Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6925/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6925/2022 (Açar sözlər: borcun ödənilməsi) Bakı şəhəri 31 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında xx.xx.20216-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı-Ələt yolunun 65-ci kilometrliyində yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərüfatınm ərazisindəki torpaq sahəsi xx.xx.2019-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı hər il üçün ƏDV daxil olmaqla 200 (iki yüz) manat təşkil edir.
2. Müqavilənin 2.2-ci bəndinə görə icarə haqqı hər ilin birinci rübündə nəqd yolla ödənilir.Müqavilənin 6.1-ci bəndinə görə icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflər müqaviləyə onun başa çatması ilə əlaqədar xitam verilməsi barədə yazılı bildiriş vermədiyi halda müqavilənin müddəti eyni şərtlərlə növbəti bir il müddətinə uzadılmış hesab edilir.
3. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 217499 seriyalı kasa məxaric orderindən də görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərüfatının ərazisindəki torpaq sahəsinə görə 200 manat icarə haqqını ödəmişdir. .
4. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi təmin edilməmişdir.
5. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4188/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi üzrə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi qüvvədə saxlanmışdır.
6. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakını Dövlət Reyestri xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində 25 ha torpaq sahəsi Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinın mülkiyyətindədir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlamış və müqaviləyə əsasən Bakı-Ələt yolunun 65-ci kilometrliyində yerləşən Ələ-Daşgil ovçuluqbalıqçılıq təsərüfatınm ərazisindəki torpaq sahəsi xx.xx.2019-ci il tarixədək icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı hər il üçün ƏDV daxil olmaqla 200 (iki yüz) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə görə icarə haqqı hər ilin birinci rübündə nəqd yolla ödənilir.Müqavilənin 6.1-ci bəndinə görə icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitir.Müqavilənin 6.2-ci bəndinə görə tərəflər müqaviləyə onun başa çatması ilə əlaqədar xitam verilməsi barədə yazılı bildiriş vermədiyi halda müqavilənin müddəti eyni şərtlərlə növbəti bir il müddətinə uzadılmış hesab edilir. İcarəyəgötürən olaraq Cavabdeh 2018-ci il üçün icarə haqqını ödəməmiş və onun Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə 2018-ci il üçün 1 illik 200 manat icarə haqqı ilə bağlı borcu yaranıb.İcarə müqaviləsinə əsasən icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitmişdi. Lakin, tərəflər müqaviləyə xitam verilməsi üçün bildiriş verməmişdir. Odur ki, icra münasibətləri eyni şərtlərlə uzadılmış hesab edilir. Cavabdeh də xx.xx.2019-cu il tarixdən hal-hazıradək torpaq sahəsindən istifadə edərək icarə münasibətlərini faktiki olaraq davam edir. Odur ki, xx.xx.2019 -cu il tarixdən icarə münasibətlərini faktiki olaraq davam etdirdiyinə və icarədə olan torpağı təhvil vermədiyinə görə cavabdeh 2019 və 2020-ci illərlə bağlı 2 illik müddət üçün 400 manat icarə haqqını da ödəməlidir.Cavabdehin Birliyə ümumilikdə 600 manat borcu yaranıb.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunaraq xx.xx.2016-ci il tarixli icarə müqavilə üzrə 600 (altı yüz) manat icarə haqqı və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
11. Belə ki, Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatı, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında xx.xx.2016-ci il tarixdə 3 il müddətinə icarə müqaviləsi bağlanmış və tərəflər öz aralarında icarə haqqının illik 200 manat məbləğində olması barədə razılaşmışdılar. İşin materiallarına əlavə edilmiş qəbzdən də görünür ki, cavabdeh tərəfindən 2017-ci ilin birinci rübündə icarədara– iddiaçıya 200 manat məbləğində ödəniş ediilmişdir.Tərəflər arasında müqavilənin müddəti 2019-cu il də bitməsinə baxmayaraq, tərəflər müqaviləyə xitam verilməsi barədə bildirış vermədiyindən müqaviləyə əsasən icra münasibətləri eyni şərtlərlə bir il müddətinə uzadılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin izahatına əsasən cavabdeh halhazırda da həmin torpaq sahəsindən istifadə edir.Beləliklə, iddiaçı cavabdehdən 3 illik (2018,2019 və 2020-ci illər üzrə) icarə haqqını-600 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə, 442-ci maddəsinə, 385.1-ci maddəsinə, 427.1-ci maddəsinə, 445-ci, 448.1-ci, 700-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin predmeti olan Bakı-Ələt yolunun 65-ci km-də yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərrüfatının ərazisindəki torpaq sahəsinə dair cavabdeh “Birlik” mülkiyyətində (və ya qanuni sahibliyində) olmayan əmlak üzərində sərəncam verərək, iddiaçı ilə “İcarə müqaviləsi” bağlamışdır.Belə olan halda, müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi” etibarsız əqddir.
b) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şkayətinin dəlillərinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsaəsn icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Belə ki, Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatı, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında xx.xx.2016-ci il tarixdə 3 il müddətinə icarə müqaviləsi bağlanmış və tərəflər öz aralarında icarə haqqının illik 200 manat məbləğində olması barədə razılaşmışdılar. İşin materiallarına əlavə edilmiş qəbzdən də görünür ki, cavabdeh tərəfindən 2017-ci ilin birinci rübündə icarədara– iddiaçıya 200 manat məbləğində ödəniş ediilmişdir.Tərəflər arasında müqavilənin müddəti 2019-cu il də bitməsinə baxmayaraq, tərəflər müqaviləyə xitam verilməsi barədə bildirış vermədiyindən müqaviləyə əsasən icra münasibətləri eyni şərtlərlə bir il müddətinə uzadılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin izahatına əsasən cavabdeh halhazırda da həmin torpaq sahəsindən istifadə edir.Beləliklə, iddiaçı cavabdehdən 3 illik (2018,2019 və 2020-ci illər üzrə) icarə haqqını-600 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir.
36. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin predmeti olan Bakı-Ələt yolunun 65-ci km-də yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərrüfatının ərazisindəki torpaq sahəsinə dair cavabdeh “Birlik” mülkiyyətində (və ya qanuni sahibliyində) olmayan əmlak üzərində sərəncam verərək, iddiaçı ilə “İcarə müqaviləsi” bağlamışdır.Belə olan halda, müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi” etibarsız əqddir.
37. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək Kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi təmin edilməmişdir.
38. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4188/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi üzrə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi qüvvədə saxlanmışdır.
39. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakını Dövlət Reyestri xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində 25 ha torpaq sahəsi Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinın mülkiyyətindədir.
40. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
41. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.