Məhkəmə qərarları › İş №2(103)-693/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-693/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-693/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X52 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar X48 və X9, Cavabdeh “X56.” Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı və digərlərinin cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı (Azərbaycan Respublikası ƏƏSMN yanında X57 Xidmətinin 4 saylı region üzrə X57 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)-19/2020 saylı qətnaməsindən cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qasımov Zaur Lətif oğlu, X48, X63, X18, X53, X21, X49, X10, X54, X22, X30, X35 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun, maddi ziyanın əvəzinin ödənilməsi və Əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, əmək müqaviləsi bağlamaqla, cavabdeh müəssisə olan “X56” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müxtəlif vəzifə və peşələr üzrə işə qəbul edilmişlər. Hər biri müxtəlif vaxt və müddətdə bu şirkətlə əmək münasibətlərindədirlər və halhazırda da əmək münasibətləri davam edir. Əmək münasibətlərində olduqları müddətdə “xxxx” şirkəti tərəfindən aşağıda göstərilən əmək hüquqları pozulub. Bu barədə cavabdeh müəssisənin rəhbərliyinə müraciət etsələr də heç bir nəticəsi olmamış və onların əmək hüquqları bərpa olunmamışdır: -Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödəniş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı: “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin və artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə əsasən- Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı quru yol əlaqəsi olmadıqda və sahildən 70-km-dən artıq məsafədə yerləşdikdə 1,75 məbləğində əlavə ödəniş müəyyən edilmişdir. “xxxx” Şirkətində müxtəlif müddətlərdə əmək münasibətlərində olduğuqları mümüddətdə onlara Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə uyğun olaraq onların əmək haqlarına dəniz əmsalına görə tarif vəzifə maaşının 75 faizi məbləğində əlavə ödəniş edilməmişdir. Onlarla bağlanmış Əmək müqavilələrində də, tarif maaşlarına 1,75 məbləğində əlavə ödənişin ödənilməsi barədə müvafiq bəndin salınmaması da təsdiq edir ki, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan bu ödəniş onlara ödənilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan 1 ilə görə dəniz əmsalına görə əlavə əmək haqqı, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. Göstərilən əmək haqqı mülki iş üzrə cavabdeh “X56” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir; -Susuzluq əmsalına görə əsas əmək haqqına əlavə ödəniş. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan cox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində miiəyyən edilib.“X56” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidə müxtəlif müddətlərdə əmək münasibətlərində olduğumuz müddətdə bizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsallar) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsinə uyğun olaraq, 40 faiz məbləğində susuzluğa görə əlavə əmək haqqı ödənilməmişdir. Hesab edirlər ki, qeyd olunan susuzluğa görə əlavə əmək haqqı da, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. Cavabdeh Şirkət tərəfindən əmək haqqına bu əlavə ödəniş könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir; -Qısaldılmış iş vaxtına görə əlavə saatların ikiqat ödənilməsi barədə. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağıristehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə” 6 noyabr 2001-ci il tarixli, 75 saylı qərarı ilə bu vəzifə və peşələrdə işləyən işçilərə 36 saat qısaldılmış iş saatı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə,müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən onların normal iş vaxtları həftədə 36 saatdan çox olmamalıdır. Lakin, cavabdeh müəssisə onları hər həftə 40 saatdan artıq işlətsədə, hər həftə üçün 4 saatdan artıq, ayda isə 16 saatdan artıq olmaqla əmək haqqlarını əmək münasibətlərində olduqları dövrdə ikiqat məbləğdə onlara ödəməmişdir. Hesab edirlər ki, 200 saata görə və bu normadan artıq saatlar olduğuna görə birqat məbləğdə deyil, ikiqat məbləğdə ödənilməlidir; -Gecə saatlarında işə görə əsas əmək haqqına əlavə ödəniş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 Aprel 2001-ci il tarixli, 74 saylı Qərarına əsasən, Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Hesab edirlər ki, qeyd olunan gecə saatlarına görə əlavə əmək haqqı da, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. Şirkət tərəfindən əmək haqqına bu əlavə ödəniş könüllü şəkildə ödənmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir; -İstifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə ödəniş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.2-ci maddəsinə əsasən, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş: "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə 5 İyul tarixli, 92 saylı qərarında da onların ən azı 6 təqvim günü əlavə məzuniyyət hüquqları təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü müddətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqı itirilir və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin - təqvim günlərinin sayına vurulur. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Son bir ildə onlara 6 təqvim gününə görə əlavə məzuniyyət pulu ödənilib. Əvvəlki illər üçün isə bu ödəmə həyata keçirilməyib. Bu səbəbdən 1 il ödəmə çıxılmaqla, 1 günlük əmək məzuniyyətinin sayı işçilərin ödənilməyən hər iş ilinə görə 6 əlavə məzuniyyət günləri nəzərə alınmaqla ödənilməlidir.Hesab edirlər ki, yuxarıda qeyd olunan istifadə edilməmiş məzuniyyətlər gününə görə məzuniyyət pulu da Şirkət könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla bizə ödənilməlidir. Müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib olunması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən, Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək vərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bizimlə bağlanmış Əmək müqavilələrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş və aşağıdakı məlumatlar göstərilməmiş və ya bir-biri ilə ziddiyət təşkil edir. İş rejimi və istirahət vaxtı qanunvericiliyin şərtlərinə uyğun göstərilməyib. Belə ki, onlar Xəzər dənizində iş növbəsindən qayıtdıqdan sonra onlara əvəz günü verilmir və quruda digər işlərə cəlb olunurlar. Eyni zamanda əmək haqqı hissəsində aylıq əmək haqqının məbləği ümumi şəkildə göstərilib. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələrin, mükafatların, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirik ki, Əmək müqaviləsində bizə ödənilən aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclər ayrı-ayrılıqda, iş vaxtı və iş rejimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qeyd olunmalıdır. Bu zaman qanunvericiliyə uyğun olaraq əlavə əmək haqqları olan: dəniz əmsalına görə, susuzluğa və gecə vaxtına görə əmək haqqları, əlavə məzuniyyət günləri və digər ödənclər konkret əmək müqaviləsində öz əksini tapmalıdır. Maddi ziyanın ödənilməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.1-ci maddəsinə əsasən, Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.2-ci maddəsinə əsasən, İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Hesab edirlər ki, pozulmuş hüquqları bərpa olunmalı, cavabdeh: “X56” şirkətindən bizim xeyrimizə: dəniz əmsalına görə, normadan artıq işə görə, məzuniyyət puluna və maddi ziyana görə pul tutulmaqla onlara ödənilməli və əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib olunması barədə qərar qəbul edilməli və Cavabdeh: “X56”-in Azərbaycan Nümayəndəliyindən İddiaçı xeyrinə dəniz əmsalına görə: 1 ilə görə 25748 manat, 11 ilə görə 283228 manat, susuzluğa görə: 1 ilə görə 13760,1 ilə görə151360 manat, gecə puluna görə: 1 günə görə 80 manat, 86 günə görə 6880 manat, 11 ilə görə 25680 manat, normadan görə 3992 manat, 11 ilə görə 43915 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 15972 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X31 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 21378 manat, 10 ilə görə 213780 manat, susuzluğa görə: 1 ilə görə 11401 manat, 10 ilə görə 114010 manat, gecə puluna görə: 1 günə görə 65.15 manat, 87 günə görə 5668 manat, 10 ilə görə 568000 manat, normadan artıq işə görə: 1 ilə görə 3258 manat, 10 ilə görə 32580 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə 10924 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X55 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 11602 manat, 6 ilə görə 69612 manat, susuzluğa görə: 1 ilə görə 6187 manat, 6 ilə görə 37122 manat, gecə puluna görə: 1 günə görə 48.72 manat, 64 günə görə 3118 manat, 6 ilə görə 18712 manat, normadan artıq işə görə : 1 ilə görə 2436 manat, 6 ilə görə 14616 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 3549 və maddi ziyanın əvəzi kimi 5000 nıaııat pulun tutulması barədə, X4 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 12164 manat, 4 ilə görə 48656 manat, susuzluğa görə: 1 ilə görə 6487 manat, 4 ilə görə 25948 manat, gecə puluna görə 1 giinə görə 46.67 manat, 70 günə görə 3267 manat, 4 ilə görə 13068 manat normadan artıq işə görə: 1 ilə görə 2334 manat, 4 ilə görə 9336 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 2232 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X6 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 7963 manat, 4.5 ilə görə 35834 manat, susuzluğa görə: 1 ilə görə 4247, 4.5 ilə görə 19112 manat, gecə puluna görə: 1 günə görə 46.67 manat, 46 günə görə 2147 manat, 4.5 ilə görə 9662 manat, normadan artıq işə görə 1 ilə görə 2334 manat, 4.5 ilə görə 10503 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 2108 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X32 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 12076, 3 ilə görə 36228 manat, susuzluğa görə: 1 ilə görə 6441, 3 ilə görə 19323 manat, gecə puluna görə: 1 günə görə 46.67 manat, 69 günə görə 3220 manat, 3 ilə görə 9660 manat, normadan artıq işə görə 1 ilə görə 2334 manat, 3 ilə görə 7002 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 1476 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X3 xeyrinə miilki iş üzrə cavabdeh “X56” şirkətindəndəniz əmsalına görə: 1 ilə görə 2205 manat, 1.5 ilə görə 3308 manat, susuzluğa görə: 1 ilə görə 1200 manat, 1.5 ilə görə 1800 manat, gecə puluna görə: 1 günə görə 40 manat, 15 günə görə 600 manat, 1,5 ilə görə 900 manat, normadan artıq işə görə: 1 ilə görə 1960 manat, 1.5 ilə görə 2960 manat, və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X36 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 12055 manat, 2.5 ilə görə 30138 manat, susuzluğa görə: 1 ilə görə 6560 manat, 2.5 ilə görə 6400 manat, gecə puluna görə: 1 günə görə 40 manat, 82 günə görə 3280 manat, 2.5 ilə görə 8200 manat, normadan artıq işə görə: 1 ilə görə 1960 manat, 2.5 ilə görə 4150 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 1071 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X15 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 6542 manat, 3.5 ilə görə 22897 manat, susuzluğa görə: 1 ilə görə 3560 manat, 3.5 ilə görə 12460 manat, gecə puluna görə: 1 günə görə 40 manat, 45 günə görə 1800 manat, 3.5 ilə görə 6300 manat,normadan artıq işə görə: 1 ilə görə 1960 manat, 3.5 ilə görə 5810 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 1095 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X11 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 880 manat, 1.5 ilə görə 1320 manat, susuzluğa görə: 1 ilə görə 469 manat, 1.5 ilə görə 704 manat, gecə puluna görə: 1 günə görə 33.53 manat, 7 günə görə 235 manat, 1.5 ilə görə 353 manat, normadan artıq işə görə 1 ilə görə 1676 manat, 1.5 ilə görə 2514 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, X19 xeyrinə mülki iş üzrə cavabdeh “X56” şirkətindən dəniz əmsalına görə: 1 ilə görə 7670 manat, 1.5 ilə görə 11505 manat, susuzluğa görə: 1 ilə görə 4310 manat, 1.5 ilə görə 6425 manat, gecə puluna görə: 1 günə görə 33.53 manat, 7 günə görə 235 manat, 1.5 ilə görə 3067 manat, normadan artıq işə görə: 1 ilə görə 1676 manat, 1.5 ilə görə 2514 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə, bağlanmış əmək müqavilələrində iş və istirahət rejiminin, əlavə əmək haqqları olan: dəniz əmsalının, susuzluğa və gecə vaxtına görə əmək haqqının, əlavə məzuniyyət günlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tərtib olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində 11 iyul 2016-cı il tarixli iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı, X48, X63, X18, X53, X21, X49, X10, X54, X22, X30, X2 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh ''X56” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmək haqqında əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun, maddi ziyanın əvəzinin ödənilməsi və Əmək müqaviləsinin Əmək Mcəlləsinin tələblərinə uyğun tərtib edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı, X48, X63, X18, X53, X21, X49, X10. X54, X22, X30, X35 əmək haqqlarının düzgün hesablanmadığını əsas gətirərək cavabdehdən müvafiq olaraq 1 ilə, 10 ilə, 6 ilə, 4 ilə, 4,5 ilə, 3 ilə, 1.5 ilə, 2.5 ilə, 3,5 ilə, 1,5 ilə və 1.5 ilə görə kompensasiyaların ödənilməsini tələb etmişdilər. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, iddiaçıların iddia ərizələrində qaldırdıqları məsələlərlə bağlı cavabdeh tərəf aşağıdakıları bildirir: 1.Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödənişi haqqında tələbə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsi Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarını müəyyən edir. İşçilər ilə bağlanmış əmək müqaviləsinin 5.2 bəndinə əsasən, "Əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə əlavə ödənilir. İş şəraitinə görə ödənilən əmək haqqına əlavə qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödənişi özündə nəzərdə tutur”. Təqdim edilən iddia ərizəsində dəniz əmsalının hesablanması zamanı Şirkət tərəfindən seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə ödənilən əlavə məbləğlər nəzərə alınmayıb, işçilərin Xəzər dənizində işə cəlb edildiyi obyektlərin sahildən maksimal uzaqlıqda yerləşməsi fərziyyə olunub və bununla da maksimal əmsal tətbiq edilib. Yuxarıdakıları nəzərə alaraq iddia bu hissədə əsaslı deyil.

2. Susuzluq əmsalına görə əsas əmək haqqına əlavə ödəniş edilməsi tələbinə dair. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli oimayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsi ilə müəyyən olunan susuzluq əmsalı torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə ödənilməlidir. Sözügedən əmsal yalnız daimi su mənbəyindən uzaq olan torpaq ərazilərinə şamil edilir. Cavabdehin ofisi Bakı Şəhəri daxilində yerləşir və daimi olaraq su ilə təmin olunur. Susuzluq əmsalı Xəzər dənizində yerləşən obyektlərə (platformalara) münasibətdə tətbiq oluna bilməz. Odur ki, susuzluq əmsalına dair iddiaçılar tərəfindən irəli sürülən tələb qanuni əsasa malik deyildir.

3. Qısaldılmış iş vaxtına görə əlavə saatların ikiqat ödənilməsi barədə iddia tələbinə dair. "36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-ci il tarixli 175 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçıların peşə vəzifələrinin təsnifatı və əmək müqaviləsi üzrə vəzifələri aşağıda verilir. Göstərilən vəzifələr Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 175 saylı qərarı ilə müəyyən olunan 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı hüququna malik vəzifələr siyahısına daxil deyildir. Yuxarıdakıları nəzərə alaraq qısaldılmış iş vaxtına görə əlavə saatlarda işə görə əmək haqqının ödənilməsi haqqında iddia tələbini əsassız hesab edirik.

4. Gecə saatlarında işə görə əsas əmək haqqımı əlavə ödəniş edilməsi haqqında iddia tələbinə dair. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı Qərarına əsasən, “Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməlidir”. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçıların aid olduğu avadanlıqların təmiri üzrə işçi heyət Xəzər dənizində yerləşən platformalarda çoxnövbəli iş rejimi əsasında işləmir və onların əmək funksiyaları əsasən gündüz iş saatlarında həyata keçirməsi nəzərdə tutulur. Əgər İşçinin gecə saatlarında işə çıxması tələb olunursa, 74 saylı qərarın tələblərinə əməl edilməklə, işin hər gecə saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi miqdarında haqq ödənilir. Təmir heyətinin çoxnövbəli iş rejimində işləməməsi, o cümlədən bu kateqoriya işçilər üçün axşam növbəsinin və daimi gecə növbəsinin müəyyən olunmadığı üçün əmək haqqına 40% əlavənin edilməsi tələbi də əsassızdır.

5. 1 iyun 2014-cü il tarixindən əvvəlki iş dövrü üçün Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə 6 məzuniyyət günü əvəzinə ödənişin edilməsi tələbinə dair. "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 İyul 2004-cü il tarixli, 92 saylı qərarı ilə müəyyən edilir. İddiaçıların peşə vəzifələrinin təsnifatı Nazirlər Kabinetinin qeyd olunan 92 saylı qərarı ilə müəyyən olunan siyahiya daxil deyildir. İddiaçılar ilə bağlanılmış əmək müqaviləsinə 1 İyul 2014-ci il tarixində edilmiş dəyişikliklərə əsasən peşəsindən asılı olmayaraq dənizdə işlərə cəlb edilən bütün işçilər üçün Şirkət əlavə məzuniyyət günü müəyyən etmişdir. Lakin, əvvəlki iş illəri üçün əlavə 6 gün məzuniyyətin qanun ilə təsbit edilmiş əsası yoxdur.

6. Əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib olunmaması tələbinə dair. Azərbaycan Respulikasnın Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci bəndinə əsasən: "İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir’'. Həmin maddənin 3-cü bəndinə əsasən, “İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllədə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti” işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan is vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Şirkətinin iş fəaliyyətinin xüsusiyyətlərindən irəli gələrək və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 3-cü bəndinin verdiyi hüquqdan istifadə edərək, şirkət Salyan Şossesi 10 ünvanında yerləşən bazasında, həm də şirkətin bilavasitə xidmət göstərdiyi dəniz obyektlərində işləməsinə ehtiyac olan işçilər üçün uçot müddəti 1 təqvim ili (yanvar ayının 1-dən dekabr ayının 31-ə kimi) olmaqla iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi ilə operativ tənzimlənən növbəli iş rejimi müəyyən olunmuşdur. İşçinin illik iş saatlarının sayı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş həftəlik 40 saat iş norması əsasında müəyyən olunmuş illik iş saatlarının normasında çox olmamalıdır. İşçinin gündəlik iş saatlarının sayı əmək funksiyalarını faktiki yerinə yetirdiyi iş yerindən asılı olaraq fərqlənir: -İşəgötürənin baza və ofisində işlədikdə, 8 saatlıq iş günü və bir saat nahar fasiləsi. Nahar fasiləsi iş vaxtına daxil deyildir. -Qurudakı və ya dənizdəki qazma sahəsində olduqda, toplamda 2 saat istirahət və nahar vaxtına verilməklə 12 saatdan çox olmayan iş növbəsi. İstirahət və nahar müddəti iş vaxtına daxil deyildir. Operativ tənzimlənən növbəli iş rejimində çalışan işçilərin növbə cədvəlləri əməliyyat zəruriyyətinə uyğun olaraq operativ qaydada korrektə oluna bilər. Həmçinin, qeyd etmişdir ki, Schlumberger şirkətinin əsas fəlsəfi prinsiplərindən biri işçi heyyətin potensialının saxlanılması və inkişaf etdirilməsidir. Odur ki, şirkət işçilər ilə münasibətlərin qanuni əsaslarda qurulmasında maraqlıdır. İddiaçı oğlu və qeyriləri 10.06.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim etmişdir. Məhkəmənin 12 aprel 2017-ci il tarixli, 2(009)-267/2017 saylı qərardadı ilə “əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportunun etibarsız hesab edilməklə ləğv edilməsi” barədə əlavəsi geri qaytarılmışdır. İddiaçı X18 22.04.2016-cı ildə ərizə ilə “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyinə müraciət edərək qaldırdığı iddia üzrə razılığa gəldiyindən iddiadan imtina etmişdir. Məhkəmənin 05 avqust 2020-ci il tarixli qərardadı ilə tələbin X8 aid olan hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)-19/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçılar İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik), X37 21.378 (iyirmi bir min üç yüz yetmiş səkkiz manat), X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik), X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik), X38 10.656 (on min altı yüz əlli altı manat), X5 1.739 (min yeddi yüz otuz doqquz manat), X44 10.010 (on min on manat), X23 6542 (altı min beş yüz qırx iki manat), X20 880 (səkkiz yüz səksən manat), X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) “ pulun tutulması, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərclərinin İddiaçı 15 manat, X50 15 manat, X7 10 manat, X33 20 manat, X27 20 manat, X1 15 manat, X12 30 manat, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 505 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X24, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)-19/2020 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iş üzrə iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar ərizələrində göstərmişdirlər ki, onlarla bağlanmış əmək müqavilələrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş və aşağıdakı məlumatlar göstərilməmiş və ya bir-biri ilə ziddiyət təşkil etmişdir. İş rejimi və istirahət vaxtı qanunvericiliyin şərtlərinə uyğun göstərilməyib. Belə ki, onlar Xəzər dənizində iş növbəsindən qayıtdıqdan sonra onlara əvəz günü verilmir və quruda digər işlərə cəlb olunurlar. Eyni zamanda, əmək haqqı hissəsində aylıq əmək haqqının məbləği ümumi şəkildə göstərilib. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edilmişdir ki, əmək müqaviləsində bizə ödənilən aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclər ayrı-ayrılıqda, iş vaxtı və iş rejimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qeyd olunmalıdır. Bu zaman qanunvericiliyə uyğun olaraq, əlavə əmək haqqları olan: dəniz əmsalına görə, susuzluğa və gecə vaxtına görə əmək haqqları, əlavə məzuniyyət günləri və digər ödənclər konkret əmək müqaviləsində öz əksini tapmalıdır. İşçilər ilə bağlanmış əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən, “Əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə əlavə ödənilir. İş şəraitinə görə ödənilən əmək haqqına əlavə qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödənişi özündə nəzərdə tutur.” Təqdim edilən iddia ərizəsində dəniz əmsalının hesablanması zamanı şirkət tərəfindən seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə ödənilən əlavə məbləğlər nəzərə alınmamışdır. Məhkəmə baxışı zamanı cavabdeh dəfələrlə bu arqumentə istinad edərək, xahiş etmişdir ki, cavabdehin iddiaçılarla bağladığı əmək müqavilələrinin 5.2-ci bəndinə əsasən iddiaçılara ödənilmiş pullar eyni dövr üçün iddiaçılara qanunvericiliyə əsasən ödənilməli olan sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı çıxılsın və əldə olunan məbləği cavabdeh iddiaçılara ödəməyə hazırdır. Məhkəmə cavabdehin vəsatətini təmin edərək iş üzrə təkrar məhkəmə mühasibat ekspertizası təyin etmişdir və ekspertin qarşısında aşağıdakı sualları qoymuşdur: İddiaçılar İddiaçı və başqalarının “X56” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə 01.04.2015- 31.03.2016-cı ili əhatə edən dövr ərzində iddiaçılara ödənilmiş əmək haqqına əlavələrin: a) seqmentdəki işin şəraitinə görə onlarla bağlanmış əmək müqavilələrinin 5.2-ci bəndinə əsasən ödənilməli olan əlavələrin məbləği nə qədər təşkil edir? (iddiaçıların hər biri üçün ayrı-ayrılıqda göstərilməklə), (cavabdeh “X56” şirkəti tərəfindən təqdim edilmiş seqmentdə iş şəraitinə dörə ödənilməli olan əlavələrin hesablama meyarları nəzərə alınmaqla) b) qanunvericiliklə nəzərdə tutulmuş qaydada sahillə əlaqə şəraitinə görə (dəniz əmsalı nəzərə alınmaqla) əmək haqqına ödənilməli əlavələrin məbləği nə qədər təşkil edir? (iddiaçıların hər biri üçün ayrı-ayrılıqda göstərməklə) 01.04.2015-31.03.2016-cı il ərzində iddiaçılara ödənilmiş əmək haqqına əlavələrin məbləği nə qədər təşkil edir? Lakin ekspert məhkəmənin onun qarşısında qoyduğu sualları tam cavablandırmamışdır. Ekspert rəyində bildirmişdir ki, məhkəmə onun vəsatətini təmin etmədiyinə, mütəxəssis təyin etmədiyinə görə, o, işdə olan mütəxəssis Əlif Baxşəliyevin arayışına əsaslanaraq rəyini tərtib etmişdir. Mütəxəssis Ə.Baxşəliyev isə əsassız olaraq, iddiaçıların bağladıqları əmək müqavilələrinin 5.2-ci bəndinə əsasən, ödənilmiş əmək haqqına əlavələrin qanunvericiliyə əsasən ödənilməli olan sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarına aidiyyəti olmadığını bildirmişdir. Bu zaman mütəxəssis əmək müqavilələrinin 5.2-ci bəndinin hansı normaya uyğun olmadığını arayışında qeyd etməmişdir. Halbuki, əmək müqavilələrinin müəyyən etdiyi qaydanın qanunvericiliyə zidd olub-olmadığına, həmin qaydada ödənilmiş vəsaitlərin nəzərə alınıb alınmaması hüquqi məsələdir və məhkəmə tərəfindən müşavirə otağında həll olunmalıdır. Ekspert mütəxəssisin qanunsuz əsassız arayışına istinad edərək məhkəmənin onun qarşısında qoyduğu sualı (əmək müqavilələrinin 5.2-ci bəndinə əsasən ödənilmiş əlavələr hissəsində) cavablandırmamışdır. Məhkəmə də həmin qanunsuz, əsassız ekspert rəyinə əsaslanaraq, əsassız qətnamə qəbul etmişdir. 22.07.2020-ci il tarixdə Səbail rayon məhkəməsi iş üzrə icraatın təzələnməsi barədə 21.07.2020 tarixli qərardadı və məhkəmə iclasının 05.08.2020 tarixə saat 11.40 təyin edilməsi barədə bildirişini tərəflərə göndərmişdir. Lakin, həmin bildirişin çatdırılmasında istifadə edilən poçt zərfinin üzərindəki AZİ003 nömrəli poçt şöbəsinin ştampından görünür həmin sənədlər məhkəmə tərəfindən cavabdehə 29.07.2020 tarixdə göndərilmişdir. Qeyd edilən poşt zərfi cavabdehin yerləşdiyi ərazinin AZİ023 nömrəli poçt şöbəsinə 04.08.2020 tarixdə daxil olmuşdur və bu barədə poşt zərfinin üzərinə müvafiq ştamp vurulmuşdur. Qeyd edilən zərf cavabdehə 05.08.2020-ci il tarixdə günün ikinci yarısında çatdırılmışdır. Bu üzürlü səbəbdən cavabdeh 05.08.2020 tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin, məhkəmə qətnaməsində guya cavabdehi lazımi qaydada məlumatlandırdığını və cavabdehin məlum olmayan səbəblərdən məhkəmə iclasına gəlmədiyini yazmışdır. Beləliklə, cavabdehin məhkəmə iclasında iştirak etmək, sübutları təqdim etmək, etirazlar, vəsatətlər vermək hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək 2015-ci ilin aprel-2016-cı ilin mart aymadək (mart ayı daxil) ödənilməmiş 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik), X37 21.378 (iyirmi bir min üç yüz yetmiş səkkiz manat). X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik), X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik), X38 10.656 (on min altı yüz əlli altı manat), X5 1.739 (min yeddi yüz otuz doqquz manat), X44 10.010 (on min on manat), X23 6542 (altı min beş yüz qırx iki manat), X20 880 (səkkiz yüz səksən manat), X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) “X56.” Azərbaycan Respublikasındakı nümayəndəliyindən pul tutulmalıdır. Məhkəmənin qətnaməsini iddianı qismən təmin edilməsi hissəsində əsassız və qanunsuz hesab edirik. Cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasında nümayəndiliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumatlandırılmamışdır. Bu səbəbdən hakim həmin tarixdə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1476 saylı, 16 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki,ekspertiza qarşısında iddiaçılar İddiaçı və digərlərinin “X56.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə 01.04.2015-31.03.2016-cı ili əhatə edən dövr ərzində iddiaçılara ödənilmiş əmək haqqına əlavələrin: a) seqmentdəki işin şəraitinə görə (bonus) ödənilməli olan əlavələrin məbləği nə qədər təşkil edir? ( iddiaçıların hər biri üçün ayrı-ayrılıqda göstərilməklə), ( cavabdeh “X56.” tərəfindən təqdim edilmiş seqmentdə iş şəraitinə görə ödənilməli olan əlavələrin hesablama meyarları nəzərə alınmaqla), b) qanunvericiliklə nəzərdə tutulmuş qaydada sahillə əlaqə şəraitinə görə ( dəniz əmsalı nəzərə alınmaqla) əmək haqqına ödənilməli əlavələrin məbləği nə qədər təşkil edir? (iddiaçıların hər biri üçün ayrı-ayrılıqda göstərilməklə) və 01.04.2015-31.03.2016-cı il ərzində iddiaçılara ödənilmiş əmək haqqına əlavələrin məbləği nə qədər təşkil edir sualları qoyulmuşdur. Ekspert rəyində göstərmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat” ında qeyd edilir ki, “rəy verilməsi üçün Mərkəzin əməkdaşı olmayan şəxslərin xüsusi biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququ vardır.” İş üzrə məhkəmə orqanına mütəxəssisin tədqiqata cəlb edilməsi ilə bağlı 07.01.2020-ci il tarixli və 06.03.2020-ci il tarixli ekspert vəsatətləri göndərilmiş, lakin mütəxəssisin tədqiqata cəlb edilməsi təmin olunmamışdır. Ona görə də hazırki tədqiqat iş materiallarında olan məlumatlara əsasən aparılmışdır. Bununla bağlı bildirmək istərdik ki. əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən iddiaçılara ödənilmiş əmək haqqına əlavələrin hesablanması üçün heç bir mütəxəssisə ehtiyac yoxdur. Orta ixtisaslı iqdisadçı, mühasib bu hesablamaları yoxlaya bilər. Lakin ekspert həmin hesablamaları aparmaqdan, məhkəmənin onun qarşısında qoyduğu suala cavab verməkdən açıq-aşkar qanunsuz yayınmışdır və bunun səbəbi onun işə mütəxəssis cəlb edilməsi barədə vəsatətinin məhkəmə tərəfindən təmin edilməməsini göstərmişdir. Əgər ekspertin onun qarşısına qoyulan suallara cavab verməyə biliyi, təcrübəsi çatmırsa, o zaman o, mütəxəssisi işə cəlb etmək üçün işi məhkəməyə geri qaytarmalı idi, çünki iş üzrə icraat təzələnmədən, məhkəmə iclası keçirilmədən, məhkəmə qərardad qəbul edərək mütəxəssis cəlb edə bilməz. Beləliklə, ekspert qəsdən məhkəmə qarşısında icrası mümkün olmayan vəsatət qaldırmışdır və sonradan həmin vəsatətin təmin olunmamasını, iş üzrə qanunsuz rəy verilməsini əsaslandırmağa cəhd etmişdir. Ekspert rəyində qeyd etmişdir ki, o rəyini 4 saylı region üzrə X42 baş əmək müfəttişi X61 tərəfindən verilmiş mütəxəssis arayışına əsasən yazıb. Əlif Baxşiyev isə arayışında məhkəmənin səlahiyyətinə aid olan hüquqi məsələyə qiymət verib və qeyd edib ki, guya əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən, ödənilən əmək haqqına əlavənin sahil ilə əlaqəyə görə dövlət tərəfindən müəyyən edilmiş əlavəyə aidiyyatı yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X56.” Şirkətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək, qətnamənin apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X48 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində gösğərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X21 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində gösğərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçılar İddiaçı, X63, X49, X13, X54, X29, X30 və X35 və 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X57 Xidmətinin 4 saylı region üzrə X46 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçıların və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)-19/2020 saylı qətnaməsi qismən- cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçılar X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik), X44 10.010 (on min on manat), X23 6542 (altı min beş yüz qırx iki manat), X20 880 (səkkiz yüz səksən manat), X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) “ pulun tutulması və iddianın həmin iddiaçılara aid təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissələrdə iddiaçılar X63, X54, X29, X30 və X35 iddiadan imtina etdikləri üçün iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin -iddiaçılar İddiaçı, X48, X21, X49, X5 aid iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf yalnız qeyd olunan hissədən apellyasiya şikayəti vermiş, iddiaçılar apellyasiya şikayəti verməmişlər. Belə ki, iş materiallarında olan elektron sistemdən çıxarılmış vergi ödəyicilərin məlumat bazasından görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqi ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi göstərilmişdir. İş materiallarında olan 000092 saylı, 02.06.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. (Elektronika üzrə texnik 3 vəzifəsinə,) İş materiallarında olan 000007 saylı, 02.06.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X51 arasında əmək müqaviləsi bağlanmışdır. 01 iyul 2014-cü il tarixdə AZ-130 qeydiyyat nömrəli əlavələr 000007 saylı əmək müqaviləsinə əlavə edilmişdir. (Təmir üzrə texnik 3 vəzifəsinə) İş materiallarında olan 312 saylı, 02.06.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X21 arasında əmək müqaviləsi bağlanmışdır. 01 iyul 2014-cü il tarixdə AZ-130 qeydiyyat nömrəli əlavələr 312 saylı əmək müqaviləsinə əlavə edilmişdir. (Elektronika avadanlıqlarının təmiri üzrə texnik 2 vəzifəsinə) İş materiallarında olan AZ-39 saylı, 02.06.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X49 arasında əmək müqaviləsi bağlanmışdır. 01 iyul 2014-cü il tarixdə AZ-130 qeydiyyat nömrəli əlavələr AZ-39 saylı əmək müqaviləsinə əlavə edilmişdir. (Elektronika üzrə texnik 2 vəzifəsinə) İş materiallarında olan AZ 118 saylı, 03.09.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X10 arasında əmək müqaviləsi bağlanmışdır. (Mexanika üzrə texnik vəzifəsinə) İş materiallarından olan Attestasiya protokolundan görünür ki, “X56.” Şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyi Fövqəladə Hallar Nazirliyi X47 və X14 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X34-Tədqiqat İnstitutu ilə birlikdə özünün iş yerlərinin attestasiyasını keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21170 saylı, 28 fevral 2017-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçılara ödəniləcək əlavələrin müəyyən edilməsi üçün tələb olunan sənədlər tam şəkildə təqdim edilmədiyindən hesablamanın aparılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 20.00 (iyirmi manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15575 saylı, 25 dekabr 2017-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçılara Dəniz əmsalına görə 75 faiz ödənilməli olan lakin ödənilməmiş əlavənin və həmin ödənişə hesablanmış 5% məbləği İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik) 5 faiz-1234.80 manat, X37 23.617.20 (iyirmi üç min altı yüz on yeddi manat iyirmi qəpik) 5 faizi-1180.90 manat, X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik) 5 faizi-539.31 manat, X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik) 5 faizi-363.90 manat, X38 10.656 (on min altı yüz əlli altı manat) 5 faizi-532.80 manat, X5 1.739 (min yeddi yüz otuz doqquz manat) 5 faizi 87 manat, X44 10.010 (on min on manat) 5 faizi-500.50, X23 7.736.80 (yeddi min yeddi yüz otuz altı manat səksən qəpik) 5 faizi 387 manat, X20 2.175.70 (iki min yüz yetmiş beş manat yetmiş qəpik) 5 faizi 109 manat, X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) 5 faizi 223 manat kimi qeyd edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 150,0 (yüz əlli manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6847 saylı, 23 oktyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçılara əlavələrin məbləği ilə onlara Dəniz əmsalına görə 75 faiz ödənilməli olan əlavə ödənişin miqdarı arasındakı fərq İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik) 5 faiz- 4500.23 manat, X37 23.617.20 (iyirmi üç min altı yüz on yeddi manat iyirmi qəpik) 5 faizi-4303.62 manat, X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik) 5 faizi-1965.48 manat, X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik) 5 faizi-1326.12 manat, X38 10.656 (on min altı yüz əlli altı manat) 5 faizi-1941.76 manat, X5 1.739 (min yeddi yüz otuz doqquz manat) 5 faizi 316.94 manat, X44 10.010 (on min on manat) 5 faizi 1824.0 manat, X23 7.736.80 (yeddi min yeddi yüz otuz altı manat səksən qəpik) 5 faizi 1409.97 manat, X20 2.175.70 (iki min yüz yetmiş beş manat yetmiş qəpik) 5 faizi 1061.3 manat, X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) 5 faizi 812.54 manat kimi qeyd edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 170,0 (yüz yetmiş manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31595 saylı, 01 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçılara əlavələrin məbləği ilə onlara Dəniz əmsalına görə 75 faiz ödənilməli olan əlavə ödənişin miqdarı arasındakı fərq İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik) 5 faiz- 5659.59 manat, X37 23.617.20 (iyirmi üç min altı yüz on yeddi manat iyirmi qəpik) 5 faizi-5412.32 manat, X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik) 5 faizi-2471.83 manat, X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik) 5 faizi-1667.75 manat, X38 10.656 (on min altı yüz əlli altı manat) 5 faizi-2442.0 manat, X5 1.739 (min yeddi yüz otuz doqquz manat) 5 faizi 398.58 manat, X44 10.010 (on min on manat) 5 faizi- 2293.91, X23 7.736.80 (yeddi min yeddi yüz otuz altı manat səksən qəpik) 5 faizi 1773.17 manat, X20 2.175.70 (iki min yüz yetmiş beş manat yetmiş qəpik) 5 faizi 1163.44 manat, X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) 5 faizi 1021.85 manat kimi qeyd edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 145,0 (yüz qırx beş manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1476 saylı, 16 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən 2015-ci ilin aprelindən-2016 ilin mart ayınadək (mart ayı daxil) ödənilməmiş Dəniz əmsalına görə 75 faiz ödənilməli olan əlavə İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik), X37 23.617.20 (iyirmi üç min altı yüz on yeddi manat iyirmi qəpik), X59 10.786.20 (on min yeddi yüz səksən altı manat iyirmi qəpik), X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik), X38 10.656 (on min altı yüz əlli altı manat), X5 1.739 (min yeddi yüz otuz doqquz manat), X44 10.010 (on min on manat), X23 7.736.80 (yeddi min yeddi yüz otuz altı manat səksən qəpik), X20 2.175.70 (iki min yüz yetmiş beş manat yetmiş qəpik), X26 4.458.70 (dörd min dörd yüz əlli səkkiz manat yetmiş qəpik) kimi qeyd edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 145,0 (yüz qırx beş manat) təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci bəndinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. İlk öncə məhkəmə qeyd etmişdir ki, bir ildən artıq dövrə aid olan pul və digər əmlak tələbləri ilə əlaqədar, iddiaçıların ziyan vurmaqla bağlı cavabdehə qarşı belə iddia tələbi irəli sürmələri qanuna uyğun deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Birinci tələblə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının bu tələbi qanuna uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: sahillə quru yol əlaqəsi olduqda-1,4 quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər-1,5 5 km-dən 70 km-ə qədər 1,65, 70 km-dən artıq 1,75 Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci bəndinə əsasən işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Belə ki, iş materiallarında olan haqq-hesab sənədlərindən görünür ki, əmək haqqına tarif vəzifə maaşına 75 faiz dəniz əmsalına görə əlavələrin ödənilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə yuxarıda qeyd edilənlərə və iş materiallarında olan sübutlara əsasən hesab etmişdir ki, iddia qismən təmin edilərək 2015-ci ilin aprel-2016-cı ilin mart ayınadək (mart ayı daxil) ödənilməmiş 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə İddiaçı 24.696.50 (iyirmi dörd min altı yüz doxsan altı manat əlli qəpik), X37 21.378 (iyirmi bir min üç yüz yetmiş səkkiz manat), X16 7.277.30 (yeddi min iki yüz yetmiş yeddi manat otuz qəpik), X38 10.656 (on min altı yüz əlli altı manat), X5 1.739 (min yeddi yüz otuz doqquz manat) “X56.” Azərbaycan Respublikasındakı nümayəndəliyindən pul tutulmalıdır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5733 saylı, 29 aprel 2019-cu il tarixli təkrar ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsind göstərildiyi kimi, iş materiallarında olan sənədlərə və mütəxəsis rəyində qeyd olunanlara əsasən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) minimum miqdarının müəyyən edilməsi haqqında Qərarın 4-cü maddəsinə uyğun olaraq Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin taarif vəzifə maaşına 75 faiz məbləğdə əlavə ödəniş edilməlidir. Müəssisə tərəfindən iddiaçılara Dəniz əmsalına görə əlavə ödəniş hesablanmamış və ödənilməmişdir. AR ƏM-nin 173-cü maddəsinin 2-ci bəndində işçilərin haqq-hesab sənədlərində aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər,onların növü və məbləğləri: Müəssisənin haqq-hesab sənədlərində taarif vəzifə maaşına 75 faiz Dəniz əmsalına görə əlavə ödənişlər barədə heç bir məlumat yoxdur. (bildirirəm ki, bu iddia ilə əlaqədar olaraq Səbail rayon Məhkəməsinə 28.04.2017-ci il tarixdə arayış verilmişdir). Qeyd edilir ki, müəssisə tərəfindən işçilərin əmək haqqı hesablanarkən AR ƏM-nin 173-cü maddəsinin 2-ci bəndinə tam riayyət edilir. Belə ki, işçilərin əmək haqqı hesablanarkən əmək haqqına mükafatlar habelə digər ödənişlər onların növü və məbləğləri tam olaraq göstərilmişdir. Lakin işçilərin tarif vəzifə maaşına 75 faiz Dəniz əmsalına görə əlavə ödəniş hesablanmamışdır. Müəssisənin nümayəndəsinin və vəkilinin rəyinə əsasən müəssisə tərəfindən işçilərə ödənilən əlavə və əlavələr (WS WPS kontakt, WS WPS standart) Dəniz əmsalına görə ödənilən əlavə hesab edilir. Bildirilir ki, əmək haqqının hesablanması cədvəlində bu əlavələrin müəssisə tərəfindən ödənilən əlavələr olduğu göstərilir. Belə ki, bu əlavə və əlavələri cəmlədikdə işçilərə ödənilməli olan 75 faiz Dəniz əmsalına görə ödəniləcək məbləğə uyğun gəlmir. Bunlara aydınlıq gətirmək üçün müəssisənin maliyyə və mühasibatlıq şöbəsinin məsul şəxsi ilə görüşmək istədikdə mühasibatlıq sənədlərinin hesabatının Rusiya Federasiyasından hesablanaraq şirkətin Azərbaycan nümayəndəliyinə göndərildiyi bildirilmişdir. (Müəssisənin nümayəndəsi Sevinc xanımın dediyinə görə). Qeyd: Şirkətin Rusiya Federasiyasında fəaliyyət göstərdiyi Nümayəndəlikdə işçilərə Dövlət tərəfindən nəzərdə tutulmuş əlavələrdən başqa müəssisə tərəfindən ödənilən əlavələr cəmlənərək ödənilir. Nədənsə bu hal şirkətin Azərbaycan nümayəndəliyində nəzərə alınmır. İddiaçılara hesablanıb ödənilməmiş 75 faiz Dəniz əmsalına görə əlavənin hesablanaraq ödənilməsini məqsədəuyğun hesab edir. Nümayəndəlik tərəfindən ödənilən əlavənin dəniz əmsalına heç bir aidiyyatı yoxdur. AR ƏM-nin 165-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin bir saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir. Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq taarif(vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır. Bundan başqa baş əmək müfəttişi X62 tərəfindən verilmiş 20.09.2017-ci il tarixli arayışa əlavədə İddiaçı Ayaz oğlu tərəfindən verilmiş 20.09.2017-ci il tarixli arayışa əlavədə İddiaçı və digərlərinə ödənilməmiş 75 faiz Dəniz əmsalına görə olan hesablanmalı və ödənilməli olan əlavə aşağıdakı kimi qismətləndirilir:1. İddiaçı-24696,50 manat; 2.X48-23617,20 manat; 3. X63- 10786,20 manat; 4.X17-7277,30 manat; 5.X49-10656 manat; 6.X10-1739 manat; 7.X54-10010 manat; 8.X29-7736,80 manat; 9.X30-2175,70 manat; 10.X35-4458,70 mannat. Kollegiya iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəylərini, cavabdeh tərəfindən təqdim olunmuş “Alternativ ekspertiza Mərkəzi”nin 18 sentyabr 2020-ci il tarixli və X25 04 iyun 2021-ci il tarixli mütəxəsis rəylərini işdə olan digər sübutlarla birlikdə tədqiq edərək, hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 manatın 61 manatı “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən, 18 manatı İddiaçı,16 manatı X7, 15 manatı X27, 14 manatı X1, 21 manatı X28 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi barədə dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə bildirişinin 04.08.2020-ci il tarixdə cavabdehə təqdim olunması barədə işdə SS669644681AZ saylı poçt bildirişi mövcuddur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)- 19/2020 saylı qətnaməsi mübahisələndirilən- iddiaçılar İddiaçı, X48, X21, X49, X5 aid iddianın qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 (yüz qırx beş) manatın 61 (altmış bir) manatı “X56.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən, 18 (on səkkiz) manatı İddiaçı,16 (on altı) manatı X7, 15 (on beş) manatı X27, 14 (on dörd) manatı X1, 21 (iyirmi bir) manatı X28 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar