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN-**********) ilə müqavilə bağlamışdır. Müqavilənin bağlanmasında özünü şirkətin əməkdaşı kimi təqdim etmiş Cavabdeh2 18 dekabr tarixdə İddiaçı qızı Mahmudlu Cəmaləni şirkətin ofisinə dəvət etmiş, səyahət olunacaq ölkə və otel ilə bağlı məlumat vermiş və səyahət ilə bağlı bütün məsuliyyəti öz öhdəsinə götürmüşdür. Beləliklə, 2465 manat məbləğ ödəməklə razılığa gələrək 09.08.2019 tarixdən 15.08.2019 tarixə qədər müddətdə Türkiyə Respublikasının Bodrum şəhərinin “X5” otelinə 5 nəfər olmaqla ailə üzvlərinin iştirakı ilə 7 gün müddətində istirahət edə biləcəkləri barədə vəd verilmişdir. İddiaçı işi ilə əlaqədar ödəniş prosesini qızı Mahmudlu Cəmaləyə həvalə etmişdir. Beləliklə, ilkin ödəniş 19 dekabr 2018-ci il tarixdə 450 manat olmaqla cavabdeh şirkətin əməkdaşı qismində özünü təqdim etmiş Şüküfə xanım ilə qızı Cəmalə “28 May” metrosu yaxınlığında görüşərək ödəniş təqdim olunmuşdur. Ödəniş əsasında təqdim etdiyi hər iki sənədə ödənişlə bağlı qeydlər aparmış və möhür vurmuşdur. Hər ödəniş zamanı Şüküfə xanım ödənişi təsdiq edən qeydlər aparmış, imza çəkmiş və şirkətin ştampını vurmuşdur. Razılığa əsasən vəd olunan istirahət tarixinə qədər müddətdə ödənişlər hissə-hissə olunmalı idi. İkinci ödəniş 30 dekabr 2018-ci il tarixdə “Memar Əcəmi” metrosu yaxınlığında 300 manat olmaqla Şüküfə xanıma təqdim olunmuşdur. Üçüncü ödəniş 31 yanvar 2019-cu il tarixdə “28 May” metrosu yaxınlığında qızı Cəmalə ilə Şüküfə arasında olmuşdur. Bu görüş zamanı 300 manat cavabdehə verilmişdir. Dördüncü ödəniş cavabdehlə qızı arasında 7 mart 2019-cu il tarixdə evinin yaxınlığında olmuşdur. Qızı 250 manat ödəniş etmişdir. Bu müddət ərzində olunan ödənişlər qarşılığında verdiyi vədlərə əməl etməməyə başlayan və bütün sualları cavabsız qoyan Şüküfə ilə qızı ofisdə görüşmək istədiyini bildirdikdə müxtəlif bəhanələr gətirərək ofisdə görüşməkdən yayınmışdır. Şübhələri gün keçdikcə çoxalmağa başladıqda «Perfectourbaku” MMC ilə əlaqə saxlamışlar. Şüküfə xanımı soruşduqda əməkdaşlıq etmədiklərini və 2 aydır işdən ayrıldığını bildirmişlər. Şirkət tərəfindən verilən məlumatı Şüküfə xanıma bildirdikdə və nə üçün bu məlumatdan onları xəbərdar etmədiyini bildirdikdə müxtəlif bəhanələr və səbəblər gətirərək bildirdi ki, heç bir narahatçılığa əsas yoxdur. Ödənişlər qarşılığında rezervasiya ilə bağlı məlumatları istəmişlər. Müddəti uzadaraq müxtəlif bəhanələr gətirərək, iddiaçını qərəzli şəkildə aldadaraq, yalanlar danışaraq rezervasiya ilə bağlı heç bir məlumat verməmişdir. Nəhayət, 29 mart 2019-cu il tarixdə «Perfectourbaku” MMC-nin turagenti Cavabdeh2 rezervasiyanı təsdiq edən rezervasiya kodunu təqdim etmişdir. Bu qədər müddət ərzində iddiaçının və ailəsinin, xüsusən də qızı Cəmalənin əsəb və stressinə səbəb olmuş Şüküfə xanımın verdiyi bu məlumat otel tərəfindən təsdiq olunmamışdır. Beynəlxalq ödənişlərin məbləğ çoxluğunu nəzərə alaraq, hər gün otel ilə əlaqə saxlamışlar, lakin oteldən belə bir rezervasiyanın olmadığını bildirmişlər. Bu vəziyyətdən narahat olan otel rəhbərliyi rəsmi mail ünvanları ilə iddiaçının qızı Cəmaləyə bir neçə dəfə yazmışlar. Yenidən bu vəziyyəti Şüküfəyə bildirdikdə otelin rezervasiyanı təsdiq etməsi üçün yenidən müəyyən ödəniş etməli olduqlarını demişdir. Cavabdehin bu yalanına da inanaraq növbəti ödənişi 3 aprel 2019-cu il tarixdə evinin yaxınlığında qızı Cəmalə Şüküfə ilə görüşərək 250 manat vermişdir. 3 aprel tarixindən 30 aprel tarixinə qədər müddətdə onlara heç bir sənəd təqdim etməyən, yalanlar danışan, qərəzli şəkildə aldadan, əsəblərini məhv edən bu xanımla əlaqə saxlayıb rezervasiyadan imtina etmək istədiklərini bildirmişlər. Şüküfə xanım ödənişin geri qayıtma mərhələsinin uzun olacağını bildirmiş, lakin verilən müddət ərzində ödənişi geri qaytarmamışdır. Şüküfənin ona və ailəsinə etdiyi bu hörmətsizlik və yalanlardan yorularaq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etmişlər. Onun şikayəti araşdırılaraq, cinayət tərkibi olmadığından bu iş mülki xarakter olduğu üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-193/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər «Perfectourbaku” MMC-dən və "xxxx" MMC-nin turagenti Cavabdeh2 1550 manat məbləğində pul və 300 manat məbləğində mənəvi zərər, ümumilikdə 1850 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı Serdar oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Serdar oğlu "xxxx" MMC-nin direktoru ilə müqavilə bağlamayıb, müqavilədə "xxxx" MMC-yə aid möhür və imzadan istifadə olunmayıb və şirkətə heç bir ödəniş etməmişdir. İddiaçı Serdar oğlu özünün də qeyd etdiyi kimi Cavabdeh2 ilə müqavilə bağlayaraq, ödənişləri Cavabdeh2 etmişdir. Cavabdeh2 3-4 gün MMC-də işləmişdir. Lakin Cavabdeh2 işə qəbul əmri verilməmişdir. Həmin şəxs "xxxx" MMC-də işləməyibdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin "xxxx" MMC-yə münasibətdə qismən təmin edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, iddiaçı və digər cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər. Qeyd olunan kontekstdə kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 bildirmişdir ki, iş üzrə iddiaçı onun atasıdır. Cavabdeh Şüküfə xanımı isə turizim şirkətinin işçisi kimi tanıyır. Atası ailəsinin istirahət etməsi üçün şirkətə gedib danışmışdır. Daha sonra həmin pulu hissə-hissə ödəməli idi. Atasının işi ilə əlaqədar ödəniş prosesini o özü etmişdir. Beləliklə, ilk dəfə 19 dekabr 2018-ci il tarixdə 450 manat olmaqla, Şüküfə xanım ilə “28 May” metrosu yaxınlığında görüşərək vermişdir. Ödəniş zamanı Şüküfə xanım ödənişi təsdiq edən qeydlər aparmış, imza çəkmiş və şirkətin ştampını vurmuşdur. İkinci ödəniş 30 dekabr 2018-ci il tarixdə “Memar Əcəmi” metrosu yaxınlığında 300 manat olmaqla, Şüküfə xanıma təqdim olunmuşdur. Üçüncü ödəniş 31 yanvar 2019-cu il tarixdə “28 May” metrosu yaxınlığında olmuşdur. Bu görüş zamanı 300 manatı cavabdehə vermişdir. Dördüncü ödəniş 7 mart 2019-cu il tarixdə evlərinin yaxınlığında olmuşdur. Sonuncu dəfə o, 250 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin turagenti Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 19 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, «Perfectourbaku” MMC 09.08.2019 tarixindən 15.08.2019 tarixinə qədər müddətdə İddiaçı və 5 nəfər ailə üzvlərinin iştirakı ilə 7 gün müddətində Türkiyə Respublikasının Bodrum şəhərinin "X5” otelində istirahət etməkləri üçün turizm xidmətləri göstərəcəyini öhdəsinə götürmüşdür. Turizm xidmətlərinin dəyəri 2465 manat təşkil edir. Ödənilən məbləğ 680 manatdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 31 may 2019-cu il tarixli Qərarının surətindən görünür ki, X1 şikayəti əsasında "xxxx" MMC-nin turagenti Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından və onların arasında olan münasibətlər mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarın məzmunundan görünür ki, Polis Şöbəsində izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, 2018-ci ilin dekabr ayında Cəmalə adlı xanım zəng edərək, 2019-cu ilin avqust ayında 1 həftəlik Türkiyə Respublikasına səyahət üçün ucuz tur təşkil etmək məqsədi ilə müraciə etmişdir. Bu barədə rəhbərliklə maraqlandıqdan sonra mümkün olduğu barədə Cəmalə xanıma məlumat vermişdir. Bir neçə gün sonra 28 may m/s yaxınlığında Cəmalə xanımla görüşərək sənədləri təqdim etmişdir. Ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə görüşərək ümumilikdə 1550 manat pul ödəmişdir. Təxminən 1 həftə əvvəl Cəmalə xanım onunla əlaqə saxlayaraq sifarişdən imtina etdiyini və pulu geri istədiyini bidirmişdir. O isə cavabında köçürülmənin qayıtması üçün uzun proses lazım olduğunu bildirərək, vaxt istədikdə Cəmalə xanım razılaşmamışdır. Qeyd etmişdir ki, Cəmalə xanımın səhyətlə əlaqədar müraciəti ilə bağlı hər hansı pozuntuya yol verməmiş, sadəcə olaraq proses belə olduğuna görə Cəmalə xanımla aralarında anlaşılmazlıq baş vermiş və qeyd olunan pulu qısa zamanda ərzində ona ödəyəcəyinə söz vermişdir. İşdə olan "xxxx" MMC-nin 03.04.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Mahmudov X4 Respublikasının Bodrum şəhərinin "X5” otelində istirahət etmək üçün cəmi 1550 manat məbləğində ödəniş etmişdir. İşdə olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC (VÖEN-**********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. "xxxx" MMC-nin direktoru Günel Eyvazova 03.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı Serdar oğlu "xxxx" MMC-nin direktoru ilə müqavilə bağlamayıb, müqavilədə "xxxx" MMC-yə aid möhür və imzadan istifadə olunmayıb və şirkətə heç bir ödəniş etməmişdir. Cavabdeh2 adlı şəxsi tanımırlar, həmin şəxs "xxxx" MMC-də işləməyibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin turagenti Cavabdeh2 arasında 19 dekabr 2018-ci il tarixdə müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC 09.08.2019 tarixindən 15.08.2019 tarixinə qədər müddətdə İddiaçı və 5 nəfər ailə üzvlərinin iştirakı ilə 7 gün müddətində Türkiyə Respublikasının Bodrum şəhərinin "X5” otelində istirahət etməkləri üçün turizm xidmətləri göstərəcəyini öhdəsinə götürmüş və turizm xidmətlərinin dəyəri 2465 manat təşkil etmişdir. İddiaçı Serdar oğlu cavabdeh "xxxx" MMC-nin hesabına Türkiyə Respublikasının Bodrum şəhərinin "X5” otelində istirahət etmək üçün qızı X1 vasitəsi ilə «Perfectourbaku” MMC-nin turagenti Cavabdeh2 ayrıayrı vaxtlarda, ümumilikdə 1550 manat pul ödəmişdir. Lakin cavabdeh "xxxx" MMC İddiaçı Serdar oğlu qarşısında üzərinə götürdüyü turizm xidmətlərinin göstərilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməmiş, eyni zamanda "xxxx" MMC-nin turagenti Cavabdeh2 turizm xidmətlərinin göstərilməsi məqsədi ilə aldığı ümumilikdə 1550 manat məbləğində pulu geri qaytarmamışdır. Kollegiya hesab edir ki, 1550 manat pul məbləğinin İddiaçı Serdar oğlu tərəfindən "xxxx" MMC-nin turagenti Cavabdeh2 verilməsi müəyyən edildiyindən iddiaçının tələbi nəzərə alınmaqla 1550 manat məbləğində pul cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Serdar oğlunun xeyrinə ödənilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmçinin məhkəmə iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində də qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Kollegiya cavabdehin Cavabdeh2 onların işçisi olmaması arqumentini inandırıcı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilədən görsənir ki, müqavilə "xxxx" MMC-nin blankında tərtib edilmiş və iddiaçıya həmin turagentliyin “VOUCHER”-i təqdim edilmişdir. Həmçinin, Kollegiya "xxxx" MMC-nin nümayəndəsinin birinci instansiya məhkəməsində Cavabdeh2 3-4 gün MMC-də işləməsi və daha sonra isə fərqli izahat verərək, həmin şəxsin "xxxx" MMC-də işləməməsi kimi ziddiyyətli izahatlar verməsinə tənqidi yanaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-193/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6904/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6904/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver