Məhkəmə qərarları › İş №2(103)-6911/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6911/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6911/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1454/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, ondan hər ay bir uşağa görə 170 manat, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə aliment hər ay bir uşağa görə 110 manat, cəmi 330 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda uşaqları onun yanında yaşayır. Cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan aliment hazırda az olduğundan övladının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh könüllü olaraq başqa heç bir maddi yardım göstərmir. O isə başqa heç bir yerdə işləmir. Cavabdeh fərdi əməklə məşğul olmaqla müəyyən gəlirə malikdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1454/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İV 230689 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır; xx.xx.2017-ci il tarixdə verilmiş, AZ- İİİ 933659 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır; xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ 708436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 2016-cı ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İ 349976 nömrəli nikahın pozulması haqqında haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh və X5 arasında nikah xx.xx.2020- ci il tarixdə ləğv edilmişdir. İş matariallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxx 2014-ci il tarixdə Kürdəmir RİHB-nın Mehdili kəndi üzrə nümayəndəliyində 16 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx xxxxxx 2016-ci il təvəllüdlü X7, xx xxxxx 2017-ci il təvəllüdlü X9, xx xxxxxx 2018-ci il təvəllüdlü X8 İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 844/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutularaq İddiaçı ödənilən alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2, xx xxxxxx 2018ci il təvəllüdlü X6 və xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmişdir. İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nın Mehdili kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, cavabdeh Abuzərov X10 RİHB-nın Mehdili kəndi üzrə nümayəndəliyin Dayıkazımlı kəndində qeydiyyatdadır, onun atasına məxsus evdə valideynləri ilə bir yerdə yaşayır. İş materiallarına əlavə olunmuş X13 X14 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən X13 X11 müvəqqəti olaraq yol fəhləsi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 250 manat təşkil edir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü iş matariallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ödənilən alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Həmin qətnamədən şikayət verilməmişdir. Alimentin 110 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. İş materiallarından görünür ki, X13 X11 müvəqqəti olaraq yol fəhləsi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 250 manat təşkil edir. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas yaratmadığını hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1454/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar