Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6929/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8371/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraicət edərək, cavabdehdən 8500 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(001)-360/2019 saylı qərarına əsasən, təqsirləndirilən şəxs Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cinayət işi üzrə özünü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bildiyini qeyd etmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş, Cavabdeh 2011-ci il tarixdə X1 onu aldadaraq övladlarını universitetə qəbul etdirmə adı ilə 11000 manat pul aldığını etiraf etmiş, X2 vurduğu maddi ziyandan 2500 (iki min beş yüz) manatını ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(001)-360/2019 saylı Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (səh.12). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8371/2020 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 8500 (səkkiz min beş yüz manat) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin 2(011)-8371/2019 №-li xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə; Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə; İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 60-cı maddəsinə; «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə; Azərbaycan Respublikası MPM-nin 360, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsində olan məhkəmə prosesində o, ümumiyyətlə iştirak etməmişdir, məhkəməyə dəvət belə olunmamışdır. X4 pul tərəfindən yox, digər şəxs tərəfindən alınmış və tam geri qaytarılmışdır. Bu bərədə o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də bildirmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, məhkəməyə dəvət olunmadığı üçün öz sübutlarını təqdim edə bilməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 21,385-388, 560, 1096, 1097; MPM 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, istinad edilən cinayət işi üzrə baş vermiş qanunsuz hərəkətlərdə cavabdehlərin mülki məsuliyyət həddinə dair dəlillər müəyyən edilmiş və bunların təkzibi barəsində əsaslandırılmış sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8371/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6929/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6929/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver