Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6936/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4.508,99 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4.538,99 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB 06.04.2014-cü il tarixli, 1083 sayı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01360 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, İddiaçı İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehin ümumi borcu 4.508,99 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 399,8 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 414,8 (dörd yüz on dörd manat səksən qəpik) manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatının İddiaçınə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İB-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi aşağıdakı əsaslara görə ləğv edilməlidir. Cavabdeh tərəflər arasında olan Müqavilənin 2.3.2. yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, həmçinin qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, aktların yazılması sübuta yetirilməmişdir. İş üzrə əhəmiyyətli halları özündə əks etdirən dəymiş ziyan aktları, fotoşəkillər, abonent saldosu məhkəməyə təqdim olunmasına baxmayaraq bunlar sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını rədd etmişdir. Qeyd olunan fotoşəkillərdən aydın görünürki dəfələrlə qazdan qeyr-qanuni istifadə olunmuşdur. Həmçinin cavabdehin 2019-2021-ci il tarixlərdə ödəniş etmədən təbii qazdan hansı formada istifadə edildiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır Birinci instansiya məhkəməsi qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materiallarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda hesab edir ki, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi Azəriqaz İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Hesab edir ki, istehlakçı qazın alqı-satqısı barədə müqavilənin bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Tərəflər arasında olan müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin təmin olunmamış hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı İB-nin etibarnamə əsasında nümayəndəsi Hüseyn Cəfərli tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi Hüseyn Cəfərli apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin olunmamış hissəsindən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissəsi iddiaçı tərəfindən mübahisələndirilmir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apelyasiya şikayətində mübahisələndirilən hissədə yохlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında (2017-ci ilin yanvar və fevral ayları) qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi təmin edilməli, qalan hissədə isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməli və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi Hüseyn Cəfərli qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi Hüseyn Cəfərlinin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Həsən-zadə Fərrux Məşəd oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 1083 saylı, 06 aprel 2014-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan, abonentin saldosundan və “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********01360 sayla qeydiyyata alınmış abonent koduna (abonent Həsən-zadə Fərrux Məşəd oğlu) cəmi 4.508,99 manat borc hesablanmışdır. İş materiallarında olan, 23 yanvar 2017-ci il tarixdə təsdiq olunmuş İddiaçı İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii X2nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent Həsən-zadə Fərrux Məşəd oğlunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi ev 1, mənzil 136 yerləşən mənzilinə baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi Həsən-zadə Fərrux adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır. İş materiallarında olan, 22 fevral 2017-ci il tarixdə təsdiq olunmuş İddiaçı İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii X2nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent Həsən-zadə Fərrux Məşəd oğlunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi ev 1, mənzil 136 yerləşən mənzilinə baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi Həsən-zadə Fərrux adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır. İş materiallarında olan, “Təbii X2nın pozulması haqqında” aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar 28.03.2018-ci il tarixdə 1.685 manat, 31.01.2019-cu il tarixdə 486 manat, 29.09.2019-cu il tarixdə 172,8 manat, 30.10.2019-cuil tarixdə 32,4 manat, 29.11.2019-cu il tarixdə 97,2 manat, 30.12.2019-cu il tarixdə 295,2 manat, 30.01.2020-ci il tarixdə 295,2 manat, 28.02.2018-ci il tarixdə 295,2 manat, 13.03.2020-ci il tarixdə 127,9 manat. İş materiallarında olan, foto şəkillərdən və aktlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi ev 1, mənzil 136 yerləşən mənzilə quraşdırılmış qaz sayğacından kənar cavabdeh özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən və cavabdeh tərəfindən qəbul edilmiş ******* saylı, 23.01.2017-ci il tarixli və ******* saylı, 22.02.2017-ci il tarixli aktları birinci instansiya məhkəməsi sübut kimi qəbul etməkdə və 23.01.2017-ci il tarixli akta əsasən cavabdeh tərəfindən İddiaçı İB-nə 115,40 manat, 22.02.2017-ci il tarixli akta əsasən isə 284,40 manat ziyan vurulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 06 aprel 2014-cü il tarixli müqavilənin şərtlərini əsas tutaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, Cavabdeh 399,80 manat məbləğində borc və ödənilmiş 15 manat dövlət rüsumunun tutulub İddiaçı İstehsal Birliyinə ödənilməsi barədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin təqdim etdiyi sübutları tədqiq etmiş və iş üçün əhəmiyyətli olan halları araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş 28.03.2018ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixki, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2018-ci il tarixli, ******* saylı, 13.03.2020-ci il tarixli, ******* saylı aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, Cavabdeh həmin aktlar əsasında tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, İddiaçı İB 28.03.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixki, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020ci il tarixli, ******* saylı, 28.02.2018-ci il tarixli, ******* saylı, 13.03.2020-ci il tarixli, ******* saylı aktların tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı İB-nin nümayəndəsi Hüseyn Cəfərlinin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı İB-nin nümayəndəsi Hüseyn Cəfərlinin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-450/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6936/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6936/2021
24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver