Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6923/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındancavabdehlər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh1 onun xeyrinə xx.xx.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə 12.355.18 manat əsas, 5392.73 manat faiz, 6914.08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 25.938.23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın digər Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilə yönəldilərək, açıq hərracdan satılması və borcun həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə 12355,18 manat əsas, 5392,73 manat faiz, 614,08 manat cərimə və 1276,24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 19.638,23 manat borcun və ödənilmiş dövlət rüsumunun 22,50 manat hissəsinin LPO "İddiaçı"ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 65.000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh1 tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə, 2105.2020-ci il tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, prosessual müddətin bərpasına dair ərizə verərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilərək, müddətin bərpa edilməsini xahiş etmişlər. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər, şikayət verərək, həmin qərardadın ləğv, ərizənin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehlər iddiadan xəbərsiz olmuşlar. Belə ki, bu barədə onlara heç bir məlumat verilməmiş, iddia ərizəsinin surəti təqdim olunmamış və məhkəmə iclaslarına çağırılmamışlar. Məhkəmənin qətnaməsindən isə Xətai rayon İcra və Probasiya şöbəsinin bildirişi əsasında xəbər tutmuşlar. O.Məmmədova qətnaməni şəxsən götürmək üçün məhkəməyə dəvət olunmamış, eyni zamanda həmin qətnamə ona rəsmi qaydada göndərilməmiş və o, qətnaməni qəbul etmək barədə hər hansı sənədə imza etməmişdir. Məhkəmə isə, qərardadında konkret olaraq hansı sənədə əsaslandığını qeyd etməmişdir. Eyni zamanda, qərardadda qətanmənin O.Məmmədova tərəfindən alındığı göstərilsə də, digər Cavabdeh2 verilməsi barədə məlumat göstərilməmişdir. Halbuki, MPM-in tələblərinə görə qətnamə işdə iştirak edən bütün şəxslərə verilməlidir. Qətnamənin cavabdehlərə şəxsən təqdim edilmədiyi nəzərə alındıqda, belə ehtimal etmək olar ki, qətnamə onlara poçtla göndərilmişdir və məhkəmənin əsaslandığı sənəd də böyük ehtimalla poçt qəbzidir. Belə bir qəbz mövcud olduğu halda belə, həmin qəbzdə olan imzanın O.Məmmədovaya aid olub-olmadığı müəyyən edilməmiş, bunun üçün xüsusi bilik tələb olunduğu halda müvafiq qərar qəbul edilməmişdir. Halbuki, cavabdehlərdən heç biri hər hansı poçt qəbzinə imza etməmiş və qətnamə onlara rəsmi şəkildə verilməmişdir. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında cavabdehlər şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, qətnaməni rəsmi qaydada almamışlar. İşdə olan poçt sənədindəki imza O.Məmmədovaya məxsus deyil. Məhkəmə isə, bu halı yetərincə araşdırmadan, onların şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, Kollegiya hesab edir ki, məhkəmə tərəfindən ilk növbədə cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsi araşdırılmalıdır. İş materiallarından görünür ki,Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixli məktubla tərəflərə, o cümlədən bir ünvan üzrə cavabdehələrə göndərilmişdir. İşdə olan SP002150793AZ nömrəli poçt xəbərnaməsindən (səh.52) görünür ki, sözügedən qətnamə cavabdeh Ofeliya Məmmədova tərəfindən xx.xx.2020-ci il tarixdə şəxsən imza edilməklə rəsmi qaydada alınmışdır. Birinci instansiya məhkəməsi, buraxılmış prosessual müddətin bərpasına dair cavabdehlərin ərizəsini rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 qətnaməni şəxsən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, buna baxmayaraq, cavabdehlər buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişlər. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır, ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmayan səbəblər məhkəmə tərəfindən üzürlü hesab edilə bilər. Hazırda cavabdehlər, qətnaməni rəsmi qaydada almadıqlarını, yalnız icra mərhələsində bu barədə xəbərləri olduqlarını, məhkəmənin istinad etdiyi poçt xəbərnaməsindəki imzanın Cavabdeh1 məxsus olmadığını bildirərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş edirlər. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan poçt xəbərnaməsinə istinad etməklə, müddətin üzrsüz səbəbdən buraxıldığını hesab etməkdə haqlı olsa belə, cavabdehlərin şikayətinə baxarkən şikayətin dəlillərinə heç bir münasibət bildirmədən, formal əsaslarla şikayəti rədd etmişdir. Halbuki, məhkəmə, istinad etdiyi poçt sənədindəki imza mübahisələndirildiyi hala, bu imzanın həqiqiliyini yoxlamalı idi. Belə ki, qətnamənin surətinin qəbul edilməsi barədə poçt qəbzini imzalamış şəxsin Cavabdeh1 olub-olmamasını müəyyən edildikdən sonraburaxılmış prosessual müddətin bərpası məsələsinə MPM-in tələbləri baxımından qiymət verilməlidir. Kollegiya onu da vurğulayır ki, işdə olan xx.xx.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsində “borcalan” qrafasında Cavabdeh1 tərəfindən çəkilmiş imzalarla qətnamənin alınması barədə sözügedən poçt xəbərnaməsindəki imzaya vizual olaraq baxış keçirildikdə, onların fərqli şəkildə əks olunması müəyyən edilir ki, bu da imzanın həqiqiliyini şübhə altına alır. Odur ki, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və buraxılmış prosessual müddətin bərpası barədə cavabdehlərin ərizəsinə yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin vəburaxılmış prosessual müddətin bərpası barədə cavabdehlərin ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6923/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6923/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver