Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6934/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “təbii qazdan istifadəyə görə qalıq borcun və təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Buzovna qəsəbəsində cavabdehə aid olan ünvanda təbii qazdan istifadəyə görə qalıq borc və təbii qazdan qeyriqanuni istifadəyə görə zərərin əvəzi kimi ümumilikdə 3.992,84 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, təbii qazdan istifadəyə görə qalıq borc kimi 1.576,24 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, cəmi 1.591,24 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun qalan 15 manatı iddiaçıya aid edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələb etdiyi 3.992,84 manatın tərkibinə 2 müxtəlif əsasla hesablanmış məbləğ daxildir: 1) qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 1.576,24 manat; 2) qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 2.416,60 manat. Həmin 2 məbləğin, yəni 1.576,24 manat və 2.416,60 manatın cəmi 3.992,84 manatı təşkil edir. Məhkəmə bu məbləğlər barədə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci məbləğ barədə: Xəzər RM-nin qətnaməsində 1-ci məbləğin tutulması qət edilib. Bu, 01.03.2018ci il tarixədək qazdan istifadəyə görə hesablanmış, lakin ödənilməmiş 1.576,24 manat borcdur. İddiaçının məhkəməyə təqdim etdiyi “abonentin saldosu”nda (iş v. 8) həmin borc əksini tapıb: 1.394,24 manat + 182 manat = 1.576,24 manat. O cümlədən cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı izahat verib ki, qazdan istifadəyə görə təxminən 1.300 manat borcu olub. 1-ci məbləğin tutulmasına aid hissədə cavabdeh qətnamənin mübahisələndirməyib. Ona görə də həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 2-ci məbləğ barədə: Bu tələb əsaslıdır. Cavabdeh həyətyanı sahədə yerləşən istixanada qazdan qeyri-qanuni istifadə edib. Belə ki, o, istixanaya quraşdırılmış G-6 markalı, 603542 zavod nömrəli sayğacı G-6 markalı, 28256363 zavod nömrəli sayğacla əvəz edib. İddiaçı iddia ərizəsində bildirib ki, istixananı qazla təchiz edən qaz xəttinin üzərində sayğac quraşdırılmış, lakin cavabdeh sayğacı özbaşına çıxartmış və qeydiyyatda olmayan naməlum sayğac quraşdıraraq qazı talamışdır. Bu, iddiaçının tərtib etdiyi 27.03.2018-ci il tarixli aktla (iş v.12) və onun məhkəməyə təqdim etdiyi fotoşəkillərlə (iş v. 13,14) təsdiq olunur. İddiaçı hesablama aparıb, qərar qəbul edib (iş v. 11), qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyərinin 2.416,60 manat olduğunu müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslanaraq hesab edir ki, zərərin əvəzi kimi 2.416,60 manat tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 2.416,60 manat ödənilməsi barədə tələbə aid olan hissədə işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə ləğv edilməli və həmin tələb təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi iddianın rədd edilməsinə aid olan hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Təbii qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 2.416,6 manat, habelə Xəzər Rayon Məhkəməsinin qətnaməsində göstərilən, təbii qazdan istifadəyə görə ödənilməmiş borc kimi 1.576,24 manat, cəmi 3.992,84 (üç min doqquz yüz doxsan iki tam yüzdə səksən dörd) manat X1 tutularaq İddiaçınə verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat X1 tutularaq İddiaçınə verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6934/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6934/2021
13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver