Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6913/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər «xxxxxxxxx” MTK-ya və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər «xxxxxxxxx” MTK-ya və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxx” MTK və Cavabdeh2 xx xxxxxx 2006-cı il tarixli mənzil alqı-satqısına dair müqavilə üzrə ödənilməyən 116.2 m2 yaşayış sahəsini dəyəri olan 35790 manat, 60000 manat miqdarında əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, cəmi 95820 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək 177 saylı mənzilə dair iddia tələbində göstərilən məbləğin və əldən çıxmış faydanın proporsional şəkildə azaldaraq «xxxxxxxxx” MTK-dan və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından mənzil almaq barədə razılığa gəlməklə xx xxxxxx 2006-cı il tarixində iki müqavilə bağlayıblar. Həmin müqavilələrə əsasən İddiaçı qeyd olunan binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla, ümumilikdə 89.000 manatı MTK-ya ödəmişdir. Həmin mənzillərin dəyərinin tam ödənilməsi və müvafiq məbləğlərin MTK-nın hesabına mədaxil olunmasını xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir. Buna baxmayaraq, cavabdeh MTK-ya 2007-ci ildə sədr seçilmiş Cavabdeh2 qeyd olunan alqı-satqı müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi qanunsuz və əsassız olaraq birtərəfli qaydada yerinə yetirməkdən imtina edərək, həmin mənzilləri iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən də, “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı onun tərəfindən “müqavilə üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi zərərin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, ünvan 1 ünvanında inşa edilən binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin alınaraq İddiaçı təhvil verilməsi və həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi müqavilə öhdəliyinin icra edilməsi hissəsində təmin edilərək, ünvan 1 ünvanında inşa etdiyi binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin iddiaçıya verilməsi hissədə təmin edilmiş, vurulmuş maddi zərərin ödənilməsinə dair hissədə isə təmin olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, cavabdeh MTK-nın inşa etdiyi binadakı 172 və 177 saylı mənzillərin sahələri MTK tərəfindən qat-qat azaldılaraq bir neçə mənzil kimi ayrı-ayrı şəxslərə satılmışdır və artıq həmin mənzillərin hər biri 144.5 m2 deyil, faktiki olaraq 177 saylı mənzil 71,3 m2 , 172 saylı mənzil isə 101,5 m2-dir. Buna görə də İddiaçı tərəfindən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə izah verilməsi barədə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə məhkəmə izah etmişdir ki, hər birinin sahəsi 144.5 m2 təşkil edən 2 ayrı-ayrı mənzillər cavabdeh MTK-dan alınaraq İddiaçı təhvil verilməlidir. Cavabdeh “xxxxxxxxx” MTK-nın rəhbərliyi İddiaçı verilməli olan mənzilləri artıq başqa şəxslərə verdiklərini bildirərək, həmin mənzillərin əvəzinə, eyni binadan müvafiq olaraq ölçüləri 94.9 m2 olan 143 saylı, 58.0 m2 olan 144 saylı, 67.8 m2 olan 163 saylı və 71.3.0 m2 olan 195 saylı mənzilləri təklif etmiş və bu razılaşma cavabdeh MTK-nın rəhbərliyi, hal şahidləri və icra məmurunun iştirakı ilə xx xxxxxx 2016-cı il tarixdə aktlaşdırılaraq İddiaçı təhvil verilmiş, bundan sonra icra məmurunun təqdimatı Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə təmin edilərək,xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə aktlaşdırılmış həmin razılaşmaya əsasən, iddiaçıya təqdim edilən mənzillər onun tərəfindən qəbul edilib, icra işi üzrə icraata xitam verildikdən sonra borclu MTK və ayrı-ayrı payçılar tərəfindən məhkəməyə müraciətlər olunmuş və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə xx xxxxxxx 2016-cı il tarixli qərardadı ləğv edilərək, razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya verilmiş 143, 144, 163 və 195 saylı mənzillər geri alınaraq, cavabdehə və həmin payçılara qaytarılmışdır. Bundan sonra İddiaçı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan mənzillərin icra qaydasında alınıb ona verilməsinin təmin edilməsini tələb etmiş və Suraxanı rayon İcra Şöbəsinin əməkdaşının, həmçinin borclu MTK-nın rəhbərliyinin iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli aktla icra sənədinə əsasən ona təhvil verilməli olan 172 və 177 saylı mənzillər təhvil verilmişdir. Cavabdehlə arasında olan xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə ümumi sahəsi 289 m2 olan iki ayrı-ayrı 172 və 177 saylı mənzillərə görə 89.000 manat pulu nəğd şəkildə birdəfəyə ödədiyi halda, hazırda ona cavabdeh tərəfindən ümumi sahəsi 172,8 m2 olan 172 və 177 saylı mənzillər təhvil verilmiş, çatışmayan 116,2 m2 yaşayış sahəsini ona təhvil verməməklə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, həmçinin cavabdehə müqavilə üzrə ödədiyi həmin çatışmayan 116,2 m2 yaşayış sahəsinin dəyəri olan 35790 manat iddiaçıya geri qaytarılmamışdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında inşa etdiyi binanın dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzilinin çatışmayan sahəsinin dəyəri cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər iddiaçıya uzun müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikləri və əsassız olaraq onun pulunu uzun müddət ərzində saxlayaraq, iddiaçını həmin pulundan faydalanmaqdan məhrum etməklə ona zərər vurmuşdur. Belə ki, iddiaçı qeyd olunan həmincavabdehlərə ödədiyi əlavə pulu müxtəlif sahələrə yönəlməklə, banka depozitinə yerləşdirmək, mənzil alıb kirayə vermək, özünün kommersiya fəaliyyətinə yatırmaqla qazanc əldə edə bilərdi. Cavabdehlər isə iddiaçını bu imkandan məhrum etməklə yanaşı, məhkəmələrə müraciət etməyə məcbur etmişlər. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında inşa edilən binanın dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzil üçün əlavə ödənilmiş məbləğin və əldən çıxmış faydanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m sahəsinə görə 24.855,60 (iyirmi dörd min səkkiz yüz əlli beş manat, 60 qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativindən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxxx” MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ilk növbədə mübahisəli Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V’' yaşayış sahəsində yerləşən 13 M saylı binanın 177 saylı mənzilinin hansı mərtəbədə yerləşməsi araşdırılmalı, məhz ondan sonra mənzilin ümumi sahəsi müəyyən edilməli idi. İddiaçı iddia tələbinin əsasını təşkil edən 177 saylı mənzilə dair bağlanmış xx xxxxxx 2006 cı il tarixli müqavilə və həmin müqaviləyə əlavə edilmiş sənədlər «xxxxxxxxx» MTK tərəfindən deyil, həmin vaxt heç bir səlahiyyəti olmayan, əvvəllər «xxxxxxxxx» MTK-nın təsisçilərindən olmuş, lakin sonradan həmin MTK-da olan payını qanunla müəyyən edilmiş qaydada başqasına satmış və heç zaman həmin MTK-nın sədri (qanuni təmsilçisi) olmamış X8 tərəfindən, buna səlahiyyəti olmadan saxtalaşdırılaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.2-ci maddəsinə əsasən Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin məcəllənin 111.10 cu maddəsinə əsasən Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və'(və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. xxxxxxxxx MTK-nın Nizamnaməsinin 7.2 ci bəndinə əsasən Kooperativin adından əqdlər bağlamaq, kooperativin əmlakı barədə sərancam vermək səlahiyyəti yalnız Kooperativin sədrinə məxsusdur. Qeyd olunanlardan aşkar görünür ki, iddiaçı Rəhilə X1 tərəfindən verilmiş sənədlər Mülki məcəllənin və xxxxxxxxx MTK-nın nizamnaməsinin tələblərinə zidd olaraq, hazırlanmış etibarsız sənədlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 2010-cu ildə Suraxanı rayon məhkəməsinin icraatında olmuş 2(010)-2811/2010 saylı mülki iş üzrə X3 barəsində heç bir səlahiyyəti olmadan «xxxxxxxxx» MTK-nın adından saxta müqavilə və maliyyə arayışı hazırlayaraq vətəndaşı aldatdığına görə xx.xx.2010 cu il tarixli 2(010)-2811/2010 saylı xüsusi qərardad qəbul edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mənzillərin təhvil verilməsi hissəsində təmin edərkən iş üzrə cavabdeh «xxxxxxxxx» MTK-nın qanuni təmsilçisi Məmmədli Rövşən Ələm oğlunun iddia tələbini etiraf etməsinə dair ərizəsinə əsaslanaraq həmin ərizəni təsdiq edilməsi nəticəsinə gəlmişdir. Rövşən Məmmədli tərəfindən imzalanaraq hazırkı iddia tələbinin cavabdeh MTK tərəfindən qismən etiraf olunmasına dair məhkəməyə təqdim edilmiş ərizə tam qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2015 ci il tarixə qədər xxxxxxxxx MTK-nın sədri (qanuni təmsilçisi) Cavabdeh2 olmuşdur. Məmmədli Rövşən Ələm oğlu, 2003 cü ildə təsis edilmiş «xxxxxxxxx» MTK-nın təsisçilərindən biri olmaqla, özünün MTK-ya sədr (qanuni təmsilçi) seçilməsi barədə MTK-nın ümumi yığıncağının adından xx xxxxxxxx 2015 ci il tarixli qeyri qanuni protokol hazırlayaraq, həmin qeyri qanuni protokolu, qeyri qanuni möhürlə təsdiq edərək, X6 Dövlət Qeydiyyatı İdarəsinə təqdim edərək, özünün (Məmmədli Rövşən Ələm oğlunun) xxxxxxxxx MTK-nın sədri (qanuni təmsilçi) kimi qeydiyyata alınmasına nail olmuşdur. Suraxanı rayon məhkəməsinin xx xxxx 2016 cı il tarixli 2(010)-426/2016 saylı qətnaməsi ilə Rövşən Məmmədlinin «xxxxxxxxx» MTK-nın qanuni təmsilçisi, sədri kimi çıxış etməsi üçün əsas olmuş X6 Dövlət Qeydiyyatı İdarəsindən «xxxxxxxxx» MTK-ya dair xx.xx.2015 ci il tarixdə verilmiş **********836300 saylı çıxarış, həmin çıxarışın verilməsi üçün əsas olmuş «xxxxxxxxx» MTK-nın adından keçirilmiş ümumi yığıncağın iclas protokolu və qəbul edilmiş qərarlar, Məmmədli Rövşən Oləm oğlu tərəfindən MTK-nın adından imzalanmış bütün müqavilələrin, eyni zamanda «xxxxxxxxxx» MTK-nın adından hazırlanmaqla Məmmədli Rövşən Ələm oğlunda saxlanılan yeni möhür etibarsız hesab edilmiş və Rövşən Məmmədlinin və digər şəxslərin hərəkətləri hüquqdan sui istifadə hesab edilmişdir. Suraxanı rayon məhkəməsinin xx xxxx 2016 cı il tarixli 2(010)- 426/2016 saylı qətnaməsi, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2016 cı il tarixli 2(103)- 7500/2016 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-7500/2016 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3743/2017 saylı xx xxxx 2017 ci il tarixli qərarı ilə qismən Rövşən Məmmədlinin MTK-nın adından bağladığı müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan göründüyü kimi, Rövşən Məmmədlinin «xxxxxxxxx» MTK-nın sədri olması məhkəmə tərəfindən etibarsız hesab edildiyindən hazırkı iş üzrə onun tərəfindən MTK-nın adından iddianın etiraf olunmasına dair ərizə qanuni hesab edilə və iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsində, iddiaçının istinad etdiyi xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən 177 saylı mənzilin sahəsinin dördüncü mərtəbədə yerləşməsi ümumi sahəsinin 144,5 m2 olması qeyd olunmuşdur. Halbuki, xxxxxxxxx MTK tərəfindən Y.Günəşli qəsəbəsi «V» Yaşayış sahəsi bina 13 m ünvanında inşa edilən yaşayış binasındakı cəmi bir 177 saylı mənzil var və həmin mənzil 4-cü mərtəbədə deyil, 5-ci mərtəbədə yerləşəir və sahəsi də 144.5 kv.m deyil, cəmi 67.8 kv.m-dir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “xxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2(010)-475/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxx” MTK-nın iddianı qismən etiraf etməsi təsdiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil Cavabdeh “xxxxxxxxx” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Aktın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 177 saylı mənzil İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Aktdan görünür ki, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi və həmin qətnaməyə izah verilməsi barədə xx xxxx 2016-cı il tarixli qərardadına əsasən tələbkar İddiaçı Yeni Günəşli Qəsəbəsi, Günəşli küçəsi 13 M ünvanda "Cavabdeh1" MTK tərəfindən inşa edilən binadan 290 kv.m mənzil sahəsinin verilməsi üçün Giriş 3, mərtəbə 3, 163 saylı mənzil (67.8 kv.m), Giriş 3, mərtəbə 8, 195 saylı mənzil (71.3.0 kv.m), Giriş 2, mərtəbə 14, 143 saylı mənzil (94.9 kv.m), Giriş 2, mərtəbə 14, 144 saylı mənzil (58.0 kv.m) təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1781/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının kserosurətindən görünür ki, iddiaçı X2 cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsi, İddiaçı və 3-cü şəxs “xxxxxxxxx” MTK-ya qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 262.4- cü maddəsinin tələblərinə əsasən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 83/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxx” MTK) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilərək, ünvan 2 M ünvanda “xxxxxxxxx” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən cavabdeh X9 ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-475/2016 saylı qətnaməsinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-475/2016 saylı qətnaməsi ilə qət edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh “xxxxxxxxx” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsi – hər birinin ümumi sahəsi 144,5 kv.metr təşkil edən 2 ayrı-ayrı mənzilləri özündə ehtiva edir. Həmin ölçüdə mənzillər cavabdeh “xxxxxxxxx” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri X8 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzil İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli mədaxil qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzil üçün 44500 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş şəhadətnamə-arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzilin dəyərini «xxxxxxxxx” MTK-ya ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzil üçün 44500 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş şəhadətnamə-arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzilin dəyərini «xxxxxxxxx” MTK-ya ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri X8 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzillər İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kommunal xidmətlərin göstərilməsinə dair Müqavilədən müəyyən olunur ki, bu müqavilə “xxxxxxxxx” MTK-nın sədri X10 ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilmiş 13 M saylı binadan 71.3 kv.m 177 saylı mənzil almış İddiaçı arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” Payçı ya kommunal xidmət göstərir. 13 M saylı binada mənzilləri olan Payçılar isə kooperativ təsisçilərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokoluna və xx.xx.2017-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv.m üçün 0=25 AZN xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxx” MTK-nın iddianı qismən etiraf etməsi təsdiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil Cavabdeh “xxxxxxxxx” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının 2(103)- 5821/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tarixli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli qətnaməsindən X9 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh “xxxxxxxxx” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli Ekspert rəyindən görünür ki,Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 172 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 177 saylı mənzilin faktiki ümumi sahəsi 63.8 kv.metr müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddianın təmin olunmuş hissəsində yoxlayır. Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, mənzilin ümumi sahəsinin faktiki mövcud olduğundan artıq göstərilərək daha yüksək məbləğin əldə edilməsi cavabdehin əsassız varlanması hesab edildiyindən birinci instansiya məhkəməsinin artıq hesablanmış 24.855,60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarət mövqeyi əsaslı olmuşdur. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin qeyd olunan 1091.2-ci maddəsinin məzmunundan da məlum olduğu kimi, cavabdehin 24.855.60 manat məbləğinin iddiaçıdan almasının müqavilə əsası olmamışdır, yəni mənzilin ümumi sahəsi faktiki olaraq 63.8 kv.m. olduğundan cavabdeh həmin mənzilin dəyərini 144.5 kv.m-dən hesablamaqla əlavə 80.7 kv.m. sahə üçün iddiaçıdan 24.855.60 manat vəsait əldə etmişdir. Belə olan halda, cavabdeh 144.5 kv.m. sahə üçün 44.500 manat hesabladığından mənzilin hər kv.m üçün 308 (44.500:144.5=308) manat müəyyən edildiyi məlum olur ki, bu da əlavə olaraq qeyd edilmiş 80.7 kv.m. sahəyə münasibətdə 24.855.60 manat (308x80.7=24.855.60) təşkil edir. Mənzilin hansı mərtəbədə yerləşməsinin məhkəmə tərəfindən araşdırılmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan müqavilədə 177 saylı mənzilin 4-cü mərtəbədə yerləşməsi qeyd olunmuş və ekspert rəyində hər hansı uyğunsuzluğun olması müəyyən edilməmişdir. eyni zamanda, xx xxxxx 2020-ci il tarixli ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən birinci instasniya məhkəməsi ona istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 177 saylı mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin buna saəlahiyyəti olmayan X8 tərəfindən bağlandığından həmin müqavilənin etibarsız əqd hesab edilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli mənzilin alqı-satqı müqaviləsi iddiaçı ilə “xxxxxxxxx” MTK arasında bağlandığından, “xxxxxxxxx” MTK-nın iddia tələbi ilə bağlı öz əmlakı ilə öhdəlik daşıması, iddia tələbinin “xxxxxxxxx” MTK-ya aid hissədə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 110-3.1-ci maddəsinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxxx” MTK-nın apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6913/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6913/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver