Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6929/2025 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2, Cavabdeh Cavabdeh, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Həsənov İlyas Hüsən oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, o, 11.500 manat məbləğində borcun 1 həftə ərzində qaytarılmayacağı halda aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyini N.M.Sadıqovaya bildirmişdir. Nəsimi RPİ 19-cu PŞ tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, 19-cu PŞ-ə dəvət olunmuş Cavabdeh izahatında İddiaçı 10.500 manat pul borcu olduğunu bildirmişdir. Araşdırma aparılan zaman Cavabdeh keçmiş iş yoldaşı İddiaçı borclu olduğu 10.500 manatın 5.000 manat hissəsini 2023-cü ilin dekabr ayının 15-də, qalan 5.500 manat pulu isə 2024-cü ilin iyun ayının 15-də ödəyəcəyini izahatında qeyd etmişdir. Cavabdeh Nəsimi RPİ 19-cu PŞ-də verdiyi izahatından müəyyən olunur ki, o, İddiaçı 10.500 manat pul borcu olduğunu, İddiaçı borclu olduğu 10.500 manatın 5.000 manat hissəsini 2023-cü ilin dekabr ayının 15-də, qalan 5.500 manat pulu isə 2024-cü ilin iyun ayının 15-də ödəyəcəyini qeyd etmişdir. X1 Nəsimi RPİ 19-cu PŞ-də verdiyi izahatından müəyyən olunur ki, o, həyat yoldaşı Cavabdeh İddiaçı 10.500 manat pul borcu olması barədə məlumatlı olduğunu bildirmişdir. İddiaçı Nəsimi RPİ 19-cu PŞ-də verdiyi izahatından müəyyən olunur ki, o, Cavabdeh ilə bir yerdə gözəllik salonunda işlədiyini, işlədiyi müddətdə hissə-hissə olaraq ona 11.500 manat borc verdiyini, onun 1.000 manatını geri qaytardığını, 10.500 manatdan qalan 5.000 manatını 2023-cü ilin dekabr ayının 15-də, 5500 manatını isə ## #### 2024-cü ilədək qaytarmağı söz verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 11.500 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 125 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi gözəllik salonunda keçmiş iş yoldaşı Cavabdeh ayrı-ayrı vaxtlarda, hissə-hissə, ümumilikdə 11.500 manat borc vermişdir. Cavabdeh bir müddət sonra borcun 1.000 manatını geri qaytarmışdır. Ondan sonra dəfələrlə onunla əlaqə saxlasa da hər dəfəsində pulu geri qaytaracağını demiş, lakin bu günə kimi qaytarmamışdır. Bununla bağlı, o, ## ######## 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayonu Polis İdarəsinin 19cu Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin əməkdaşları cavabdeh Cavabdeh ilə əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmiş və o, polis idarəsinə gələrək izahatında bildirmişdir ki, həqiqətən də ondan 11.500 manat məbləğində pulu almış, onun 1.000 manatını geri qaytarmışdır. Borc məbləğinin qalan 5.000 manatını 2023-cü ilin dekabr ayında, 5.500 manatını isə ## #### 2024-cü ilədək qaytarmağı söz vermişdir. Onun pulundan özü bəhrələnib, ona söz verdiyi gəlirindən faydanı da verməyib. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən ona ##.##.2024-cü il tarixdə **-*/*-S-**** nömrəli məktub verilərək borc məsələsinin qanuna müvafiq qaydada rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh Cavabdeh bugünədək ona verilən ümumi 11.500 manatın, 1.000 manatından başqa, qalan 10.500 manat borcdan geri qaytarmamışdır. Məhkəməyə müraciət etməmişdən öncə ## ### 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Yenə də, cavabdehdən borcun qaytarılması ilə bağlı heç bir hərəkət yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh borc kimi ondan pul götürmüşdür. 12.500 manatdan 1.000 manatı qaytarmış, qalanını da qaytaracağını demiş, amma üstündən 1 il keçmişdir. Cavabdeh 1.000 manatı keçən ilin noyabr ayında polisə müraciətdən qabaq qaytarmış, heç bir sənəd istəməmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 10.500 manat məbləğində borc və 121,5 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı keçmiş iş yoldaşı Cavabdeh ayrı-ayrı vaxtlarda, hissə-hissə olmaqla verdiyi 11.500 manat məbləğində borcun qaytarılmasını tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, cavabdehin iddiaçıdan borc pulu götürməsi faktı onun Nəsimi RPİ-nin 19-cu PŞ–də olan izahatları ilə təsdiq olunur. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır, halbuki müqavilənin bağlandığı dövrdə qüvvədə olan mülki qanunvericilik – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740 və 740.2-ci maddələrinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa ..., borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi də yazılı formada bağlanmalı idi. Belə olan halda, borc müqaviləsinin forması ilə bağlı mülki qanunvericilikdə göstərilən tələbə riayət edilmədiyinə görə, borc müqaviləsi etibarsız hesab olunur. Belə olan halda, yəni, müqavilə etibarsız olduqda, tərəflərdən hər biri müqavilə (əqd) üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə, onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, etibarsız əqdin nəticəsi olaraq, cavabdeh iddiaçıdan etibarsız borc müqaviləsi əsasında aldığı pulun bütün hissəsini iddiaçıya geri qaytarmalıdır, çünki, o,əssassız varlanmışdır. Nəzərə alınmalıdır ki, hər iki tərəf qəbul edir ki, Cavabdeh İddiaçı 11.500 manat məbləğində borc pul almış və bu pulun bir hissəsini – 1.000 manatını geri qaytarmışdır. Bu səbəbdən, İddiaçı pul tələbinin digər qismini – 10.500 manat borc pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 329.1, 337.5, 385.1, 386.1, 425.1, 425.2, 439.4, 442, 443.1, 443.2, 443.7, 445.1, 445.2, 448.1, 448.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.3, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 124.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 10.500 manat məbləğində borc və 121,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. O, qətnamədən narazıdır. Hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı işlədiyi gözəllik salonunda keçmiş iş yoldaşı Cavabdeh ayrı-ayrı vaxtlarda, hissə-hissə ümumilikdə 11.500 manat borc verilmişdir. Cavabdeh borcun 1.000 manatını geri qaytarmışdır. Bununla bağlı o, ## ######## 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin əməkdaşları cavabdeh Cavabdeh ilə əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmiş və polis idarəsinə gələrək izahatında bildirmişdir ki, həqiqətən ondan 11.500 manat məbləğində pulu almış, onun 1.000 manatını geri qaytarmışdır”. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə tərəfindən nə bildiriş, nə də telefonuna mesaj göndərilməmiş, qətnamə qəbul olunduqdan sonra da qətnamə məlumat üçün ona göndərilməmişdir. Məhkəmə qətnaməsinin surətini yalnız 2025-ci ilin ###### ##-də almışdır və bu səbəbdən hazırda apellyasiya şikayəti verir. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə üzrə məhkəmə iclasında iştirak etsəydi öz sübut və vəsatətlərini məhkəməyə təqdim edərdi. İddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, o, İddiaçı tanıyır, onunla birlikdə qadın salonunda işləmişlər. İddiaçı faizə pul verirdi. Ona da pul lazım olduğundan iddiaçıdan 1.000 manat borc almışdır. Həmin pulu ona faizi ilə qaytarmışdır. Lakin iddiaçı ondan fantastik dərəcədə hesabladığı faziləri tələb edirdi. Məhkəmə qətnamədə qeyd edir ki, “Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki, müqavilənin bağlandığı dövrdə qüvvədə olan mülki qanunvericilik – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-740.2-ci maddələrinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi də yazılı formada bağlanmalı idi. Belə olan halda, borc müqaviləsinin forması ilə bağlı mülki qanuvericilikdə göstərilən tələbə riayət edilmədiyinə görə, borc müqaviləsi etibarsız hesab olunur. Belə olan halda, yəni müqavilə etibarsız hesab olduqda, tərəflərin hər biri müqavilə (əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə, onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, etibarsız əqdin nəticəsi olaraq, cavabdeh iddiaçıdan etibarsız borc müqaviləsi əsasında aldığı pulun bütün hissəsini geri qaytarmalıdır, çünki o əsassız varlanmadır.) Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, etibarsız sayılan müqaviləyə görə bu qədər məbləğin ondan tələb olunması əsassızdır. Məhkəmə qanunsuz yerə faizə pul verən şəxsin absurt faizlərinə görə bu qədər məbləğin ondan tələb edilməsini necə haqlı saya bilər. Dediklərini sübut edəcək şahidləri də vardır. Məhkəmə iclaslarda iştirakını təmin etsəydi şahidlərini gətirər, dediklərini sübut edərdi. O, polis idarəsinə dəvət olunmamışdır. İddiaçı əri ilə telefonla danışmış, onu qəsdən əsabləşdirmiş və X4 yanına çağırtdıraraq, ora əvvəlcədən polis əməkdaşları ilə birlikdə gəlmişdir. Polis əməkdaşları iddiaçının sifarişi ilə onları bölməyə aparmış, hədə-qorxu gələrək həmin həqiqətə uyğun olmayan izahatı yazmağa vadar etmişdir. Əri həmin vaxt sərxoş olmuşdur. Polis əməkdaşları onu həbs edəcəkləri ilə hədələmiş, onlar isə qorxaraq həmin izahatı yazıb, imza atmışlar. Əslində isə o, iddiaçıdan sadəcə 1.000 manat götürmüş həmin pulu ona faizi ilə qaytarmışdır. Həqiqət isə odur ki, iddiaçı əsassız varlanmaq üçün ondan şişirdilmiş fazi məbləği tələb edir. Məhkəmə çəkişmə prinsipinin tələblərini kobud surətdə pozaraq, birtərəfli qaydada qətnamə çıxarmışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, o, Aytəkini salonda birlikdə işlədikləri üçün tanıyır. Aytəkin faizə pul verdiyindən, o da Aytəkindən 1000 manat borc almışdır. Onu polisə çağırmışlar. Polisdə aldığı borcun məbləğinin 11.500 manat yazmasının səbəbi polislərin onun üzərinə çox gəlmələri olmuşdur. Yoldaşını çağırdıqları zaman o, içkili idi və maşın sürürdü. Telefonda mübahisə düşdüyündən əridə polisə getmişdir. O, yoldaşına içkili olmasını desə də, yoldaşı onun sözünə əməl etməyib, maşınla polisə getmişdir. X4rşısında post patrulu götürüb bölməyə aparmışdır. Bölmədə yoldaşını başqa bir otağa, onu isə başqa otağa salmışlar. Orada onun üzərinə çox gəlmişlər. Yoldaşını tutub, içəri basacaqlarını, uşaqlarının atasız qalacağını demişlər. Həmin vaxt Rusiyaya getdiklərindən o, polisin hərəkətlərindən şikayət verməmişdir. Rusiyadan onlar ##.##.2025-ci il tarixdə qayıtmışlar. Hava limanında o saxlanılaraq icra şöbəsinə aparılmışdır. Bundan sonra o, məhkəməyə müraciət etmiş, polisin hərəkətlərindən isə şikayət verməmişdir. Polisdə yoldaşının sərxoşluğu barədə heç bir akt yazılmamış, ondan 300 manat pul alınmışdır. Həmin vaxt qaynatası gəlmiş, digər oğluna onun kartına 300 manat pul atmasını demiş, polisdən pul köçürmək üçün kartının olub-olmamasını soruşmuş, o da, bankomat vasitəsilə ilə pulu nağdlaşdırıb, verməsini demişdir. O, pulu çıxardıb, nağd olaraq vermişdir. O, həmin vaxt polis əməkdaşının adını bilməmiş, sonradan Rəşad Əhmədzadə olmasını öyrənmişdir. Rəşad Əhmədzadə ondan izahat almışdır. X2 içkili olduğundan, latın qrafikası ilə yaza bilmədiyindən izahat yazmamışdır. Yoldaşının adından yazıdakı imza və yazı yoldaşına məxsus deyil. Onun izahatında olan xətt yazısı ona məxsusdur. Həmin izahatda olan imza ona məxsus deyil. 2023-cü ildən onlar hər hansı bir orqana şikayət etməmiş, Rusiyaya işləməyə getmişlər. Polisdə izahat yazarkən polis əməkdaşları ona nədən qorxduğunu, istəyirsə yazdığı izahatının şəklini çəkə biləcəyini dediklərindən o da yazdığı hələ imzalamadığı izahatının şəklini çəkmişdir. İzahatı özü yazsa da, imzalamamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Həsənov İlyas Hüsən oğlu apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, cavabdehin ərinin şahid qismində dindirilməsi hadisələrin hansı məzmunda baş verdiyini, polis orqanında hansı vasitələrlə ona təsir edilməsini, hansı məcburetmə tədbirlərinə görə belə izahat yazılmasına aydınlıq gətirərdi. Cavabdehin həmin izahatın imzasız formasını yazdırılıb, halı olmayıb, özündən gedib. Bura qədər yazdıqdan sonra cavabdehə telefonu vasitəsi ilə çəkməyə icazə verilib. Polis orqanı ondan müəyyən vəsait aldıqdan sonra yoldaşını buraxıblar. Cavabdehin əri içkili olduğu üçün qorxusundan izahat verib. Onun kartına qardaşı pul köçürdüb. Cavabdehə polis əməkdaşları burada qorxulu bir şey olmadığını dediklərindən cavabdeh yazdığı izahatın şəklini çəkmişdir. Belə çıxır ki, izahatda olan imzanı orqan özü çəkmişdir. Ona görə də iş üzrə xətşünalıq ekspertizası keçirilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, izahatın yazılmasından iki il vaxt keçib, cavabdeh bu müddət ərzində şikayət etməyib. Cavabdehə icra şöbəsində könüll icra üçün 10 gün müddət təyin edilib. Cavabdeh 3 il bundan əvvəl borc götürüb. Buna baxmayaraq heç bir yerə şikayət etməyib. Polisdə izahatlar yazılıb. Cavabdeh vaxtında prokurorluğa şikayət etməyib. Tərəflər bir yerdə işləyiblər, cavabdeh iddiaçının pulu ilə müvəqqəti restoran açıb, işlədib, sonra da xaricə çıxıb gedib. Ona icra şöbəsində cavabdehin şöbəyə gəlməsi, orada sənədləri imzalaması, pulu ödəyəcəyini deməsini, ona vaxt verilməsini bildirmişlər. O, da vaxt verməyə etiraz etməmişdir. Sonra öyrənmişdir ki, cavabdehin bir neçə nəfərə borcu vardır. Bu fakt ona icra şöbəsində deyilmişdir. Daha sonra isə onun nə qədər adama borcu olduğunu görmüşdür. O, cavabdehin 528-ci maddə ilə məhkəməyə verilməsini tələb etmişdir. Bir müddət keçdikdən sonra sənədlər məhkəməyə verilmişdir. Daha sonra axtarış elan edilməklə icraat dayandırılmışdır. Bundan sonra icranı dayandırmaq məqsədi ilə apellyasiya şikayəti verilmişdir. Cavabdehin məqsədi vaxt uzatmaqdır. İşdə cavabdehin öz xətti ilə yazdığı sübutlar vardır. Konstitusiya Məhkəməsinin qərarına əsasən izahatlar, qəbzlər sübut növü olaraq qəbul edilə bilər. Ona görə də iş üzrə ekspertiza təyin edilməsinə razı deyl, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehə borcu o, 2023-cü ildə vermişdir. Cavabdeh pulu qaytarmadığı üçün o, şikayət ərizəsi ilə polisə müraciət etmiş, cavabdeh əri ilə birlikdə polisə gəlmiş, öz xoşları ilə ərizə yazmışlar. O, cavabdehə borc verərkən əri də onun yanında olumuşdur. Cavabdeh ondan borcu iş açmaq məqsədi ilə götürmüş, Əcəmidə - Nəsimi rayonu 3 mikrorayon dairəsində iş açmış, bir neçə ay işləmiş, onu da işə götürəcəyini demiş, bundan sonra pulu götürüb getmişdir. Cavabdehin ərinin də bu işdən xəbəri olmuşdur. O, cavabdehin evinə də getmiş, cavabdehin anası onu qapıdan qovmuşdur. O, cavabdehə təxminən 2023-cü ilin may ayından başlayaraq, üç hissəyə 12.500 manat borc vermis, cavabdeh ona borcu dekabr ayında qaytaracağını demişdir. 1000 manatı cavabdeh ona məhkəməsiz qaytarmışdır. Polisdə izahatından sonra 1000 manatını qaytarmış, indi də 10.500 manat borcu qalıb. Cavabdeh borcu iki dəfəyə 2023-cü ilin dekabr ayının 15-də, qalan hissəsini iyun ayında qaytaracağını demişdir. Polisdə onlara heç bir təzyiq olmayıb. Cavabdehin əri sərxoş olsaydı yenidən dəvət edilib izahatı alınardı. Cavabdeh onun pulunun olmasını bildiyindən ondan pul istəmiş, o da cavabdehə güvəndiyindən ona borc vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı “... sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirilsə də, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mülki iş üzrə iddiaçının tələblərindən müəyyən olunur ki, o, cavabdehə 2023-cü ilin may ayındah etibarən 11.500 manat borc vermiş, sonuncu aldığı borcdan 1.000 manat qaytarmış, qalıq borc 10.500 manat təşkil edir. İddiaçı iddia tələbində istinad etdiyi halların cavabdehin Nəsimi RPİ 19 PB-də verdiyi izahatı ilə təsdiq olunmasını bildirir. Cavabdeh iddiaçının tələbinə etiraz edərək bildirir ki, o, iddiaçını tanıyır, ondan faizlə 1.000 manat borc almış, həmin borcu faizi ilə qaytarmış, lakin iddiaçı ondan fantastik dərəcədə hesabladığı faizləri tələb etmişdir. Polis idarəsində ona və ərinə edilən təsir nəticəsində o, izahat yazsa da, izahatı imzalamamış, əri isə ümumiyyətlə izahat yazmamışdır. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Kollegiya təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları, yəni cavabdehə borc verməsini, borcun qaytarılmayan hissəsinin 10.500 manat olmasını cavabdehin və onun ərinin hüquq mühafizə orqanında verdiyi izahatları ilə sübuta yetirir. Kollegiya cavabdehin iddia tələbinə qarşı etirazında istinad etdiyi halları, apellyasiya şikayətinin dəlillərini, Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdiyi xüsusatları mülki işdə olan digər sübutlarla birlikdə tədqiq edib belə qənaətə gəlir ki, cavabdehin davranışı borc müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından yayınmaq məqsədi daşıyır. Belə ki, bir halda cavabdeh iddiaçıdan faizə borc götürməsini, tələb olunan vəsaitin faiz borcu olmasını, hüquqmühafizə orqanında təsir altında izahat yazmasını, izahatını imzalamamasını, ərinin ümumiyyətlə izahat yazmadığını, polis əməkdaşına pul vəsaiti verdiyini bildirdiyi halda, daha sonra izahatında polis əməkdaşının özünün ona izahat yazarkən “nədən qorxduğunu, istəyirsə yazdığı izahatının şəklini çəkə biləcəyini dediyini”, bundan sonra o, da yazdığı hələ imzalamadığı izahatının şəklini çəkdiyini, polisin izahatında qeyd etdiyi hərəkətləri barədə heç vaxt şikayət etmədiyini qeyd etməklə əslində, izahat yazarkən ona qarşı hər hansı bir təsirin, qanuna zidd davranışın olmadığını təsdiq edir. Daha sonra cavabdehin izahatından görünür ki, o, hüquqmühafizə orqanında izahat verdikdən sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Yəni onun Azərbaycan Respublikasında olmadığı halda belə ona və ailə üzvünə qarşı Azərbaycan Respublikasında olan aidiyyəti orqanlara müraciət etməklə qanunsuz davranışları mübahisələndirmək, ən azından izahatında etiraf etdiyi məbləğdə iddiaçıya borcunun olmadığını bildirmək imkanı olmuşdur. Bütün qeyd olunanlar cavabdehin etirazında, apellyasiya şikayətinin dəlillərində istinad olunan halların həqiqət olmaması, onun borc müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından yayınmaq məqsədi daşıması nəticəsinə gəlməyə əsas verdiyindən, kollegiya cavabdehin iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi, onun ərinin şahid qismində dindirilməsi ilə bağlı vəsatətlərini də əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Belə ki, cavabdeh polis əməkdaşının təklifi ilə özünün yazdığı izahatının şəklini çəkərkən, həmin izahatın özü tərəfindən yazılmasını məhkəmə iclasında bildirərkən həmin izahatın mətnində olan məlumatların onun iradə ifadəsi olmasını təsdiq etmiş, cavabdehin izahatı ilə eyni məzmunlu izahat verən ərinin də, verilmiş izahatları mübahisələndirilməməsi halı həmin sübutların yoxlanılmasına zərurətin olmamasına əsas verir. Çünki, cavabdehin özünün də, verdiyi izahatlarla həmin sübutların qanunun tələbləri pozulmadan əldə edilməsi təsdiq olunur. İstinad olunanlara əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas olmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış hüquqi əsaslandırma ilə bağlı qeyd edir ki, məhkəmənin mövqeyi qanunvericiliyin tələbinə və qətnamənin çıxarıldığı zaman formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmuşdur, buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında əks olunan hüquqi mövqeyə istinad oluna bilməzdi. Həmin qərarda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qeyd olunanları və MPM-nin 385.2-ci maddəsinin tələbini (Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.) nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə düzgün olduğundan əsaslandırmanın obyektiv səbəblərdən düzgün aparılmaması qətnamənin ləğvi üçün əsas ola bilər. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6929/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6929/2025
10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver